AXTAR

Dünyadakı qorxunc xəstələr - FOTOLAR

113332.jpg
Dünyada bir çox çarəsiz xəstə var ki, indiyədək çox nadir hallarda rast gəlinən xəstəliklərdən əziyyət çəkirlər. Belə xəstələrin bir çoxunun üzləşdiyi xəstəlik qarşısında tibb hələ də acizdir və buna görə çarəsiz vəziyyətdədirlər. Ancaq elələri var ki, tibbdə xəstəliklərinin çarəsi tapılsa belə, onların müalicə olunmağa maddi imkanları yol vermir. Məhz bu üzdən də həmin xəstələr də çarəsiz durumdadırlar. Bir çoxları üzləşdiyi xəstəliyi həyatlarının sonuna qədər özləri ilə daşımaq məcburiyyətindədirlər. Xəstəlik səbəbindən xarici görkəmləri nə qədər qorxunc olsa belə,  həmin vəziyyətdə yaşamağa “məhkumdurlar”. 
 
Moderator.az-ın təqdim etdiyi bu yazıda dünyanın müxtəlif ölkəsində müxtəlif qorxunc xəstəlikdən əziyyət çəkən bir neçə şəxs haqqında məlumat əldə edəcəksiniz. 
Maddi imkansızlıq ucbatından çarəsiz durumda olan xəstələrdən biri İndoneziyada yaşayan 35 yaşlı Sulamidir. Sulami 10 ildir ki, hərəkətsiz qalıb. Ankylosing Spondylitis adlanan bu xəstəlik onurğadan başlayaraq bütün skelet sistemini təsir edib və hərəkətsiz hala salıb. Sulami əyilə bilmir, düzgün hərəkət etmir. Daim düz vəziyyətdə dayanması lazımdır, əks halda dözülməz ağrıdan əzab çəkir. 
Həkimlər bildirir ki, xəstəlik özü ölümcül olmasa belə həmişə eyni mövqedə dayanmaq başqa xəstəliklərə səbəb ola bilər. Həmçinin onu da qeyd edirlər ki, bu xəstəliyin fizioterapiya və məşqlərlə müalicəsi mümkündür. Ancaq gənc qızın birlikdə yaşadığı 90 yaşlı nənəsinin müalicə xərclərini qarşılaması mümkün deyil. 
Dünyanın en tuhaf hastalıkları 4.resim
Adı açıqlanmayan Hindistanlı bir gənc də qorxunc xəstəlikdən əziyyət çəkirmiş. Belə ki, gəncin gündən-günə böyüyən və həyatını əngəlləyən quyruğu var imiş. Xoşbəxtlikdən gəncin əziyyət çəkdiyi xəstəliyin tibbdə çarəsi tapılıb. Gənc cərrahi müdaxilə ilə daşıdığı 18 sm-lik quyruqdan birdəfəlik xilas olub, həyatı normallaşıb.  
Həkimlər quyruğun bu qədər böyüməsində gəncin valideynlərini günahlandırıb. Qeyd edək ki, belə quyruq Hindistandakı insanlar üçün şans mənasına gəlir və ailə yalnız bu inancları üzündən övladlarını müalicə etdirmək barədə düşünməyiblər.  
Dünyanın en tuhaf hastalıkları 7.resim
Çarəsiz xəstəlikdən əziyyət çəkənlər arasında 53 yaşlı Xia Yuanhai də var. Yuanhai üzündəki toxuma böyüməsi səbəbindən getdikcə qorxunc görkəm alıb. Bu görünüşünə görə ona “yadplanetli” ləqəbi verilib. Dayandırılmayan toxuma böyüməsi Yuanhainin dişlərinin əzilməsinə və kar olmasına belə səbəb olub. 
Yuanhainin qardaşı bildirir ki, bu xəstəlik onda yetkinlik dövründə üzə çıxıb. Ancaq müalicə üçün külli miqdarda pul tələb olunduğundan ailənin bu xərci qarşılaması mümkün olayıb. İndi isə xəstəliyin müalicəsi ancaq cərrahiyə əməliyyatı ilə mümkün ola bilər. Ona görə də qardaşı həyatının axarını dəyişdirəcək əməliyyatı gözləyən Yuanhai üçün ianə topalamağa başlayıb. 
Dünyanın en tuhaf hastalıkları 13.resim
Çarəsiz xəstəlikdən əziyyət çəkən xəstələrdən biri də təxminən beş il öncə həkimləri heyrətə salan buynuzu ilə gündəmə gəlmişdi. Həmin xəstə Çində yaşayan Zhang Ruifang adlı bir qadın idi. 100 yaşını keçən yaşlı qadının 6 santimetrelik buynuzu görənləri heyrətə salmışdı. Bu günlərdə qadının yeni fotoşəkilləri yayımlanıb. Qadının indiki görkəmi əvvəlkiylə müqaisədə daha qorxuludur, çünki buynuzu daha çox uzanıb və daha qorxunc forma alıb. 
Dünyanın en tuhaf hastalıkları 15.resim
Hazırladı: Zəhra

Oxşar məqalələr