Dünya avtonom silahların cənginə çəkilir


Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin harayı

 

avtonom silah

 
İKSmedia.az saytına daxil olan məlumatda dünyanı çənginə alan yeni silah növlərinin gətirəcəyi bəlalardan bəhs olunur. Ölümcül təsirli tam avtonom silah sistemləri insan müdaxiləsi olmadan kimin yaşayaçağı və kimin öləcəyinə qərar verir. Hazırlanmaqda olan bu silah növləri mülki vətəndaşları əsgərlərdən ayırmayacaq, bu silahlarda insanlara xas olan mərhəmət hissi olmadığından kritik anlarda qərar qəbulunda yalnız maşın kimi çalışır. Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını xeyli artıra bilər ki, bu da hərbi münaqişələrdə mülki şəxslərin çətinliklərini daha da artıracaqdır. Ölümcül təsirli tam avtonom silahlardan istifadə dünyada gərginliyi artıracaq və gözlənilməz faciəli nəticələrə yol aça bilər.
Bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşgul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər. 26 Nobel Sülh Mükafatçısı bu prosesdə aktiv iştirak edir. Artıq bir neçə ildir ki, BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. Burada qeyd etmək lazımdır ki, müzakirələr süni zəka sistemlərinin tamamilə ləğv olunması istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqi alqışlanır. Hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və falakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədbiq edilir.
2020-ci ildə 28 ölkədə aparılan araşdırmada hər beş nəfərdən üçü insan müdaxiləsi olmadan hədəfləri seçib hücum edən silah sistemlərinin inkişafına qarşı çıxır. Bu silahlara qarşı ən çox çıxış edənlər İsveçdə (% 76), Türkiyədə (% 73) və Macarıstanda (% 70) olmuşdur. Qatil – robotlara qarşı əhalinin 50-74 yaş arası (69%) olan hissəsi üstünlük təşkil etmişdir. 63% qadınlar və 60% kişilər bu silah növlərinin yaradılmasının əleyhinə olmuşlar. Rəyi soruşulanların 66% -i bu silahların "mənəvi xətti keçəcəyindən, robot silahlara öldürmək icazəsinin verilməsindən" ən çox narahat olduqlarını bildirmişlər.
Bütün dövlətlər silahlar üzərində real insan nəzarətinin olmasını təsbit edən yeni müqavilənin yaradılması üçün danışıqlara başlamalıdırlar. Göründüyü kimi ictimaiyyət arasında robot silahlara qarşı münasibət olduqca mənfidir, bu da onları qadağan etmək üçün cəsarətli siyasi fəaliyyətə ümid verir.
Ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə Azərbaycan Respublikasının da aktiv iştirak etməsinin təmin olunması üçün Azərbaycan hökümətinin müvafiq strukturlarının iştirakını vacib hesab edirik.
Hafiz SƏFİXANOV
Minalar Əleyhinə Azerbaycan Kampaniyası ictimai birliyinin sədri

 

Camaatın başında sındırılan çanaq

azəriqaz
Bir neçə ay əvvəl “Azəriqaz” İB ah-zarla elan etdi ki, əvvəlcədən ödənişli sayğaclar olduqca bahadır və dövlətin puluna-malına qənaət etmək üçün onları daha ucuz, əvvəl qazı işlədib, sonra pulunu ödəməyə hesablanmış yeni sayğaclarla əvəz edəcəyik. Bu düşüncə ilə on minlərlə sayğacı dəyişdilər. Sayğacın haqq-hesaqbını ödəmək vaxtı çatanda əhaliyə məlum oldu ki, bu dəfə əvvəlki dövrə nisbətən iki və hətta bir neçə dəfə çox pul ödəməlidirlər. Şikayət şikayətin üstünə gəldi. Və budur,”Azəriqaz” İB indi elan edir ki, fevral ayının 1-dən etibarən yeni növ əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayır. Artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib. Görəsən, dövlətin puluna “qənaət” etmək barədə bir neçə ay əvvəlki “canıyananlıq” hara yoxa çıxıb. Bəziləri elə bilirlər ki, xalqı “dolayıb” onun cibinə girməklə qəhrəmanlıq göstərirlər, ta düşünə bilmirlər ki, özlərini dolayırlar fırıldaqçılığa! Buelə əhvalatların sonu da çox vaxt qazamatda bitir.
İKSmedia.az

