AXTAR

Xpert Slider

Azərbaycan-Almaniya əlaqələri yeni dövrə qədəm qoyur

Sülh prosesini pozan qüvvələrə ciddi zərbə

Müasir geosiyasi situasiya türk birliyini zəruri edir

Makronun neokolonializm siyasəti açıq mətnlə ifşa olundu

COP29 və Azərbaycanın multikulkturalizm nümunəsi

BRİCS qrupu iqtisadi əməkdaşlıq üçün geniş perspektivə malikdir

GÜNDƏM

İrəvanda açıq savaş:Kim kimi devirəcək?

İrəvanda açıq savaş:Kim kimi devirəcək?

GÜNDƏM 06.06.2025 | 15:40
Son zamanlarda Ermənistanda Baş nazir Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında ciddi gərginlik yaşanır.Tərəflər qarşılıqlı olaraq bir-birini ittiham…

Reklam

FOTO QALEREYA

1-ci sinfi 1 günə bitirmiş vunderkind - dünyanın ən zəkalı insanı - FOTO

vunderkind

 

Dünyanın ən zəkalı insanı məlum olub. IKSmedia.az publika.az-a istinadən bildirir ki, yenicə danışmağa başladığı günlərdən əlifbanı öyrənən Vilyam Ceyms Sidis bəşəriyyətin ən zəkalı insanı elan edilib. Qeyri-adi düşüncə tərzi, qavrayışı, yaddaşı ilə hər kəsdən seçilən Vilyam Ceyms Sidis 18-19 aylığında artıq qəzet oxumağı bacarırdı. Daha sonralar çoxsaylı kitablar oxuyan azyaşlı 3 yaşında latın dilini öyrənməyə başladı.
Orta məktəbə yüksək hazırlıqla gedən uşaq orda da hər kəsi təəccübləndirdi. Bu səbəbdən də, Vilyam Ceyms Sidis birinci sinfi 1 gün, 2-ci sinfi bir neçə gün, 3-cü sinfi 3 ay, 4-cü sinfi bir həftə, 5-ci, 6-cı və 7-ci sinifləri 15 həftə sonra bitirdi.
8 yaşı tamam olmamış uşaq ingilis, fransız, rus, latın, yunan, yəhudi, alman dillərində sərbəst danışmağı bilirdi. Gündəlik mətbuatı izləyən Vilyam artıq anatomiya haqqında məqalələr yazırdı. Yaşının azlığına baxmayaraq intellektual sahədə böyük uğurlara imza atan uşaq tədricən mətbuatın müzakirə mövzusuna çevrildi. Onun haqqında yazılanlar "New York Time"ın manşet məqalələrinə çevrildi. Bütün bunlar isə ABŞ-ın nüfuzlu mətbu orqanının satışına təsir edirdi.
Vilyam 11 yaşında Harvard universitetinə qəbul edildi. Qəribə cəhət burasındadır ki, tələbə adının qazanmış bu gənc həm oxuyur, həm də 4 fənn üzrə dərs deyirdi. Onun mühazirələrində Harvard Universitetinin müəllimləri də iştirak edirdilər.
Universiteti 16 yaşında bitirən dahi 4 kitabın müəllifinə çevrildi. O, orta yaşlarında dünyanın 40 dilində sərbəst danışırdı. Lakin siyasətlə maraqlanması ona problemlər yaratdı. Marksın ideyalarını müdafiə edən gənc 1 may nümayişlərindən birində iştirakına görə həbs edildi. Ailəsinin imkanları sayəsində həbsdən azad edilən dahinin cəzası ev dustaqlığı ilə əvəzləndi.
Dini baxışları səbəbindən də mətbuatın diqqət mərkəzində olan Vilyam tənqidlərə görə jurnalistlərdən uzaqlaşmağı qərar aldı. Kütləri informasiya vasitələri bir müddət gündəmdən kənarda qalmış dahidən bir də beyin qansızmasından dünyasını dəyişəndə yazdılar.