AXTAR

Akademik Milli Dram Teatrının direktoru vəzifədən alınır - Açıqlama

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən gedir.

Report.az-ın xəbərinə görə, İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov report.az-a açıqlamasında bildirib ki, nazirliklə bağlanan müqavilə müddəti bitdiyi üçün kadrların işinə xitam verilir:

"Kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, 2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi.

Xatırladaq ki, İ.İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

Akademik Milli Dram Teatrına yeni direktorun nə zaman təyin ediləcəyi hələlik məlum deyil.

Oxşar məqalələr