AXTAR

"Apple" "iPhone 6s" smartfonunun batareyalarını pulsuz dəyişdirəcək

apple

 

 

ABŞ-ın "Apple" şirkəti qəfildən sönən "iPhone 6s" smartfonunun batareyalarını pulsuz dəyişdirəcək.
"The Wall Street Journal"ın xəbərinə görə, proses bütün dünyada həyata keçiriləcək.
"Apple"dən bildirilib ki, 2015-ci ilin sentyabr-oktyabr ayları ərzində buraxılan çox az sayda "iPhone 6s" qəfildən sönə bilər. Təhlükəsizliklə bağlı isə heç bir problem yoxdur.
Batareyaların dəyişdirilməsi üçün "Apple" mağazasına və yaz qeydiyyatdan keçmiş xidmət mərkəzinə yaxınlaşmaq, telefonun məhz göstərilən dövrdə istehsal olunduğunu dəqiqləşdirmək lazımdır.

Oxşar məqalələr