Qarabağa Rusiyadan ordu generalı gəlib

bulqakov 1

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov sülhməramlıların məsuliyyət zonasına aid olan Azərbaycan ərazilərinə səfər edib. Virtualaz.org Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata istinadən xəbər verir ki, ordu generalı Bulqakov Xankəndində Rusiya sülhməramlıları üçün tikilmiş 250 yerlik növbəti şəhərciyin açılışında iştirak edib. O, jurnalistlərə bildirib ki, sülhməramlılar üçün mobil şəhərciklərin hamısı aprelin 5-nə qədər istifadəyə veriləcək. Aprelin sonuna qədər isə Dağlıq Qarabağda mobil hospital işə düşəcək.

bulqakov 2

“Bu gün biz 25 belə şəhərciyin təchizatını başa çatdırırıq, təhvil verilmə, istismar, lazım olan avadanlıqların quraşdırılması işi gedir. Aprelin 5-dən gec olmayaraq bütün şəhərciklər istismara veriləcək, yəni bizim sülhməramlıların hamısı şəraitlə təmin olunacaq”,-müdafiə nazirinin müavini bildirib.

Qeyd edək ki, Qarabağa 1960 nəfərdən ibarət Rusiya sülhməramlı kontingentinin yeridilməsi 10 noyabr üçtərəfli razılaşmasında əksini tapıb.

Bulqakov dəqiqləşdirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qərarı əsasında Dağlıq Qarabağda mobil hospital da tikilir və orada xüsusi təyinatlı tibb dəstəsinin qüvvələri hesabına lazım olsa sülhməramlılara ixtisaslı tibbi yardım da göstəriləcək. Müdafiə nazirinin müavini mobil hospitalın quraşdırılmasının aprelin 5-7-dən gec olmayaraq başlayacağını, ayın sonuna qədər tamamlanacağını deyib.

bulqakov 3

“Aprelin sonuna qədər biz sülhməramlı qüvvələrimizin tam şəraitlə təmin olunmasını bütün istiqamətlərdə tamamlamağı nəzərdə tuturuq”,-rusiyalı general bildirib.

O, məlumat verib ki, 3 aydan da az müddətdə Dağlıq Qarabağda 12 blok-modul şəhərcik istifadəyə verilib.Bunlar Xankəndində, Qarakənddə, Xaçmaçda, Xocavənddə və Əsgəranda yerləşir. Yaxın günlərdə isə belə şəhərciklər Çartar, Laçın, Sus, Canyataq, Qırmızı Bazar, Ağdərə, Zarıslı, Zabux və digər yaşayış məntəqələrində hazır olacaq.

Şəhərciklərin yaradılması üçün 589 hərbi inşaatçı və 45 vahid texnika səfərbər olunub.

bulqakov 4

Nəcməddin Sadıkovun həbsinə hazırlıq gedir - O da qətldə ittiham olunur

sadıkov 1

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkovla bağlı müzakirələr səngimir.

İKSmedia.az HİT.Az-a istinadla xəbər verir ki, Dubayda dincəlməsi barədə videogörüntülərlə gündəmə gələn Nəcməddin Sadıkovun ünvanına müxtəlif ittihamlar səsləndirilir.

Azərbaycan MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu isə Nəcməddin Sadıkov haqqında sensasiya sayıla biləcək iddialar irəli sürüb. Ekspertin sözlərinə görə, Hərbi Hava Qüvvələrinin komandanı olmuş general-leytenant Rail Rzayevin qətlində də Nəcməddin Sadıkovun rolu var.

“2009-cu il fevralın 11-də ölkənin Hərbi-Hava Qüvvələri Komandanı, general-leytenant Rail Rzayevin qətlindən tutmuş, 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin "qəzaya uğramasınadək" baş verənlərdə xain Nəcməddin Sadıkovun birbaşa iştirakı var”, - deyə o bildirib.

Ərəstun Oruclu əlavə edib ki, Rail Rzayevə həyatının təhlükədə olması barədə məlumat verilib: "Həmin vaxt onun yanında olan Nəcməddin Sadıkov qıcıqlanaraq, bunların boş söhbətlər olduğunu deyib.

