Rus dumasının “maygülü”sü

milonov

Ermənilər daha bir rus “ictimai xadimini” Azərbaycan əleyhinə kökləməyə çalışırlar. Kimdir bu adam? Rusların özlərinin “Rusiya parlamentinin “siması” – “qızıl imalə” mükafatının sahibi Vitali Milonov”. İndi ruslar özlərinə tez-tez sual verirlər: Necə olub ki, Rusiya vətəndaşları öz səslərini Vitali Milonov kimi biabırçı təzahürə veriblər? Bu sürtük Dövlət Dumasına necə dürtülüb? Və bir vaxtlar qüdrətli olan Rusiyanın başına nə gəlib ki, onu bu gün başdanxarab Milonov kimi deputat təmsil edir? Bir sözlə, milonovçuluq...
Bu sual təkcə Rusiyanın yox, həm də xarici auditoriyanı narahat edir. Dövlət Dumasını Milonovun simasında sosial şəbəkələrdə yerli və xarici istifadəçilərin müzakirə etməsi biabırçılıqdır. Bu sürtük deputat burnunu hətta xarici münasibətlər sahəsinə də soxub.
Budur, sosşəbəkədə onun haqqında yazılan şərhlərdən biri: “Milonov aşkar naxoşdur, hətta onun seçiciləri psixi müayinədən keçirilməsini tələb edirlər. O iki mükafatın - “Gümüş qaloş” və Qızıl imalə”nin sahibidir.
Onun deputat mandatından məhrum edilməsini seçicilər, peterburqlular və mədəniyyət xadimləri tələb edirlər. Hər bir anormal psix kimi o, hiperfəaldır.
Onun təşəbbüslərinin siyahısı bunu təsdiqləyir:
-Qəlyanların qadağan edilməsinin təşəbbüsçüsü kimi çıxış edib.
-“Homoseksualizmin və pedifiliyanın təbliğinə görə inzibati məsuliyyət” qanunu üzrə Rammsteyn, Madonna və Ledi Qaqanın məsuliyyətə cəlb olunmasına cəhd edib.
-İnsanın yaranması və evolyusiyasının təsdiq edilməməsini bildirərək, məktəblərdə Darvin nəzəriyyəsinin tədrisi əleyhinə çıxış edib.
-MTV telekanalını mənəviyyatsızlığa görə bağlatdırmağa təşəbbüs edib və sairə bu kimi “dəli-dıydıq” işlərlə məşğul olub.
Milonov St-Peterburqun ilk deputatıdır ki, seçicilər və şəhər sakinlər onun istefasını tələb edirlər. Petisiyanın təşkilatçıları bildirirlər ki, onları bu addımı atmağa məcbur edən onun “bir yığın mənasız təşəbbüsü və sərsəm əməlləridir. Milonovun “heç olmasa 2015-ci milə qədər homoseksualizmi ləğv etməli” təklifi “şou-biznes sahəsində şübhəli nailiyyət” kimi qəbul edilib və 2012-ci ildə “Gümüş qaşıq” “mükafatı”na layiq görülüb. Bu tipli digər “Qızıl imalə - 2012” mükafatı isə “LGTB ilə bərabər hüquqa görə heteroseksualların alyansı”ndan alıb.
Rusiya Federasiya Şurasının üzvü K.Dobrınin RF Baş Prokuroruna müraciət edib ki, Milonovun slon.ru saytına müsahibəsini ekstremizm üzrə yoxlasın. 2014-cü ilin martında onun ukraynalıların ünvanına dediyi “dəli eşşəklər”, “mandolinalı kütbeyinlər” ifadələrinə və Krım tatarlarının ünvanına söylədiyi təhqirlərə görə baş prokurorluq tərəfindən ekstremizm predmeti kimi yoxlanılıb.
Və bütün bu “gğzəl” xüsusiyyətlərinə görə Vitali Milonov artıq erməni diasporçularının diqqətini cəlb edib və onu ələ almağa başlayıblar. Tezliklə Şimaldan Azərbaycanın və Türkiyənin ünvanına hədyanlar yağdıranların sıraına daha birisinin qoşulacağı gözləniləndir. Belə “parlaq” tərcümeyi-hala malik fırıldaqçılarla ermənilərin əməlləri həmişə üst-üstə düşür.

