AXTAR

İki qardaş ölkə arasında imzalanmış mühüm sənədin ildönümü

sh2
Azərbaycan və Türkiyə xalqının münasibətləri qədim keçmişə malikdir. Bu iki
xalq illər boyu bu münasibətləri,birliyi qoruyub inkişaf etdirmiş və artıq 30 ilə yaxındır
ki,münasibətləriniz diplomatik səviyyəyə yuksəlib.Böyük qələbədən sonra
Azərbaycan-Türkiyə munadibətlərinə sanki yeni bir nəfəs gəldi.İki qardaş xalq öz
həmrəyliyini, birliyini,gücünü bütün Dünyaya bir daha nümayiş etdirmiş oldu.Bəzi
kənar qüvvələr birliyimizi sarsıtmağa çalışsalar da buna muvəffəq ola bilmədər.
2021-ci il iyunun 15- də Azərbaycan-Türkiyə arasında Şuşa bəyannaməsi
imzalandı.Ümumiyyətlə 15 iyun tarixi xalqımızın tarixində əlamətdar hadisələr kimi
yadda qalıb.15 iyun həm qurtuluş günüdür,həm də ilk dəfə Cənab İlham Əliyev xarici
ölkə prezidentini Qarabağda qarşılamışdı. Şuşa Bəyannaməsinin məhz Azərbaycan
xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib
sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi
mənası var. Biz tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin
şahidiyik. İndi də bölgə uğrunda ABŞ, Rusiya, Britaniya, Fransa, İran kimi dövlətlərin
açıq mübarizəsi müşahidə olunmaqdadır. Lakin bu dəfə fərq ondan ibarətdir ki,
hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Təsadüfi deyil ki,
Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər
kəsin yadına Qars müqaviləsini saldı.
Şuşa Bəyannaməsi eyni zamanda dünyaya mesaj oldu. Bu tarixi və siyasi
əhəmyyətli Bəyannamə öz mühüm amillərinə görə region ölkələrinin , o cümlədən
Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və işbirliyinin genişlənməsinə
xidmət etmək məqsədini daşımaqdadır. Bəyannamə eyni zamanda, həm Türkiyənin,
həm də Azərbaycanın beynəlxalq mövqelərini xeyli gücləndirir və birgə söz sahibi,
birgə qərar vermək faktorunu önə sürür. Eyni zamanda, qardaş ölkələrin
münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir ki, bu yüksəliş digər ölkələrə də
örnəkdir, nümunədir.
Şuşa bəyannaməsi hərbi əməkdaşlıq sahəsində bir sıra məsələlərin həllinə
yol açdı.Bu tarixi,ictimai sənəd həmçinin digər sahələlərdəki məsələlərin həllinə də
yol aça bilər.Bu tarixi sənəd həm də regiondakı iqtisadi-ticari əlaqələrin həllinə yol
aça bilər. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən
biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən və
bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Belə ki, qarşılıqlı investisiya
qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin
genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır,
inteqrasiyanı dərinləşdirir.
Şuşa bəyannaməsi Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması
baxımından çox mühüm sənəddir.Sənədə əsasən belə deyə bilərik ki, əgər bu
ölkələrə silahlı hücum edilərsə,suverenliyinə bir təhdid yaranarsa o zaman BMT
qaydalarına uyğun bir-birinə qarşılıqlı yardım göstərə bilərlər.Bu da bəzi erməni
revanşistlərinə bir mesajdır ki,artıq öz gərçəkləşdirə bilməyəcəkləri boş xəyallarından
əl çəksinlər.
Şuşa bəyannaməsi Umumilli lider Heydər Eliyevin əsasını qoyduğu “Bir
millət iki dövlət”konsepsiyasının rəsmi şəkildə təxahürüdür.Ümidvarıq ki,bu sənəd iki
xalqin qardaşlığını daha yuksək zirvələrə daşıyacaq
Babayeva Elanora
Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi

Oxşar məqalələr