Bir müddətdən sonra general qətlə yetirilir və elə həmin gün də tələm-tələsik basdırılır. 3 zavallı onun qətlində ittiham edilərək, 7-9 il arası həbs cəzası alır. Onlardan biri də generalın yavəri olur. Təbii ki, nələrisə bildiyinə görə...

Yadımdadır, 2017-ci ildə bu haqda bloq yazımı dərc edəndə, diqqəti ondan yayındırmaq üçün mətbuata təcili qondarma bir "sensasion" yazı atdılar. Sonra da unutdular, əlbəttə...

Rail Rzayevin qətli Azərbaycanın İsrailin dəstəyilə modernləşməkdə və Rusiyanın nəzarətindən çıxmaqda olan Hərbi-Hava Qüvvələrini dağıtmağa hesablanmışdı, amma özünü Səfər Əbiyevin qarşısında toy generalı Zakir Həsənovun qarşısında olduğu qədər sərbəst hiss etməyən Sadıkov o zaman həmin məqsədə çata bilmədi”.

sadıkov 2

Ekspertin sözlərinə görə, 2019-cu ildə Azərbaycana məxsus MİQ-29 təyyarəsinin qəzaya uğraması da Rail Rzayevlə bağlı prosesin tərkib hissəsi olub.

“2019-cu ildə həmin məsələyə yenidən qayıdıldı. Bu dəfə MİQ-29 təyyarəsinin "qəzaya uğraması" bəhanəsi ilə... Hər şey plan üzrə gedirdi, lakin casus dəstəsi tərəfimizdən gözlənilməz ifşa zərbəsi alaraq geri çəkilməyə məcbur oldu.
Əks halda 2020-ci il savaşında nə bayrakdarlar, nə haroplar, nə baraklar, nə də loralar olacaqdı. Hamısını HDQ-nin gəmiləri, texniki vasitələri və hətta mayakları kimi darmadağın edəcəkdilər.

Bunun nəticəsinin nə ola biləcəyini deməyə, yəqin ki, xüsusi ehtiyac yoxdur”, - deyə Ərəstun Oruclu vurğulayıb.

O daha sonra bildirib ki, Nəcməddin Sadıkov Hərbi Dəniz Qüvvələrini də sıradan çıxarıb: “Hərbi-Dəniz Qüvvələri dağıdılır və məlum olur ki, komandan Şahin Sultanovun kənarlaşdırılmasında birbaşa Nəcməddin Sadıkovun əli olub.

Onun yerinə gətirilənlərdən biri - Hicran Rüstəmzadə dəniz xüsusi təyinatlılarına barəsində yazdığım Cəfər Seyidovu rəis təyin edir və sonra da Seyidovun rəhbərliyi altında həmin dəstə Tərtər qarnizonunun şərlənmiş hərbçilərinə vəhşicəsinə divan tutur.

Nəhayət, Tərtər qətliamında xüsusi canfəşanlıq göstərənlərin Baş Qərargaha və Müdafiə Nazirliyinin digər qurumlarına vəzifələrə çəkilməsi də birbaşa xain Sadıkovun planı üzrə baş verirdi.

sadıkov 3

Baş Qərargah 2020 savaşından 2 il əvvəl snayper hazırlığı proqramını ləğv edir və komandirlərə düşmənin silah-sursatının sayı haqda rəqəmləri azaltmağı tapşırır”.

Ekspert bütün bunlarla bağlı əlində subütların olduğunu da əlavə edib:

“Əlimizdə səs qeydləri şəklində sübutlar da var. Belə fəaliyyətin nəyə hesablandığını və hansı nəticələr verə biləcəyini anlamaq üçün isə Suvorov və ya Napoleon olmağa ehtiyac yoxdur məncə.

Sadıkovun fəaliyyətini 10 ildən artıqdır diqqətlə izləyən biri kimi onun cinayətlərini saatlarla sadalaya bilərəm, amma elə bunlar kifayət edir ki, bir neçə suala cavab axtaraq:

1. Oktyabrın ilk günlərində "yanlış" döyüş planı təqdim edərək ordunu itkilərə məruz qoyduğuna görə prezident tərəfindən kənarlaşdırılan Sadıkov niyə həbs olunmadı?