“Gradator.ru”dan improvizasiya ilə
İKSmedia.az

Şuşa Türk Dünyasının mədəniyyət mərkəzidir

Alın ha, yana-yana qalın ha..!

ermənilər meri axtarır

Siyasətdə “yuyulmamış çömçə” kimi dəqiqəbaşı ortaya atılmaq heç də uğurlu taktika deyil. Necə ki, Ermənistanın bir çox rəhbərləri, o cümlədən indiki baş nazir Nikol Paşinyanın ara-sıra dəvət olunduğu beynəlxalq və regional tədbirlərdə, görüşlərdə gümdəmi zəbt etmək eşqi ilə yerli-yersiz hamı ilə selfi çəkdirib məşhurlaşmaq isyəyirdi. Lakin şan-şöhrət əvəzində onun qazançı qəhqəhə və istehza içərisində “Nə oldu, Paşinyan?” sual oldu. İndi də Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın sinizmi Azərbaycanda gedən prosesin hər bir anında özünü açıq şəkildə biruzə verir. Belə ki, yer üzünün almaz qaşı tək ruhları oxşayan bizim Şuşa şəhərinin Türki Dünyasının mədəniyyət mərkəzinə çevriləcəyi arzusu Ara Ayvazyanın siyasilikdən çox bambılı fiqur olduğunu üzə çıxarıb.
“Ermənistan Şuşinin Türk mədəniyyətinin mərkəzinə çevrilməsi ilə razılaşmayacaq” - deyə, erməni siyasətçilərinin başçısı, “Novosti Armeniya” saytının yazdığına görə, parlamentdə bəyan edib: “Şuşi – erməni mədəni mərkəzidir. Bir daha demək istəyirəm, kimin nə deməsindən asılı olmayaraq, biz onunla razılaşa bilmərik ki, Şuşi türk mədəniyyətinin mərkəzi olsun. Mən əminəm ki, biz beynəlxalq ictimaiyyətin dəstəyini alacağıq”.
A.Ayvazyan 44 günlük müharibə vaxtı Ayda yaşamırdı, qədim Azərbaycan şəhəri olan İrəvanda idi və baş verən hadisələrdən çox yaxşı məlumatlıdır. Düzü, sonradan onu hansı ağlına görə xarici işlər naziri qoydular, bu, hələ də qaranlıqdır. Amma böyük ehtimala görə, onu elə bu cür mühakimələrinə görə baş siyasətçi təyin ediblər. Çünki, Ermənistanda siyasət yoxdur, siyasətçilərin dalınca sürünmək var ki, bu da Ayvazyanın lap boyuna ölçülüb. Bu adamın tarixdən elementar bilgisi yoxdur ki, Şuşanı Qarabağ xanlığının hökmdarı Pənahəli xan tikdirib, paytaxt edib və ondan sonra taxta çıxan İbrahimxəlil xan öz dövrünün ən mədəni şəhərlərindən birinə çevirib. Bəlkə də eşidib, ancaq erməniliyə xas həyasızlıq onu bu cür taktikaya sövq edir. Amma, nahaq! Belə fəaliyyətinə görə ona siyasi qulaqburma veriləndə bəlkə özünə yığışar.
