AXTAR

SOCAR-ın 172 əməkdaşı işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA

sokar

 

SOCAR "Neftqaztikinti" trestinin əməkdaşlarının işdən azad olunmasına münasibət bildirib.
SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli "APA-Economics"ə bildirib ki, 2011-ci ildən hal-hazıradək "Neftqaztikinti" trestinin struktur vahidlərinə "Neft Daşları" yatağında 14 ədəd istismar quyusunun qazılması üçün 602A saylı SDÖ-nin tikintisi", "Neft Daşları" yatağında 8 ədəd istismar quyusunun qazılması üçün 620A saylı SDÖ-nin tikintisi", "Günəşli" yatağında 7 saylı DDÖ-nün tikintisi" (Təshih), "N.Nərimanov adına NQÇİ-nin "Bulla-Dəniz" yatağında 4 ədəd istismar quyusunun qazılması üçün 6 saylı SDÖ-nün tikintisi", "N.Nərimanov adına NQÇİ-nin sualtı neft-qaz və qazlift xətlərinin çəkilməsi" (12 km xətt) obyektlərinə müvəqqəti işçilər işə qəbul ediliblər.
"Hal-hazırda həmin obyektlərdə işlər başa çatdığı üçün ilin sonunadək 98 nəfər müvəqqəti layihə müddətinə işə qəbul edilmiş işçilərin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulub ki, həmin işçilərdən 17 nəfərinin əmək müqaviləsinə xitam verilib. Eyni zamanda, bildiyiniz kimi, SOCAR-da işə qəbul prosesi şirkət daxili Standartlar və Qaydalarla tənzimlənir ki, bunlara əsasən də müvəqqəti işçilərin daimi işə keçirilməsi yalnız müsabiqə yolu ilə aparılır. Bu baxımdan da “Neftqaztikinti” tresti tərəfindən təqdim ediləcək tədricən yaranacaq bütün vakansiyalar İnsan Resursları Departamenti tərəfindən rəsmi internet saytına veriləcək. Həmin insanlar da bu müsabiqədə iştirak edə bilərlər. Onların bir üstünlüyü də odur ki, artıq iş təcrübələri və bacarıqları vardır", - deyə A. Bəkirli bildirib.

Oxşar məqalələr