Görünən odur ki, İrəvan münaqişənin dinc həllində maraqlı deyil
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bu günlərdə verdiyi açıqlamada bildirib ki, münaqişənin həlli prosesində Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa hazırıq. Erməni tərəfi isə hələ də bundan qaçır. Və niyəsini də demir. Özünü elə aparır ki, sanki “müstəqil”dir.
Ermənistanın işğalçılıq siyasəti və bunun nəticəsi olaraq Azərbaycan torpaqlarının 20 faizini əsarətdə saxlaması beynəlxalq sənədlərdə təsdiq olunub. Bu fakt o dərəcədə aydın və əsaslıdır ki, onu saxtakarlıqla başqa tərzdə qavramaq və ya şərh etmək, sadəcə, korazehinlikdən və psixoloji problemdən başqa bir şey deyil. Ermənilərin əsas problemlərindən biri odur ki, bu millətdə psixi xəstəlik səviyyəsində özünə vurğunluq var. Bu səbəbdən nə edirsə, elə bilir düz edir. Görünür elə bu səbəbdəndir ki, qonşunun torpaqlarını işğal etməsindən dolayı düşdüyü quyudan çıxmağın yolunu tapa bilmir. Ötən ilə qədər Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı məhvə məhkum olan cinayətkarlardan ibarət idi. Güman olunurdu ki, onlar hakimiyyətdən düşəndən sonra ermənilərin regional siyasətində səmərəli dönüş yaranacaq və Qarabağ münaqişəsinin həllində sülhə doğru addımlar atılacaq. Çünki, Azərbaycanın dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan sülh konsepsiyası çoxdan stol üzərindədir.
Lakin psixoloji problem barədə çıxarılan nəticə yeni baş nazir Nikol Paşinyanın da siyasətinə sirayət etdiyindən bu dəfə o, belə görüntü yaratmağa çalışır ki, guya Dağlıq Qarabağda yaşayan ermənilər danışıqlarda tərəf olmalıdırlar. Lakin bu adam siyasi naşılıqdan anlamır, yaxud anlamaq istəmir ki, ermənilər Azərbaycan ərazisində yaşayırlar və onlar haqqında yalnız icma funksiyaları keçərlidir. Ermənistan tərəfinin absurd iddialarına rəğmən daim konstruktivlik nümayiş etdirən Azərbaycan tərəfi bu mövqeni də nəzərə alaraq Dağlıq Qarabağ bölgəsinin icmalararası danışıqlarının təşkilini də sülh konsepsiyasının tərkib hissəsi oması təşəbbüsünü irəli sürür. Bölgənin Azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin açıqlaması da məhz bu təşəbbüsdən irəli gəlir. Onun bəyanatı münaqişənin sülhə doğru istiqamətlənməsi baxımından reallığı əks etdirir: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionumuz üçün törətdiyi ağır nəticələr hamıya məlumdur. İlk olaraq bunu Ermənistanın həyata keçirdiyi təcavüz və işğal siyasəti nəticəsində doğma torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər, o cümlədən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri daha yaxından hiss edirlər. İnanırıq ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə regionda nəinki hərbi və siyasi təhlükəsizlik və sabitlik bərpa olunar, habelə regionun iqtisadi, humanitar və digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər”.
Ötən ay mənzil-qərargahı Berlində yerləşən “BE Berlin Economics GmbH“ konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış “Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmanın təqdimatı keçirilib. Təşkilatın hesabatında deyilir: “Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək və bu, hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən on il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir”. İş burasındadır ki, Azərbaycan vətəndaşları olan ermənilərə havadarlıq Ermənistanın dövlət büdcəsi hesabına başa gəlir. Ermənistanın özü ağır iqtisadi durumdadır və vəziyyəti düzəltmək üçün digər dövlətlərin qapılarını döyməkdən hakimiyyət məncublarının barmaqları döyənək olub. Dağlıq Qarabağda yaşayanların vəziyyəti isə hazırda 100 il əvvəlki səviyyəyə düşüb. Halbuki, işğal başlayana qədər bu rüegonun əhalisi həmin dövr üçün varlı həyat sürürdü. Situasiyaya görə, sülhün yaranması və həyat şəraitinin yüksəlməsi Ermənistanın və Qarabağ ermənilərinin marağında olmalıdır. Ancaq onlar buna getmək istəmirlər. Çünki, kənar qüvvələrin və psixi problemin təsiri altındadırlar və özlərində güc tapıb müstəqil qərar verə bilmirlər.
T.Gəncəliyevin bəyanatı erməni icmasına daha bir fürsət verir. Sülhə gəlmək, haqq-ədaləti qorumaq siyasi, iqtisadi, mənəvi və humanustlik baxımından ən optimal yoldur. Azərbaycan icmasının dialoq qapısı açıqdır və ermənilərin ondan-bundan ianə yığmadansa, işğala son verib iş-güclə məşğul olmaları, müharibə qorxusu altında ömür boyu titrəməkdənsə təcavuzkarlıqdan əl çəkib çörəyini yedikləri torpağa sədaqət nümayiş etdirmələri bütün kontekstlərdə qəbul oluna bilən normal siyasi fəaliyyət olar.
N.NOVRUZ