Ermənilərin havadarları tələsir

Bakının bir tərəfində Türkiyə, digər tərəfində Rusiya durub

əliyev putin paşinyan

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri barədə anonsun verilməsi göstərir ki, Qərb Qarabağ müharibəsinin bitməsini düşünmür. Sadəcə, aktiv faza indi siyasi hücumlar fazasına keçib. Ancaq fakt faktlığında qalır: Ermənistan Azərbaycanla müharibədə və siyasi mübarizədə ciddi məğlubiyyətə uğrayıb. Üstəlik, Qərbin hansı yollasa Qarabağın parçalanaraq bir hissəsində ermənilər üçün dövlət yaradılmasına cəhd etməsi yalnız “daldan atılan daşın topuğa dəyməsi” kimi bir şeydir. Bu cəhdlər isə Ermənistanın və ermənilərin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.
İş burasındadır ki, Ermənistanın hərbi-siyasi vı iqtisadi vəziyyətinin menzurkası Rusiyanın əlindədir. Bu halın yaranması təsadüfi yaxud bazar iqtisadiyyatının yox, Rusiyanın Qafqazda və Avropada, habelə Yaxın Şərqdə olan geostrateji maraqlarının nəticəsidir. Bu səbəbdən Rusiya Ermənistanı əlində saxlamaq üçün son imkana qədər çalışır. Təsadüfi deyil ki, Azərbaycanın Vətən Müharibəsinin ən həlledici anında, tam və qətiyyətli qələbənin bir addımlığında Rusiya araya girərək 10 noiyabr bəyanatının verilməsinə nail oldu və Ermənistanın, habelə, nə qədər təəssüfləndirici olsa da, Qarabağın dağlıq hissəsində yaşayan bir qrup erməni separatçısının təhlükəsizliyini qorudu, Azərbaycan ərazisinə sülhməramlı kontingent göndərərək regionda sülhün bərqərar olmasına maneə yaratdı. Çünki, indi sülhməramlıların yardımı və himayəsi altında separatçılar yenidən fəaliyyətlərini bərpa ediblər. Təsadüfi deyil ki, yanvarın 26-da hələ də özünü qondarma qurumun prezidenti sayan cinayətkar Araik Arutyunyan adlı separatçı yeni daxili işlər naziri təyin edir və onun təqdimatında bildirir ki, Azərbaycanın tərkibində Qarabağa status verilməsi mümkün və qəbuledilən deyil.
44 günlük müharibədə qaçmağa yer axtaran Araikin bu gün belə yuxarıdan danışması əbəs deyil. Rusiya süklhməramlıların ermənilərin regionda rahatlıqları üçün əldən-ayaqdan getməsi, rus generalının onunla görüşəndə qucaqlaşması, bir rəhbər kimi hədsiz iltifat göstərməsi, Fransa hakimiyyətinin yersiz himayədarlıq jestləri, ABŞ-da demokratların hakimiyyətə gəlməsi, görünür, separatçıların fəaliyyətinin canlanması üçün əsas rolunu oynayır. Lakin unutmaq olmaz ki, Qarabağ uğrunda mübarizədə ermənilərin ən böyük “dostu” olan Rusiyanın prezidenti Vladimir Putin 10 noyabr bəyanatından sonra “Rossiya-1” telekanalına müsahibəsində bütün dünya ictimaiyyətinin eşitdiyi bu sözləri aydın şəkildə deyib: “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”. Bu o deməkdir ki, Rusiya Qarabağda yaşayan ermənilərə münasibətə onların Azərbaycan vətəndaşı olmaları kontekstində yanaşır. Bu tezis Azərbaycanın sərgilədiyi mövqenin Rusiya tərəfindən qəbul edilməsi anlamına gəlir. Putin səviyyəsində siyasətçinin bir aydan öz dediklərinin əksinə hərəkət etməsi ona hörmət gətirməz və beynəlxalq aləmdə sözünün kəsərini azaldar ki, o da buna getməz. Əslində onun kimi siyasətçilər mütləq “yüz ölçüb, bir biçəndən, sonra danışırlar.
Bəs, onda separatçıların bu fəallığı nədən irəli gəlir? Məsələ burasındadır ki, Ermənistanda hazırda ictimai-siyasi vəziyyət olduqca qarışıqdır. Xüsusilə, Qərbin bu ölkəni yerləşdiyi əraziyə görə öz caynağına keçirmək üçün ciddi çalışması vəziyyəti daha da ağırlaşdırır. Xarici siyasətin, ələlxüsus da Rusiyanın Ermənistanda öz təsirini daha da artırması üçün himayədarlıq missiyasına böyük ehtiyacı var. Buna görə də separatçılardan istifadə etməyə çalışır.
A.Arutyunyanın “din nazirini” təqdim elədiyi zaman dedikləri məsələlərdə daha “Arsax” yox, “Qarabağ” adından istifadə edir. Həm də bu hal bizim interpretasiyamız yox, erməni mətbuatından götürülmüş mətndə belədir. Bu da o deməkdir ki, əslində baş separatçı Araik Azərbaycanın aid bölgədə yaşadıqlarını bilir, etiraf edir və ölkəmizin ərazi bütövlüyünü tanıyır. Sadəcə, onun da “siyasəti” boşboğazlıq etməkdir.
Digər tərəfdən dünyanın güclü dövlətlərindən olan və Yaxın Şərq və artıq Cınubi Qafqazda siyasi dominantlıq səviyyəsinə yüksələn Türkiyə də Azərbaycanın yanındadır. Bu səbəblərdəndir ki, Qərb tələsir və nə qədər ki, Cənubi Qafqazda sülh tam bərqərar olmayıb, öz işini görmək arzusundadır. Güman ki, bu məqsədləri eləcə arzu olaraq qalacaq.
İndi zamana ehtiyac var və azərbaycanlı məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaları ilə tədricən hər şey öz axarına düşəcək. Hərçəndi, bu proses Qərbin müəyyən həmlələri fonunda ciddi mübarizə fonunda baş verəcək, amma, məhz baş verəcək.
N.NOVRUZ