2. Onun fəaliyyətinin yoxlanılması üçün niyə istintaq-əməliyyat qrupu yaradılmadı?

3. O, ölkədən xaricə niyə və kimin qərarı ilə buraxılıb?

4. Onun vəzifədən azad edilməsi barədə əmr və ya sərəncam bu günədək niyə yoxdur?

5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu gün kimdir?

Nəhayət, bir sualım da var: nə vaxtadək bu ölkəyə məqsədli ziyan vuran satqınlar, xainlər və cinayətkarlar mükafatlandırılacaq, vicdanlılar isə belələri tərəfindən şərlənəcək, işgəncələrə məruz qalacaq və ödürüləcək?”

Qeyd edək ki, Nəcməddin Sadıkov 2 noyabr 1993-cü ildən 28 yanvar 2021-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müvaini olub. Bu günlərdə onun Dubayda istirahət etdiyi barədə videogörüntü yayılıb.

Nəcməddin Sadıkov vəzifədə olduğu dövrdə də milli maraqlara zidd olan ən müxtəlif məsələlərdə ittiham edilib. Lakin o, indiyə qədər barəsində səsləndirilən ittihamlara cavab verməyib.

Bəzi mülahizələrə görə, nəhayət, Nəcməddin Sadıkovla hesablaşmağın zamanı gəlib. Bu baxımdan, indi onun fəaliyyəti diqqət mərkəzinə gətirilir. Ehtimal olunur ki, keçmiş Baş Qərargah rəisi də general Rövşən Əkbərovun taleyini yaşaya bilər.

Vətən müharibəsində gənc həkimlər igidlərimizə təpər oldular

İlkin 6

Vətən müharibəsinin çətin və düşmənə nifrət dolu hikkəli yollarında cərrah bıçağı ilə vuruşaraq Böyük Qələbədə əməyi olan həkimlər sırasında qəlbi Vətən eşqi və azadlıq arzuları ilə döyünən Azərbaycan gəncliyi fədakarlıqla çalışıb. Həmin həkimlərdən biri də “HB Güvən” klinikasının təcrübəli travmotoloq-cərrahı İlkin Cəlildir. Azadlıq çarpışmasının ilk dövründə ona çağırış gələndə uzun illərdir ki, həsrətlə gözlədiyi yeni mənzilinə köçməyə başlamışdı. Çağırış isə köçmək anında gəlmişdi. Nə etməli? Dayanmaq olmazdı. Çağırış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gəlsə də, əslində, bu, Vətənin çağırışı idi. İlkin doktor ( işdə hamı onu belə çağırır) bir an belə tərəddüd etmədən xidmətə yollandı və təyinatı üzrə Naftalan şəhəri yaxınlığında yenicə qurulmuş səyyar hərbi hospitalda işə başladı.
Hospitalda toplanmış həkim briqadası 44 gün ərzində döyüşlərdə yaralanan yüzlərlə əsgərimizə vaxtında tibbi yardım göstərərək onları ağır cismani əzablardan xilas etdi, neçə-neçə ağır yaralını ölümün pəncəsindən aldı. Onların içərinsində İlkin doktorun öz çəkisi, öz adı və sanballı əməyi var.
Müharibəyə leytenant kimi yollanan İlkin Cəlil 44 gün sonra evə baş leytenan rütbəsində qayıdıb. Onu qapıda Bakıdakı Atatürk liseyinin 4-cü sinif şagirdi olan böyük oğlu Toğrul qarşılayıb və torpağımızın azadlığı, Türk millətinin böyüklüyü düşüncəsi ilə atasının cəbhə fəaliyyətinə “əla” qiymət verib.
Azərbaycan cəmiyyəti Vətən müharibəsində fədakarlıqla çalışan tibbi heyərin işini “Halal olsun!” nidası ilə qiymətləndirib. Bu halallıqdan İlkin Cəlilə də xüsusi pay düşür.

İlkin 2

İlkin 3

İlkin 4

İlkin 5

İKSmedia.az

Təslim olan PKK-çı: “Ermənilərə kömək üçün Qarabağa əlavə qüvvələr göndərildi”

pkk çılar

İraqın şimalındakı Gara bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi xüsusi əməliyyatın gedişində sağ ələ keçirilən PKK terrorçuları dindirmə zamanı təşkilatın xarici dəstəyi haqda önəmli məlumatları çatdırıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Yeni Şafak” qəzeti yazır.

