AXTAR

Beynəlxalq danışıq tarifləri dəyişdirilməyib

danishiq qiymeti

 

Tarif (Qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə yayılan məlumatlar əsassızdır.
Bu barədə Trend-ə Tarif Şurasından məlumat verilib.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib.
Bu tariflər 2014-ci il 1 yanvar tarixindən qüvvəyə minib və hazırda da qüvvədədir.

Oxşar məqalələr