AXTAR

Elektrik enerjisi yeni tariflə hesablanacaq - İkisəviyyəli Plan

elektik enerjisi

2017-2020-ci illərdə sifariş əsasında ayrılmış həcm və sərfiyyat arasında uyğunsuzluğun aradan qaldırılması üçün elektrik enerjisi üzrə iki səviyyəli tarif planına keçiriləcək.

 

Xezerxeber.az məlumat verir ki, bu barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Yeni sistemə əsasən pik saatlarda yüklənməni azaltmaq üçün günün müxtəlif vaxtlarına, gecə və gündüz uyğun elektrik enerjisi tarif planı tətbiq ediləcək.

İqtisadçı ekspertlər isə bu qaydanın beynəlxalq praktikaya uyğun olan bir zərurət kimi qiymətləndirirlər.

Strateji Yol Xəritəsində, həmçinin artan komunal xərclərin əhalinin az gəlirli sahəsinə təsir etməməsi üçün aztəminatlı ailə kateqoriyaları üzrə son istehlakçı qiymətlərinin dəyişməz saxlanılması da nəzərdə tutulur.

Belə ki, reaktiv enerjidən istifadənin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanmasına da artıq başlanılıb.Bu təkliflərə əsasən ucqar bölgələrdə xərcli enerji daşıyıcıları qurmaq əvəzinə, alternativ enerji modellərindən istifadə ediləcək.

2020 -ci ilə qədər gerçəkləşdirilməsi nəzərdə tutulan yeni tarif planına uyğun olaraq yaxın 2-3 ildə ölkənin ən ucqar nöqtəsinə qədər işıq və qaz problemi həll ediləcək.

Oxşar məqalələr