AXTAR

MƏRKƏZİ BANK DOLLARI 2 MANATA ÇATDIRACAQ – Növbəti gözlənilən səviyyələr 2.20 və 2.40…

millibank--elm.jpg

Dünən Manat rəsmi olaraq dollar qarşısında 2,7 qəpik və ya təxminən 1,5% bahalaşdı. “Marja” xəbər verir ki, son 3 hərracda dolların bahalaşması isə 3,2%-ə çatıb.
Manat yenə “üzmür”, əgər belə olsaydı son günlər dünyada ucuzlaşmaqda olan dollar manat qarşısında da ucuzlaşardı.

Sanki Mərkəzi Bank tələsir. Güman edilir ki, Mərkəzi Bank dolların məzənnəsini 1,95-2 manata çatdırmağı və bu səviyyələrdə sabitləşdirməyi qarşısına məqsəd qoyub. Vaxt itirilir. İqtisadi inkişafın hərəkətə gətirilməsi üçün tezliklə məzənnə sabitləşməlidir.

Dolların 2 manatdan yuxarı səviyyələrə qalxması daha dərin sosial-iqtisadi problemlər yarada bilər.

2 manat psixoloji səviyyədir. Çoxları xeyli müddətdir dolların bu qiymətə qalxacağını deyirdilər. Növbəti gözlənilən yüksək səviyyələr 2.20 və 2.40 manatdır. Lakin Mərkəzi Bank dolların manat qarşısında bu səviyyələrə qalxmasına müdaxilə edə bilər. Belə ki, bu il Neft Fondu Mərkəzi Banka 4,2 milyard köçürəcəkdir ki, bu vəsit məzənnənin sabitləşdirilməsinə yönəldilə bilər./azpolitika.info

Oxşar məqalələr