Türkiyə ordusu bu günlərdə Gara bölgəsinə havadan və qurudan həmlə edib, orada PKK terrorçularının düşərgələri, silah-sursat anbarları məhv edilib, onlarla terrorçu zərərsizləşdirilib. Əməliyyatın gedişində PKK mağaralardan birində 6 ilə yaxındır girov saxlanılan 13 Türkiyə vətəndaşını güllələyib öldürüb. Türkiyə xüsusi təyinatlıları bir neçə terrorçunu sağ ələ keçirə biliblər.

təslim olan pkk

Təslim olan terrorçulardan Ş.M. dindirmə zamanı deyib: “Türkiyə silahlı qüvvələri İraqın şimalında əməliyyat həyata keçirməzdən əvvəl iki ölkə (Rusiya və ABŞ) vurulacaq nöqtələri 30 dəqiqə əvvəldən təşkilata xəbər verirdi”. Həmin terrorçu təşkilatın Fransa, ABŞ və Suriya kəşfiyyatı ilə əlaqələri olduğunu deyib. Bildirib ki, ABŞ PKK-ya buldozerlər, ekskovatorlar, yük maşınları və zirehli maşınlar verir. Fransa isə pilotsuz təyyarələrlə havadan əldə etdiyi görüntü və koordinatları təşkilata ötürür.

Digər terrorçu D.M. isə deyib ki, ABŞ PKK liderlərini qorumaq üçün birbaşa öz hərbi personalını ayırıb. Məsələn, “Bahoz Erdal” ləqəbli PKK liderinin cangüdənlərindən 8-i Amerika əsgəri olub. “Sofi Nurettin” kod adlı terrorçu isə bir müddət ABŞ ordusunun İraqın şimalındakı düşərgəsində qalıb.

bahoz erdal

Bahoz Erdal

2020-ci ilin son aylarında Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan İ.Ç. adlı terrorçu isə deyib ki, hətta Liviyada hakimiyyəti ələ keçirmək istəyən qyiyamçı feldmarşal Həlifə Haftar da Türkiyəyə qarşı PKK-dan istifadə etməyə çalışır. Belə ki, Haftar öz adamını PKK ilə təmaslar üçün Suriyaya göndərib və terror təşkilatından dəstək istəyib. Həmin terrorçu deyiib ki, Haftarın PKK-dan dəstək istədiyini təşkilatın liderlərindən Fehman Hüseyn ötən il Şeddade bölgəsində keçirdiui toplantıda təsdiqləyib. “Haftar ordusu YPG-dən (PKK-nın Suriya qolu) dəstək istəyir” deyib.

döyüşdən sonra

İ.Ç. Ermənistana dəstək üçün Qarabağa əlavə PKK qüvvələrinin göndərildiyini də təsdiq edib, bunu terror təşkilatın az qala bütün üzvlərinin bildiyini deyib.

Qeyd edək ki, ötən il Qarabağda hərbi əməliyyatların başlanması ərəfəsində Ermənistanın Qarabağa İraq və Suriyadan PKK terrorçularını daşıyıb gətirdiyi haqda kifayət qədər mötəbər məlumatlar, o cümlədən xarici mənbələrdən məlumatlar yayılmışdı. Söhbət bir neçə min PKK terrorçusundan gedirdi. Qarabağda daha əvvəl də PKK-nın düşərgələrinin olduğu məlum idi. Müharibənin başa çatmasından az sonra PKK-nın qadın dəstələrinin komandiri də təşkilata yaxın mediaya müsahibəsində Qarabağa ermənilərə kömək üçün dəstələr göndərdiklərini təsdiq etmişdi.

“İmarət” stadionu tarixin səsinə səs verərmi?!