ATƏT-in Minsk qrupunun növbəti manevri

jan baptist


Fransanın Xarici İşlər Nazirliyi nəzdində dövlət katibi Jan-Baptist Lömoynun Azərbaycana səfəri iflic olmuş Minsk qrupunun ikili standartlarını dirçəltmək cəhdi kimi diqqəti cəlb edir. Bir müddət əvvəl Azərbaycan Prezidentinin bu qurumun Fransa və ABŞ-dan olan həmsərdlərinin Bakıya gəlişinə açıq şəkildə bildirdiyi münasibət, onların yenidən regiona gəlmələrinin kökündən arzuolunmaz olduğunu göstərmişdi. Görünür, bu səbəbdən dövlət katibinin Bakıya gəlməsi kəşfiyyat xarakteri daşıyır. Sadəcə, Cənubi Qafqaz üzrə geosiyasi münasibətlərdə “əli boşda qalan” Fransa Bakının nəbzini yoxlayır və yeni həmlə üçün yollar axtarır.
“Biz artıq mürəkkəb mərhələdən keçmişik, artıq sülh dövrünün başlaması, barışığın əldə olunması istiqamətində çalışmaq lazımdır” - deyə, Jan-Baptist Lömoyn sanki ötən ilin 10 noyabr bəyanatı ilə razılaşdığını diqqətə çatdırır. Əslində sülhdən danışmaqla o, guya artıq asayişin regionda bərpa olunduğunu, dostluq əlaqələrinin çiçəklənməsi vaxtının gəldiyini bildirmək istəyir. Lakin hamıya məlumdur ki, müharibə bitsə də, gərginlik və problemlər bitməyib. Ermənilərin qisas almaq arzularını qızışdıran qüvvələr hələ də fəaliyyətdədir. Üstəlik, Xankəndidə hələ ki, Azərbaycan bayrağı qaldırılmayıb və “dqr” adlandırılan separatçı və qondarma qurum hələ də formal olsa da öz işindədir. Araik Arutyunyan kimi cinayətkar özünü prezident adlandırır, nazirlər təyin edir, işdən çıxarır və ya dəyişdirir. Fransa isə bu özbaşınalığı “sülh dövrü” adlandıraraq separatçılara dil verir və regiona gələrək onlara daha yaxından dəstək verməyə çalışır.
Fransanın bu mövqeyi bizə lap əvvəldən – hələ Kəlbəcərin ermənilər tərəfindən işğalı zamanı üzərində Fransaya məxsusluğunu bildirən işarə olan iki döyüş vertolyotunun iştirak etməsindən tanışdır. İndi həmin təpki siyasi səhnədə həyata keçirilir. Əgər biz dövlət katibinin missiyasını alqışlasaq, bu, o demək olacaq ki, cinayətkarlar hazırda yerləşdikləri ərazini ələ keçirmək üçün ciddi platforma əldə edəcəklər. Bu səbəbdən Jan-Baptist Lömoynun Bakıdan əlidolu qayıdacağına ümid azdır. Onunla söhbətin mətbuatda dərc olunan məzmununa görə də bunu söyləmək mümkündür. Çünki, fransız siyasətçiyə ümumi sözlərdən başqa qeyri bir vəd verilməyib. Düz də edilib. Çünki, Lömoyn Fransanın Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibidir. Prinsipcə, o, Azərbaycanda himayə etdiyi sahələr üzrə əməkdaşlığın inkişafından danışmalı idi, daha “separatçılarla sülhdən” yox. Ancaq, məhz turizm və frankofoniya ilə məşğul olan dövlət məmurunun Azərbaycana göndərilməsi sübut edir ki, Fransanın Cənubi Qafqaz platformasından avsaytda qaldığının Parisdə fərqindədirlər. Bu gediş bir cəhddir və buraya dəvətlə deyil, birtərəfli qaydada təşəbbüslə təşrif buyurulub.
Bir sözlə, Fransanın ikili standartları davam edir və regionumuzda sülhün bərqərar olmasını yalnız çətinləşdirir.
N.NOVRUZ

