2016-cı ildə “Lenovo” şirkəti personal kompüter bazarının 21,3 faizini tutub. Bu, bazarda ən böyük paydır.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə İDC beynəlxalq şirkətinin araşdırmasında deyilir.
İDC analitikləri hesablayıb ki, ötən il istehsal olunmuş 260 milyon noutbuk və masaüstü kompüterlərdən 55 milyonunu “Lenovo” buraxıb. Şirkət Yaponiya bazarında da ən yüksək paya sahibdir və ümumən Asiya-Sakit okean regionunda liderlik edir.
Ümumilikdə 2016-cı ildə personal kompüter bazarı 5,7% azalıb, lakin il sonunda bu azalmanın tempi yavaşlayıb. Bu, 2017-ci ildə bazarın sabitləşəcəyinə ümid yaradıb.
Qeyd edək ki, “Lenovo” 2013-cü ildə 16,9% bazar payı ilə şəxsi kompüter istehsalçılarının dünya reytinqində liderliyə yüksəlib və son 16 rübdə bu mövqeyini saxlayıb.