Deyir, dostunu göstər, deyim necə adamsan. Ermənistanın baş naziri Nikol Paşinyan kimi birisi olanda xarici işlər naziri də Ara Ayvazyan olar. Çünki, Paşinyan da nasist baxışlarına görə hələ iki il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ifşa ediləndə, gücü yalnız kəkələməyə çatırdı. Ancaq belə görünür ki, indi özünə gəlib və o da başlayıb sayıqlama taktikası yeritməyə. Belə ki, Azərbaycanı faşizmdə təqsirləndirmək fikrinə düşüb. Niyə? Dediyinə görə, kim tərəfindənsə marka buraxılıb və həmin markadakı şəkildə Qarabağ erməniləri dezinfeksiya edilir (yəni, xislətlərindəki zir-zibil təmizlənir). Belə bir marka həqiqətən var, ya yox, bilinmir, çünki internetdə axtarış versək də bir məlumat əldə edə bilmədik. Çox güman ki, hansısa fərd tərəfindən sərbəst şəkildə bu cür marka buraxılıb. Amma, bunun faşizmə nə dəxli? Bütün dünyanın faşist saydığı və nasist kimi lənətlədiyi Qaregin Njdenin İrəvandakı cılız təfəkkürün məhsulu olan yekə heykəlini bir kənara qoyub, bir neçə qramlıq markadan yapışmaq, yüngül düsək, baş nazir postunu tutan şəxs üçün olduqca aşağılayıcı arqumentdir. Amma, nə edəsən, ermənilər böyüklü-kiçikli buna gedirlər.
Bu sayıqlamalar ermənilərin vəzifə sahiblərinə aiddir. Sadə ermənilərin isə dərdi başqadır. İrəvanı qar basıb. Əhali soyuqdan və acından titrəyir. Gedirlər merin yanına ki, dərdlərinə əlac eləsin. Mer də yoxa çıxıb. Çox güman ki, Erməniistanın keçmiş prezidenti Robert Koçaryan vaxtilə Afrikaya şir ovuna getdiyi kimi, İrəvan meri Ayk Marutyan da qar yağmasından istifadə edib, dağlara sürüşməyə gedib.
Bu arada siyasi analitik Tevos Arşakyan Paşiyanın komandasının üzvü Lena Nazaryana müxalifət tərəfindən edilən abırsız hücumlara görə mətbuatda yazır: “İntiqam axtaranlar: erməni qadını danlamaq azəri türkləri ilə döyüşdə vuruşmaqdan asandır”.
Nazaryanın günahı ondan ibarətdir ki, Azərbaycanla müharibədə biabırçı məğlubiyyətə uğrayanların indi İrəvanda intiqam almaq barədə asıb-kəsmələrini tənqid edib. O deyib: “Bu gün əksər ekspertlər, müxtəlif xadimlər danışırlar ki, firavan həyatımızda güc toplayarıq, bir neçə ildən sonra silahlanıb qələbə üçün gedərik. Bağışlayın, mən bu düşüncəni tənəzzül və zərərli sayıram. Və istəyirəm, mənə barmaqla göstərsinlər ki, kimin 18 yaşlı oğlu hesabına bunu etmək istəyirlər”.
Dərhal erməni xisləti özünü göstərib və Lena Nazaryanı söyməyə başlayıblar. Tevos düz deyir, erməni qadınını danlamaq, daha doğrusu söymək, daha asandır, nəinki azərbaycanlılara qarşı döyüşmək. Aydın görünür ki, Nikol Paşinyanın və Ara Ayvazyanın sayıqlama taktikasının davamçıları Ermənistanda kifayət qədərdir.
N.NOVRUZ

