AXTAR

Dövlət Neft Fondu 588 milyon manatlıq mülk aldı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərindən daşınmaz əmlak alıb.
ANS PRESS-in məlumatına görə, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Jurnalın məlumatına görə, fond Birləşmiş Ərəb Əmirlikləri və Qətərin dövlət investisiya fondları ilə birgə 3 ayrı daşınmaz əmlaka sahib olub. Əmlakın ümumi dəyəri 350 milyon avro (təxminən 588 milyon AZN) dəyərindədir. Bu mülk daşınmaz əmlak şirkəti "Coima SGR" tərəfindən idarə olunacaq.
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi İnvestisiya Fondu 1960-ci ildə inşa olunan binanı, Qətər investisiya fondu "BNP Paribas SA"-nın binasını, ARDNF isə İtaliyanın Ticarət Palatasını almaq barədə razılığa gəlib.

Maliyyə vəsaiti üç daşınmaz əmlakın yenidən qurulmasına xərclənəcək. İnvestorlar ötən il İtaliyanın daşınmaz əmlak sektoruna təxminən 9.7 milyard dollar xərcləyiblər.

Məlumatla bağlı Azərbaycan Dövlət Neft Fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, onlarda alış-veriş barədə heç bir məlumat yoxdur.

Oxşar məqalələr