AXTAR

"Bakcell" abunəçilərinin sayını açıqlayıb

baksel

 

 

 

"Bakcell" şirkəti abunəçilərinin sayını açıqlayıb.

"APA-Economics"in məlumatına görə, "Bakcell"in baş icraçı direktoru Nikolai Bekkers bildirib ki, hazırda mobil operatorun abunəçilərinin sayı 3,6 milyon nəfər təşkil edir.

"Bu rəqəm qismən artıb. Biz müştərilərimizə yüksək keyfiyyətli xidmət göstərməyi qarşımıza hədəf qoymuşuq", - deyə N. Bekkers bildirib.

N.Bekkers şirkətin gəlirlərini açıqlamaq istəməyib: "Hər müştəriyə düşən gəlirin həcmi yüksəkdir".

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə 40 mindən çox abunəçi nömrələrini "Bakcell"ə daşıyıb. Orta hesabla hər ay 100-200 abunəçi nömrəsini "Bakcell"ə daşıyır: "Aydan-aya bu rəqəm fərqlənir. Oktyabr ayında 2 min abunəçi nömrəsini bizim şəbəkəyə daşıyıb".

Baş direktor bildirib ki, "Bakcell" 2017-ci il üçün sərmayə planı hazırlayıb. "Sərmayə planı kifayət qədər ambisiyalıdır. Sərmayə planını bu yaxınlarda səhmdarlarımıza təqdim edəcəyik. Rəqəmi açıqlamasam da, deyə bilərəm ki, şirkətin gələn il yatırmağa planlaşdırdığı sərmayələrin həcmi builkindən 2 dəfə çoxdur. Bizim əsas strategiyamız müştərilərimizə ən yaxşı xidməti göstərməkdir. Bu səbəbdən biz Abşeron və Bakı ətrafında 4G şəbəkəsinin yaxşılaşdırılması üçün sərmayə qoyacağıq", - deyə N.Bekkers bildirib.

Oxşar məqalələr