AXTAR

Minsk Qrupunun lətifəsayağı fəaliyyəti

minsk

 

Elə hey “sülh, sülh” deyirlər, amma sülhə doğru bir addım belə atmırlar, ya da…

Bu günlərdə Parisdə növbəti brifinq zamanı Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro azərbaycanlı jurnalistin Dağlıq Qarabağ münaqişəsi haqda sualına cavab olaraq deyib: “Biz hərbi əməliyyatların olmasını istəmirik. Rusiya və Amerika ilə birlikdə Fransa Minsk qrupuna həmsədrlik edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapsın. Əlbəttə, status-kvo bizə uyğun deyil”.
Biz bu fikirləri birinci dəfə deyil ki, eşidirik. Xüsusilə ötən ilin aprel döyüşlərindən sonra, yəni Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun həmlələri qarşısında aciz qaldığı zamandan sonra bu cür bəyanatlar daha intensiv səsləndirilir. Ümumiyyətlə, hər 3 həmsədr ölkə bildirir ki, status-kvo dəyişməlidir. İşğala məruz qalmış Azərbaycan da bunu deyir və yeganə dövlətdir ki, həmişə eyni mövqedə qalır, dediyi fikirlərə uyğun addımlar atır. Yəni, sülh danışıqları üçün real əsası olan təşəbbüslər irəli sürür (Dağlıq Qarabağa geniş müxtariyyət hüququ vermək), əməli addımlar atır (ordunun ildən-ilə gücləndirilməsi və ötən ilin aprel döyüşləri). Həmsədrlər isə yerlərində saymaqda davam edirlər. Bu vaxtadək keçirilmiş görüşləri, aparılmış danışıqları, verilmiş bəyanatları və görülmüş işləri ümumiləşdirərək demək olar ki, Minsk Qrupunun fəaliyyəti regionda sülhü bərpa etmək yox, öz mənafeyi xatirinə “boşboğazlıq” etmək olub.
Hamı bilir ki, Qarabağın işğalının fətvası Kremldən verilib. Ermənistan və ermənilər bu işdə icraçılar sırasındadırlar və prosesə öz ərazilərini artırmaq üçün ələ düşmüş fürsət kimi baxırlar. Baxmayaraq ki, bir dövlət olaraq ermənilərin yüyəni Moskvanın əlindədir və məntiqi olaraq Ermənistan Rusiyanın forpostudur. ABŞ-ın həmsədrlik fəaliyyəti Ermənistanı Rusiyanın əlindən alıb öz təsir dairəsinə salmaqdır. Avropanı təmsil edən Fransa isə xristian təəssübkeşliyi platformasından çıxış edir və Qafqazda bir xristian dövlətinin güclənməsinə kömək etməyi özünə şərəf bilir, habelə seçkidən-seçkiyə Qarabağın işğalından istifadə etməklə erməni diaspornun rəğbətini qazanır. Bu məqsədləri sübut etmək üçün hansısa araşdırmaya ehtiyac yoxdur. Miнsk Qrupu həmsədrlərinin fəaliyyəti buna ən əsaslı faktlardan biridir.
Belə olan təqdirdə sual oluna bilər ki, bəs, nə üçün həmsədrlər elə hey sülhdən danışır, status-kvonun dəyişilməsi barədə bəyanatlar verirlər. Məsələ burasındadır ki, hər bir tərəf status-kvonun dəyişilməsinin parametrlərini öz maraqları çərçivəsində görür. Məsələn, Rusiya istəyir ki, sülhməramlı qüvvələr adı ilə Dağlıq Qarabağa öz qoşunlarını yeritsin. Əminliklə demək olar ki, bu, Rusiyanın Qafqazda növbəti hərbi bazasının əsası olar. ABŞ sülhməramlı qüvvələrin tərkibində özünə baş rol almağı planlaşdırır. Avropa da ermənilərin timsalında özünə Qafqazda əlaltı yaratmaq istəyir. Ancaq həmsədrlərin üçünü də birləşdirən ortaq məqsəd var: Dağlıq Qarabağ мцнагишяси мцмкцн гядяр индик вязиййятдя галсын. Buna görə də “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır” mesajının böyrünə dərhal xalqların öz müqəddəratını təyin etmələri barədə saxta müddəa əlavə edib suyu bulandırırlar. Çünki, şəffaf suda balıq qarmağa gəlmir. Molla Nəsrəddinin lətifələrindən birində deyilir ki, molla şəhərə gedəndə hərə bir şey almağı tapşırır, amma tapşırıq verənlərin içərisində yalnız bir uşaq iki şahını verib deyir ki, ona da bir tütək alsın. Molla dərhal bunu qiymətləndirib cavab verir ki, bala, sən çaldın. İndi bu həmsədrlər də Azərbaycanla Ermənistan razılaşsın, biz hər cür dəstək verərik, deyirlər. Adama deyərlər, əgər özümüz razılaşacayıqsa, onda siz nəyə gərəksiniz? Əgər vasitəçilik edirsinizsə, onda real faktlara söykənən təkliflər verin, haqqı-ədaləti bərpa edin. Xalq da desin “əhsən, həmsədrlərə”, iki barışmaz tərəfi sülhə gətirdilər. Başqasının torpağı işğal altında qalınca, heç vaxt sülh ola bilməz.
Məsələnin sadə mahiyyəti bundan ibarətdir. Buna görə də Minsk Qrupu əməli addımlar atmır. Əgər Azərbaycan tərəfi indiyədək qətiyyətli hərəkət etməsəydi, MQ üzvləri məsələni çoxdan “kefi istədiyi” kimi həll edərdi. Di gəl ki, Azərbaycanın uğurlu xarici siyasəti, MQ həmsədrləri başda olmaqla dünya ölkələrinin qəbul etdiyi beynəlxalq hüquq normalarından ağıllı və çevik istifadə, ölkənin siyasi, iqtisadi və demokratik inkişafı onun beynəlxalq arenada təklənməsinin qarşısını alıb, Qarabağ uğrunda səmərəli mübarizə aparmasına imkan verib. Vaxt gələcək, Azərbaycan bayrağı Qarabağ torpağında dalğalanacaq.

İKSmedia.az

Oxşar məqalələr