Vətənimizin Qarabağ bölgəsi gözlənilən azadlığına qovuşub. Xalq üçün bundan şirin nemət ola bilərmi? Düşünmürəm. Ölkə şadlıq içindədir. Hər kəs sevinclə dolu arzusunu dilə gətirir, perspektiv inkişaf üçün təkliflərini bildirir.
Azərbaycanın bugünkü qüdrəti Qarabağın sürətlə inkişaf edəcəyini, yeni tarixin əsl tarix zəminində meydana gələcəyini stimullaşdırır. Tezliklə Azərbaycan, digər bölgələri kimi Qarabağla da fəxr edəcək, özünü dünyada daha geniş ampluada tanıdacaq. Təbii ki, bu işdə hər bir vətəndaşımızın ya əməyi olacaq, ya da arzusu, yaxud da təklifi həyata keçəcək. Ancaq bu, heç də asan başa gələn məsələ deyil. Çünki, arzularla reallıq arasında həmişə ciddi fərqlər olur və Qarabağ üçün də bu hal əskik olmayacaq. Mən bu cür hallardan biri haqqında fikrimi bölüşmək istərdim. Bu, Qarabağ futbol komandasının bir vaxtlar “at oynatdığı” və “İmarət” adlanan ərazidə yerləşmiş stadion barədədir. Təsadüfi deyil ki, Qarabağın bir neçə azarkeş qrupundan biri “İmarət” adını şərəflə daşıyan fan-klubdur. Qəlbimizin Qarabağ həsrəti ilə yandığı bir vaxtda, 2009-cu ildə qurulan klub hamımızın azarkeşlik etdiyimiz “Qarabağ”-ın futbol meydanlarında uğur qazanmasını təntənə və coşqu ilə qeyd etməklə komandanı yeni nailiyyətlərə ruhlandırıb. Bunun özü də azadlıq uğrunda xalqımızın apardığı mübarizədə qan yaddaçının qorunub saxlanmasında əhəmiyyətli rol oynayıb. Ancaq söhbətimin əsas mövzusu bu deyil.

imarət 1


Ağdam, hətta xarabalıq kökündə olsa da, azadlıqdadır. Şəhərin bərpası məsələsi gündəmin başlıca problemidir. Qarşıda mühüm vəzifə durur: şəhəri necə bərpa etməli. Fikirlər, təkliflər çoxdur. Bir məsələ aydındır ki, dövlət Ağdamın bərpası üçün bütün məsələləri yeni baş plan əsasında və yüksək səviyyədə yerinə yetirəcək. Təbii ki, yenilik köhnəlik əsasında həyata keçiriləcək. Məsələnin məğzi ondadır ki, bütün hallarda tarixilik qorunub saxlanılmalıdır. Mədəni irs abidələrimiz bu sırada öndə getməlidir. Vaxtilə Qarabağ xanlığının yaradıcısı olan Pənahəli xana məxsus tikililər belə abidələr sırasındadır və hazırkı dönəmdə olduqca böyük tarixi əhəmiyyətə malikdir, ona görə ki, Azərbaycan tarixinin bir parçasının daşıyıcısıdır. Həmin abidələrdən biri, məhz, xanın Ağdamdakı sarayı və “fəxri xiyaban” adlandıra biləcəyimiz evi, sonradan Pənahəli xanın arzusu ilə qəbiristanlığa çevrilmiş İmarətdir. Bu, tarixən belədir. Ancaq tarix, bəzən onu sadəcə təsvir edənlərin yox, məqsədli yazanların hökmündə olur. Necə ki, sovet dövründə bəzi xalqların, xüsusilə də türklərin tarixini unutdurmaq siyasətinin aparılması Pənahəli xanın qurduğu dövlətin izlərinin itirilməsinə hesablanmışdı. Buna görə də onun İmarət adlanan evinin ətrafında saldırdığı bağı məhv edərək yerində stadion tikmişdilər.
Ağdamdakı stadionu görənlər yaxşı bilirlər ki, həmin yer futbol meydançası üçün əlverişli seçim deyildi. Düzdür, stadion sırf futbol oyunu üçün nəzərdə tutulmuşdu və ölçüləri FİFA-nın qəbul etdiyi ölçülərə uyğun gəlirdi. Ot örtüyü də təbii idi və bu səbəbdən keyfiyyətli sayılırdı. “Qarabağ”ın İmarət stadionunda oyunlarını mən ötən əsrin 60-cı illərində izləmişəm, stadionda dəfələrlə olmuşam və hətta Ağdamdakı məktəblərin siniflərarası yarışında bir dəfə öz komandamızın tərkibində oynamışam. Yəni, demək istəyirəm ki, stadiona, onun aurasına yaxşı bələdəm. “İmarət”in girişində su arxı və arxın üstündə Pənahəli xanın əkdirdiyi bir neçə çinar ağacı vardı. İndi, deyilənə görə, ermənilər həmin ağacları doğrayıblar. Çinarlardan sağ tərəfdə xanın özünün, oğlu İbrahim xanın və nəvəsi Xurşidbanunun, habelə bir neçə nəsil-kök əqrabasının türbələri və məzarları yerləşirdi. Həmin məzarların qalıqları durur. Yeri gəlmişkən, sovetlərdən xeyli əvvəl öz malikanəsində məktəb açan, kasıb balalarını öz hesabına yedirib geyindirən, onlara təhsil verib həyata hazırlayan, Ağdamın tanınan müəllimlərindən biri - mənim ana babam Qəzənfər ağa Cavanşirin də qəbri İmarətdədir. Onu 1935-ci ildə orada dəfn ediblər.

