AXTAR

Ermənistanın arzusu gözündə qalacaq

Avropaya meyillənmə ermənilərə xoşbəxtlik əvəzinə bədbəxtlik vəd edir

 

armenia europe

 

Ermənistan-Avropa Birliyi arasında genişləndirilmiş tərəfdaşlıq razılaşması 2019-cu ildə ratifikasiya edilməyəcək. Bu sözləri Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan paylaşıb. “Hakimiyyət dəyişikliyindən sonra razılaşma təkcə tətbiqlə və reformların reallaşdırılmasıyla bağlı problemlərlə toqquşmayıb, həm də vizual baxımdan öz əhəmiyyəti, eləcə də dəyərini itirməyə başlayıb. Hazırda razılaşmanı AB-nin 28 üzvündən 9-u ratifikasiya edib. Yekun ratifikasiya Avropa Parlamentinin fəaliyyəti boyunca baş tutmayacaq. Belə ki, 23-26 may arasında Avropa Parlamentinə yeni seçkilər keçiriləcək”, - o bildirib.
Əslində Ermənistanın yürütdüyü siyasət onun malik olduğu dövlətçilik şərtlərinə uyğun gəlmir. Yəni, Avropa Birliyi ilə münasibətlərdə yeni əməkdaşlıq sazişinin imzalanması Ermənistan tərəfindən atılmış səhv addım sayılırdı. Belə ki, birincisi, bu ölkə Rusiyada tamamilə asılı vəziyyətdədir və müstəqil fəaliyyət azadlığı məhduddur. İkincisi, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür. Düzdür, buna baxmayaraq Ermənistan Avropa Birliyi ilə bir neçə istiqamətdə fəal əməkdaşlıq etməkdədir və AБ Ermənistanda müxtəlif sahələrə qrantlar ayırır. Görünür, məsələ də elə bu qrantdadır.
Bu saziş imzalanan vaxt Avropa Parlamentinin Britaniya Mühafizəkarlar partiyasından olan üzvü, xarici siyasət eksperti Charles Tannock BBC-yə müsahibəsində demişdi: “Əgər sən bir Gömrük İttifaqına qoşulursansa, başqa bir yurisdiksiya ilə azad ticarətə malik ola bilməzsən”. Ermənistanın Avropa İttifaqı ilə əlaqələri gücləndirmək istədiyini bildirən keçmiş xarici işlər naziri Edvard Nalbandyan da həmin vaxt etiraf edirdi ki, Ermənistanın Avropa İttifaqı ilə “bütün mümkün formatlarda” əməkdaşlığı Gömrük İttifaqı ilə (hazırda Avrasiya İqtisadi Birliyi) əməkdaşlığına zidd olmamalıdır.
Başqa bir məsələ də var ki, Ermənistan əhalisi arasında Avrasiya Birliyi tərəfdarları daha çoxdur. Əksəriyyət bunu təhlükəsizlik təminatı məsələləri ilə əlaqələndirir. Çünki, bu ölkənin işğalçılıq siyasəti sayəsində Azərbaycanla müharibə vəziyyətindədir, Türkiyə ilə tarixi problemləri var və Cənubi Qafqazda faktiki blokada içindədir. Ermənilərin bir qismi üçün Rusiyanın Azərbaycana külli miqdarda “hücum silahı” satdığına etiraz edir, etibarsız müttəfiq sayır, əksəriyyət üçün isə yeganə güvənc, təhlükəsizlik təminatçısıdır. Statistik məlumatlarda göstərilir ki, ermənistanlıların 70 faizi mövsüm işləri üçün Avrasiya məkanına, Rusiyaya üz tuturlar. Xaricdən Ermənistana köçürülən fərdi transfertlərin təxminən 75 faizi Rusiyadan gəlir. Bu, ildə 2 - 3 milyard dollar edir. Bəziləri Ermənistanın özündə Rusiya kapitalı ilə fəaliyyət göstərən (dəmiryolu, rabitə, energetika) müəssisələrdə işləyir və ya Rusiya hərbi strukturlarında qulluq edir. Bu reallıq fonunda Ermənistanın üzünü Avropaya çevirməsi müşkül məsələdir və görünür ki, reallıq öz yerini tapmaq üzrədir.
Düzdür, bu gedişatı indi hakimiyyətdə olan “Mənim addımım” blokunun nümayəndələri inkar edirlər. Lakin gətirilən faktlar bu siyasətin fiaskoya uğradığına aydın sübutlardır. Digər tərəfdən belə bir istiqamət Kremlin də niyyətlərinə cavab vermir və təbii ki, Qərbə meyillənən qüvvələrin qarşısının alınmasına uyğun taktika yeridir. Axı, Ermənistan Rusiyanın bir əyaləti səviyyəsindədir. “Quru-quru” dövlətəm deməklə heç nə həll olunmur.
N.NOVRUZ

Oxşar məqalələr