Ruslar ermənilərin əlindən dad döyür

erməni irsi2

Rusiyada ermənilərin məskunlaşdığı ərazilərdən danışarkən ilk yada düşən, adətən, Kuban və Krasnodar vilayətlərinin, Şimali Qafqazın adı çəkilir. Amma əslində ucsuz-bucaqsız Rusiyanın elə bir şəhəri, kəndi, qəsəbəsi yoxdur ki, ermənilər orada at oynatmasınlar. Çünki, rüşvətxor rus məmurlarını ələ almaq yaltaq ermənilərin əlində su içmək qədər asandır.
Bu dəfə rus mətbuatı Obninsk şəhərindəki erməni diasporunun !möhtəşəm” tədbirindən yazıb. Yanvarın 9-da Obninsk şəhərində “taleyə məğlub olmayan Ermənistan” iddialı adı altında ədəbi-musiqili tamaşa keçirilib. Obninskdə bu yaxınlarda açılan teatr studiyasının ilk layihəsi kimi məhz erməni tamaşasının seçilməsi diqqəti çəkib. “Obninsk.name” portalının verdiyi məlumata görə, studiya, Ermənistan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin himayəsi altında “Araks” mədəni-maarif mərkəzinin bazasında yaradılıb. Yəni, erməni diasporunun, müəyyən bir ənənəyə görə, Rusiyada yalnız paytaxtın KİV və mədəniyyət mərkəzlərini deyil, həm də regional mərkəzləri öz nəzarəti altına aldığı meydana çıxıb.
Rusiya və Ermənistan KİV-lərinin verdiyi məlumata görə, Rusiyanın Obninsk şəhərində keçirilən bu teatr tamaşası "Artsaxdakı hərbi hadisələrə həsr olunub və tamaşaya hazırlıq bölgədə baş verən hərbi əməliyyatlara paralel olaraq həyata keçirilib. Tamaşada Vətənə məhəbbətlərini bildirən müxtəlif yaşda uşaqlar iştirak ediblər”. Yəni, Rusiyada rusların yox, erməni “vətənpərvərliyi” şərəfləndirilir və yalnız erməni uşaqları yox, həm də rus uşaqlar - “yumşaq güc” uşaqlıqdan erməni təsirinin altına salınır. Ruslar özlərinə sual verirlər: nə üçün rus uşaqlar erməni vətənpərvərliyi ruhunda tərbiyə olunurlar?! Nə üçün rusların uşaqları erməni millətçiliyinin dərdini yaşamalı və müdafiə etməlidirlər, nə üçün artıq Ermənistanın özündə belə imtina olunan ermənilərin süparatist “arsax” layihəsini təbliğ etməlidirlər?

erməni irsi
Rusiyada “elm şəhəri” kimi məşhur ad qazanan Obninskdəki erməni diasporu yaxşı qurulub. Məsələn, 26 may 2020-ci ildə Kaluqa vilayətinin Obninsk şəhərində, yerli “Mədəni İrs” ictimai birliyi tərəfindən mədəniyyət mərkəzi kimi yaradılan “Erməni Evi”nin təntənəli açılışı olub. Mərkəzin açılış mərasimində kimlər iştirak etməyib?! Obninsk bələdiyyə başçısı I.M. Mironov və Erməni Apostol Kilsəsinin Novo-Naxçıvan və Rus Eparxiyası başçısının nümayəndəsi, arximandrit Yezras - Ata Markos (ruslar təəccüblənirlər ki, artıq Rusiyada belə erməni din xadimləri də var!), “Rusiya Ermənilər Birliyi”ndən nümayəndə heyəti, media rəhbərləri, Rusiya və Ermənistan ictimaiyyətinin çoxsaylı nümayəndələri, “Noyev Kovçeq” qəzetinin baş redaktoru G.Anisonyan, Moskva Erməni İncəsənət Klubunun prezidenti R.Babloyan, “Qorsarar” jurnalının redaktoru Baqram Bekçyan və başqaları.
Sati Sahakyansın əri Vladimir Spivakov da tez-tez Obninskdəki erməni mədəni layihələrini ziyarət edir və dəstəkləyir. Ermənistanın Baş Naziri Aparatının Diasporla İşlər üzrə Baş Komissarı Zare Sinanyan da Obninskə ziyarətə gəlib və yerli erməni diasporunun işlərinə xüsusi diqqət yetirib.
Erməni “mədəni irsi” Rusiyada belə kök salır. İndiyə qədər yalnız bir mədəni “miras” adı ilə fəaliyyət göstərən ermənilərin zamanı yetişəndə siyasi fenomenə çevrilməsi tamamilə gözləniləndir. Bu proqnoz isə yalnız rus ictimaiyyətini narahat edir. Məmurlar və siyasilər isə milli maraqların ermənilərə qurban verilməsinə rüşvət və geostrateji maraqlar müqabilində göz yumurlar.
N.NOVRUZ

35 -dən səhifə 141

Oxşar məqalələr