İKSmedia.az “meteoprog.ua” saytına istinadla xəbər verir ki, heliofizika alimlərinin son proqnozlarına görə, 2016-cı ilin dekabrında günəşin fəallığı zəifdən mülayimə qədər dəyişkən olacaq. Geomaqnit aktivliyinin ən yüksək həddi dekabrın 21-22-nə təsadüf edəcək. Bu günlərdə mülayim maqnit fırtınaları proqnozlaşdırılır. Günəşdə güclü alışma gözlənilmir. Dekabrın 25-26-da Yer maqnitosferində sarsıntılar mümkündür.
Qeyd edək ki, maqnit fırtınaları və maqnitosfer sarsıntıları günlərində sağlamlığa diqqət yetirmək, yəni özünü yormamaq, fiziki və emosional stressləri minimuma endirmək, pəhriz saxlamaq, nanə və badrəncdən hazırlanmış sakitləşdirici çaylar içmək, açıq havada gəzmək tövsiyə edilir.