AXTAR

Türkdilli dövlətlər nəqliyyat yollarını birləşdirir?

turkdilli dvletler

 

 

Türkdilli şuranın dövlətləri Çindən Avropaya, eləcə də şimaldan cənuba gedən nəqliyyat yollarını birləşdirmək üçün bütün imkanlara malikdir.
Trend bildirir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında Qazaxıstanın milli iqtisadiyyat naziri Aydar Arifxanov deyib.
O xatırladıb ki, bu region tarixən böyük "İpək yolu"nun tərkib hissəsi olub. A.Arifxanov qeyd edib ki, türkdilli ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müntəzəm olaraq müzakirə edilir, hər il nəqliyyat nazirlərinin görüşləri keçirilir.
Onun sözlərinə görə, nəqliyyat-logistika sahəsində uğurlu əməkdaşlıq üçün gömrük prosedurlarının sadələşdirilməsi vacibdir.

Oxşar məqalələr