AXTAR

Ermənistanda iqtidar əlacsızlıqdan yenə yalan danışı

Xalq isə ağır durumuna görə mirinq keçirməklə özünü ovundurur

 

ermmitinq

 

Ermənistanda son dövrələrdə çoxsayıl aksiyalar keçirilir, avtobus, taksi sürücüləri, küçə ticarətçiləri və başqaları aksiyalara əl atır, sosial vəziyyətdən narazılıq edirlər. Bu dövlətin və onun vətəndaşlarının bəlası ondadır ki, onlar ağılsız siyasətlərinin ucbatından çıxılmaz dalana giriblər. Ölkədə neçə hakimiyyət dəyişib, amma yenə də ağır sosial vəziyyətdən qurtuilmaq mümkün olmayıb. Çünki, birincisi, ölkənin yüyəni heç vaxt öz əlində olmayıb, ikincisi bu xalqın gözü daim başqalarının var-dövlətində olub. Buna görə də qəsbkarlığa, oğurluğa, qəddarlığa, düşmənçiliyə meyil edib, hamilərinə sığınıb işğalçılıq müharibəsi aparıb.
Bundan əvvəlki hakimiyyət mənsubları Azərbaycanın çörəyini yeyib ona nankor çıxan Qarabağ ermənilərinin klanına məxsus idi. Onlar var-dövlət toplamaqdan, kasıbın son tikəsini əlindən almaqdan savayı heç nə etmirdilər. İndi hakimiyyət dəyişib və rəhbərlikdə İrəvan klanıdır. Bu klan xalqa vəziyyəti düzəltmək vədi verib, amma siyasətdə və əməldə köhnə klandan fərqli bir yol süçə bilməyib. Bunlar da işğalçılığı davam etdirmək, qonşularla düşmənçiliyi çiçəkləndirmək yolunu tutublar. Halbuki bunun üçün nə real gücə, nə də potensial resursa malikdirlər. Ağaları da öz yerində, hamilərinin tapşırıqları ilə oturub dururlar.
Bütün bu səbəblərdən canı boğazına yığılan əhali kütlələri etiraza qalxır, köklü dəyişikliklər, iş, çörək tələb edir. Ermənistanın Armavir vilayəti administrasiyasının binası az qala hər gün etiraz aksiyası iştirakçıları tərəfindən mühasirəyə alınır. Bu haqda məlumat verən “Jamanak” qəzeti yazır ki, vilayətin Aykaşen, Arşaluys, Vardaşen və başqa kəndlərin sakinləri yerli hakimiyyət başçılarından şikayət edirlər: “Sakinlər ədalət tələb etməkdən artıq yorulub. Onlar bildirirlər ki, doğrudan da ölkədə heç nə dəyişməyib. Sadəcə olaraq, əvvəlki əldalətsizlik yeni adamlar tərəfindən davam edir”. Fevralın 4-də Ermənistanın Armavir vilayətinin Arşalyus kəndində sakinlərlə polis əməkdaşları arasında bir neçə nəfərin yaralandığı toqquşma baş vermişdi.
Hökumətdən sosial problemlərin həllini tələb edən aksiyalara işğalçı ölkənin gənc alimləri də qoşulub. “Biz də varıq” şüarı səsləndirən etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasına narazılıqlarını bildirirlər. Gənclərin sözlərinə görə, onlar üçün ölkədə heç bir perspektiv yoxdur. Cüzi məbləğdə əməkhaqqı ilə elmi nailiyyət əldə etmək mümkün deyil. Üstəlik, dövlət mövcud problemləri aradan qaldırmaq əvəzinə, institutların binalarını satmaqla onların fəaliyyətini məhdudlaşdırır. Məsələn, bu yaxınlarda Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzinin yerləşdiyi bina biznes fəaliyyəti ilə məşğul olan şəxsə verilib. Bunun pis nümunə olduğunu vurğulayan etirazçılar təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim ediblər.