imarət 2
İndi qayıdaq Ağdamın bərpası məsələsinə. İmarət fan-klubu başda olmaqla bir çox adamlar “Qarabağ”ın İmarətdə oynayacağı günü səbirsizliklə gözləyir. Gəlin, təsəvvür edək ki, stadion bərpa olunub. Futbol meydançası ilə bərabər, təbii ki, mədəni irsimiz – xanların məqbərələri və digər məzarlar da bərpa olunacaq. Xalq stadiona gəlir ki, futbola baxsın, amma meydançanın kənarında müqəddəs sayıdığımız qəbirlərimizlə rastlaşırıq. Bu nə qədər uyğun ola bilər? Biz ya tariximizi özümüz məhv edib mədəni irs abidələrimizin yerində futbol oynamalıyıq, ya da tariximizi bərpa edib, stadion üçün daha uyğun yer seçməliyik. Hansı daha vacibdir? Məncə, hər ikisi, amma ikisi də öz yerində. Yəni, İmarəti, tarixi sarayı və ulularımızın ruhlarının məskənini dağıtmaq, məhv etmək olmaz. Tarix bunu xalqımıza heç vaxt bağışlamaz. Üstəlik, həmin məkan stadion üçün əlverişli yer deyil, ona görə ki, tribuna tikməyə, müasir stadiona məxsus bütün infrastrukturu təmin etməyə yer yoxdur. Kimsə deyə bilər ki, dövlət ətrafdakı evlərin sahiblərinə kompensasiya ödəyib stadion üçün ala bilər. Ancaq, uzun həsrətdən sonra dədə-baba evindən ayrı düşən insanlar həmin stadiona lənətlər yağdıracaqlar. 80-ci illərin sonlarında orada birtəhər tikilmiş yöndəmsiz oturacaqları isə yenə də keçmişdən qalmış xeyli sayda ağacı kəsməklə ərsəyə gətirmişdilər. Oturacaqların sayı isə cüzi idi.
Ağdamda doğulub böyüyən və şəhəri yaxşı tanıyan bir şəxs kimi təklif edirəm ki, yeni stadion Əhmədavar kəndində tikilsin. Orada bu idman qurğusu üçün kifayət qədər yer var. Güman ki, Ağdamın yeni stadionu Olimpiya Mərkəzinin tərkibində olacaq. Həmin ərazinin yaxınlığından keçən Qarqar çayının qarşısında bənd çəkməklə gözəl üzgüçülük və idmanın digər növləri üzrə qurğuları da inşa etmək olar. Həm də Əhmədavar şəhərdən uzaqda deyil, dağların ətəyinə daha yaxındır və gözəl panorama malikdir. “Qarabağ”ın İmarət və digər azarkeş qrupları da, məncə, fəaliyyət üçün daha rahat şəraitin olmasını arzulayarlar. Həm də Ağdamda idman qurğularının tikilməsi üçün kompleks planlamaya imkan verən boş yer seçilməlidir. Hətta rəmzi olaraq yeni stadiona “İmarət” adı da vermək olar. Həqiqi, tarixi “İmarət”in isə Pənahəli xanın arzuladığı Fəxri Xiyabana çevrilməsi və mədəni-tarixi ziyarətgah olması daha məqsədəuyğun olar.
Gəlin, tariximizi arzularımıza qurban verməyək! “İmarət” stadionu tarixin səsinə səs vermir.!

Novruz NOVRUZOV

33 -dən səhifə 141

Oxşar məqalələr