AXTAR

Azad Vətən Partiyasının sədri Akif Nağı bölgələrdə bir sıra görüşlər keçirib

1676123065347
Partiyanın mətbuat xidmətindən saytımıza göndərilən xəbərdə bildirilir ki, Azad Vətən Patiyasının sədri Akif Nağı bölgələrə səfər çərçivəsində Mingəçevir şəhərində olub, partiyanın Migəçevir şöbəsinin üzvlərinin iştirakı ilə iclas keçirib.
İclasda həmçinin partiyanın Siyasi Şurasının üzvləri Şirzad Hüseynov və Tacəddin Əyyubov iştirak edib. İclas Azərbaycanın dövləti himninin oxunması, Türkiyədəki zəlzələ nəticəsində həyatlarını itirənlərin və eyni zamanda Şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Partiyaının Mingəçevir şəhər şöbəsinin sədri Məmməd Sarıyev iclası açaraq, yerli şöbənin fəaliyyəti və digər məsələlərlə bağlı məlumat verib. Sonra partiya sədri A.Nağı hazırkı vəziyyət, yerli şöbənin vəzifələri və digər məsələlərlə bağlı geniş məruzə ilə çıxış edib. A.Nağı məruzəsində partiya quruculuğunun dövlət və millət üçün əhəmiyyətindən, təşkilatlanma işinin vacibliyindən, eyni zamanda dünyada və Azərbaycanda baş verən son hadisələrdən geniş şəkildə danışıb. İclasın iştirakçılarından Şirzad Hüseynov, Tacəddin Əyyubov, Məmməd Sarıyev, Mirməhəmməd Əyyubov, Bəhmən Qəmbərov və digərləri çıxış edərək, qoyulan məsələlərlə bağlı fikirlərini bildirblər. Çıxışların və müzakirələrin gedişində bir sıra problemlər, o cümlədən müxtəlif sahələrə aid regional idarələrin yaradılması, onun müsbət və mənfi cəhətləri, partiya üzvlüyünə insanların cəlb olunması, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının üzləşdikləri çətinliklər, xüsusilə onların əlillik dərəcəsinin müəyyən edilməsi və veteran vəsiqələrinin verilməsi və digər məsələləri gündəmə gətiriblər. Müzakirə olunan məsələlərlə bağlı uyğun qərarlar qəbul olunub. Sonda A.Nağı çıxış edərək yerli şöbənin üzvlərinin sayının artırılması və digər məsələlərlə bağlı tapşırıqlarını verib.

***

AzVP sədri Samuxda olub


Azad Vətən Patiyasının sədri Akif Nağı, partiyanın Siyasi Şurasının üzvləri Şirzad Hüseynov və Tacəddin Əyyubovdan ibarət heyət Samux rayonunda yerli fəallarla görüşüb, aktual məsələləri müzakirə edib. Partiya rəhbərliyi yerli şöbənin bir qrup üzvlərinin iştirakı ilə iclas keçirib. Rayon şöbəsinin sədri, Qarabağ Qazisi İlham Xəlilov iclası açaraq qonaqları salamlayıb, gördükləri işlərlə, həyata keçirilən tədbirlərlə bağlı məlumat verib. İ.Xəlilov təşkilatlanma ilə bağlı üzləşdikləri problemlərdən danışıb, aradan qaldırlması üçün təkliflərini verib. Partiyanın sədri Akif Nağı rəhbərlik etdiyi qurumun yaranması zərurəti, qarşısına qoyduğu vəzifələr, ölkədə siyasi vəziyyət və digər məsələlərlə bağlı çıxış edib. A.Nağı xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyətində Türkiyədəki zəlzələ ilə bağlı narahatçılıq hökm sürür, hər kəs zəlzələnin nəticələrinin aradan qaldırlması üçün əlindən gələni etməyə çalışır. Eyni zamanda Azad Vətən Partiyası maddi və mənivi yardım göstərir və digər işlərdə fəal iştirak edir. Partiya sədri Azad Vətən Partiyasının bu gün və gələcəkdə oynayacağı rol ilə bağlı fikirlərini səsləndirib. Partiyanın Siyasi Şurasının üzvü Şirzad Hüseynov hər bir partiya üzvünün yerlərdə xüsusi fəallıq göstərməsi, öz haqqını müdafiə etmək üçün çalışmasının vacibliyini qeyd edib. Siyasi Şuranın digər üzvü Tacəddin Əyyubov partiyanın hər bir üzvünün hüquqi savadının olması, hüquqi və siyasi maarifləndirmə ilə məşğul olmasının vacibliyini bildirib. İclas iştirakçılarından Qoşun Qəmbərov həm özünün, həm də tanıdığı digər adamların rayonda haqsızlığa qarşı, eyni zamanda müəyyən problemlərin aradan qaldırlması ilə bağlı fəaliyyətini qeyd edib. Çıxış edənlərdən Bəxtiyar Ənnağıyev partiyaya həvəslə qoşulduğunu, qarşıya qoyulan vəzifələrdə əlindən gələni edəcəyini bildirib. Digər çıxış və müzakirələrdə insanları düşündürən, yerlərdə məmur biganəliyi, özbaşınalığı və digər məsələlərlə bağlı fikirlər səsləndirilib. A.Nağı sonda çıxış edərək fikir və təkilfləri ümumiləşdirərək, bütün məsələlərin nəzərə alınacağını, partiyanın fəaliyyətində əsas götürüləcəyini, eyni zamanda nəticəyə nail olmaq üçün Azərbaycan dövlətinin gücləndirilməsinə öz töhfəsini vermək üçün hər bir partiya üzvünün qarşısında vacib vəzifələrin durduğunu, hər kəsin fədakarlıq etməli olduğunu bildirib.

Azad Vətən Partiyasının Mətbuat Xidməti.
11.02.2023.

Oxşar məqalələr