Vaxtilə Ermənistana gəlib burada məskunlaşan ailələr də hakim dairələrdən narazılıq edirlər. Onların sosial rifahının yaxşılaşdırılması bu ilin dövlət büdcəsində də əksini tapmayıb. Aksiya iştirakçıları bildirirlər, burada uzun müddətdir məskunlaşsalar da, yaşayış yerləri ilə təmin olunmayıblar: “Bizə deyirlər ki, siz gəlməsiniz. Bizə yuxarıdan aşağı baxırlar, sanki düşmənik. Niyə bizim övladlarımız utanc içərisində yaşamalıdır. Uşaqlarımız məktəbə belə gedə bilmirlər. Bizim vətəndaşlıq pasportumuz, seçim hüququmuz belə yoxdur”.
Fevralın 14-də isə “Sosial ədalət naminə” partiyasının üzvləri Ermənistan parlamentinin qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları vəzifəli şəxslərə verilən mükafatların məbləğlərinin açılmasını tələb edən təkliflərini yazılı surətdə parlamentin spikerinə təqdim ediblər. Partiya sədri Arman Qukasyan bildirib ki, məmurlara mükafat verilməsi şəffaf olmalıdır. Yoxsa ki, onlar xalqa heç nə verməyərək yalnız dövlət vəsaitini müxtəlif yollarla mənimsəyirlər.
Parlamentin son iclasında müxalifət indiki hakimiyyəti baş nazir Nikol Paşinyanın simasında tənqid atəşinə tutub. Onlar ölkədəki yoxsulluğun bütün günahını yeni hakimiyyətin üztünə atıblar. Halbuki unudurlar ki, bu yozsulluq onların özlərindən miras qalıb. Paşinyan isə hələ də başında mitinq havası ilə yaşayır və hökuməti idarə etməyin optimal variantını tapa bilmir. Axı, mövcud olmayan bir şeyi o necə tapsın. Əlacsız qalan baş nazir onu tənqid edənlərə məyusluqla belə cavab verib: “Mənə deyin, axı, yoxsulluğu başqa necə aradan qaldırmaq olar? Ölkədə dördüncü dərəcəli qəza vəziyyətində olan 55 bina var. Onların təmiri üçün 5 milyard dram lazımdır. Ermənistanda 460 min pensiyaçı var. Onların pensiyasını artırmaq üçün 30 milyard dram lazımdır. İndi deyin: əgər bu məbləğ vergidən yığılmayacaqsa, onda hardan almalıyıq?” Hə, ermənilər çıxış yolunu vergilərin artırılmasında görürlər. Bu isə əhalinin vəziyyətini daha ağırlaşdırır, sosial gərginliyi artırır. Ayrı yol isə yoxdur. Azərbaycanla münasibətləri yoluna qoyub, işğalçılıqdan əl çəkib ağ günə çıxmağı isə bu binəvalar istəmirlər.
Erməni analitik, “Qarabağ” komitəsinin üzvü Albert Baqdasaryan hələ üç il əvvəl Ermənistana çıxış yolunu göstərmişdi: “Ermənistan hökuməti xüsusilə son zamanlarda həyasızcasına ölkəmizin öz mövqelərini itirmiş ölkə olması üçün əlindən gələn hər şeyi edib. Öz mövqelərini itirmiş-ölkə dedikdə dünyanın heç bir ölkəsinin səni tərəfdaş qismində nəzərdən keçirməyəcəyi, heç kəsin sənə ümid etməyəcəyi nəzərdə tutulur. Ermənistanı bu gün, ən yaxşı halda, Rusiyanın vassalı, əlaltı ölkə qismində nəzərdən keçirəcəklər, ən azından mənim üçün baş verənlər heç də yeni bir şeyin aşkara çıxması anlamına gəlmir”. Yəni, artıq Ermənistanın təkləndiyi İrəvanda etiraf edilir. Bu isə o anlama gəlir ki, işğalçılıq siyasətində əl çəkməklə bu ölkə Azərbaycan və Türkiyənin yardımıni qazana və dalandan çıxmaq üçün güclü dəstək əldə edə bilər.
N.NOVRUZ

Oxşar məqalələr