Fransa: “İl-dö-Fğans” bölgəsi uğrunda gərgin mübarizə başlayıb

Valerie P Audrey P

(soldan) Valeği Pekğes və Odğe Pulva

Fransanın birinci regionu “İl-dö-Fğans”ın hazırkı prezidenti Valeği Pekğesin səlahiyyətləri yayda başa çatır. Buna görə də keçiriləcək növbəti seçkidə qalib gəlmək üçün siyasi partiyalar hərəkətə keçib. Çünki, həmişə olduğu kimi 2022-ci il prezident seçkilərində bu bölgənin rolu böyük olacaq. Necə deyərlər, əksər ölkələrdə seçkilər zamanı həlledici rol oynayan regionlar olduğu kimi Fransada da seçkilərin “ruhu”nu müəyyənləşdirən bölgə İl-dö-Fğansdır.
Hakim partiyanın nümayəndəsi olan V.Pekğesin səlahiyyətləri bir neçə aydan sonra başa çatsa da, o, yerini kiməsə təhvil vermək fikrindən uzaqdır. Buna görə də əlində olan vəzifə səlahiyyətlərindən istifadə edərək öz imicini yüksəltmək fikrindədir. Belə ki, o, liseylərin təmiri üçün büdcədən 900 milyon avro ayrılmasına nail olub. Lakin onun bu tryukunu əhali arasında tirajlamağa macal tapmamış digər partiyalar dərhal hərəkətə keçib. Daha cəld tərpənən sosialistlərin nümayəndəsi Odğe Pulvağ özünü sosialistlərin və onlarla həmrəy olan siyasi təşkilatların namizədi kimi yanvarın 26-da cəmiyyətə təqdim edib.
Düzdür, pandemiyanın tüğyan etdiyi zaman ola bilər ki, iyunda keçirilməsi nəzərdə tutulan regional seçkilər təxirə salınsın. Ancaq, bu, hələ ki ehtimaldır. Buna görə də hazırlıq tam sürətlə gedir. Fransa Senatı “20 iyundan gec olmayaraq” seçkilərin təxirə salınmasına razılığını indidən bildirib. Lakin 2022-ci il prezident seçkilərinin əsas mərhələsi sayılan bu seçkilərin mütləq keçirilməsi labüddür.
Hazırkı ictimai rəy sorğusuna görə Valeği Pekğesin ilk turda seçilmə imkanı genişdir. 2020-ci ilin dekabrında keçirilmiş sorğuya görə keçmiş prezident Nikola Sağkozi respondentlərin 30 faizinin səsini toplayıb. Onun arxasınca dörd əsas rəqibi bərabər səviyyədə gəlir: “İrəli Respublika”nın namizədi 16 faiz, Yaşıllar partiyasının nümayəndəsi 15, sosialistlərin nümayəndəsi 14 və “Milli ralli”nin namizədi 14 faiz səs toplayıb.
Namizədlərin bu cür düzülüşü ola bilər ki, seçkini ikinci tura qədər uzatsın. Belə olan halda Valeği Pekğesin işi çətinə düşəcək. Buna görə də o, yanvarın 26-da bölgədəki liseylərin təmiri üçün 900 milyon avronun ayrıldığını elan edib. Bunu onunla əsaslandırıb ki, 2027-ci ilə qədər əhali artımına görə əlavə 9000 tələbə yerinə ehtiyac yaranacaq. Buna görə də liseylərdə yerlərin sayını artırmaq vacibdir: “Biz 17 il ərzində düzgün investisiya siyasəti aparılmadığına görə, ağrılı vəziyyətə düşmüş təhsili 12 il ərzində düəzəldəcəyik” –deyə, o sosialistlərə hücum edib. Çünki, ona qədər regionun prezidenti sosialistlərdən olub. Pekğes, bölgədə Wi-Fi əleyhinə çıxış edən ətraf mühiti qoruyanları – “yaşılları” da yamanlayıb. Onun bu təbliğati addımına sosialistlərin namizədi Odğe Pulvağ demarşla cavab verib: əgər seçilsə, ictimai nəqliyyatın pulsuz olacağını indidən vəd edib. “Lö Pariziyen” jurnalının əməkdaşının dediyinə görə, Odğe Pulvağ Valeği Pekresi “köhnə dünyanın” nümayəndəsi sayır və onun təsirindən qurtulmaq üçün regionda pulsuz gedişi təmin etməklə bütün yardımları 18-25 yaşlı gənclərin həyatına yönəltməyi təklif edir. Lakin onun “ictimai nəqliyyatı pulsuz etmək” çağırışı sağların və yaşılların ciddi tənqidinə məruz qalıb.
N.NOVRUZ

34 -dən səhifə 141

Oxşar məqalələr