AXTAR

Cüneyt Çakır dünyanın ən güclü beşinci hakimi seçilib

Cuneyt-Cakir.jpg

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2016-cı il üçün dünyanın ən yaxşı hakimlərini müəyyənləşdirib.

Türkiyəli hakim Cüneyt Çakır ötən ilki göstəricilərinə əsasən,  ən yaxşı hakimlərin reytinq cədvəlində beşinci pilləyə sahiblənib. Bir il öncə isə o, analoji siyahıda üçüncü pillədə qərarlaşmışdı.
Ən yaxşı hakim adına isə İngiltərəni ədalət təmsilçisi Mark Klatenburq layiq görülüb. O, rəqiblərini böyük səs fərqi ilə qabaqlayıb. İkinci yerdə qərarlaşan italyan Nikkola Rizzolidən iki dəfə çox xal toplayıb. Üçüncülüyü macar hakim Viktor Kassa qapayır. /Moderator.az

Oxşar məqalələr