AXTAR

Əziz Əliyevin 120 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

ilham voleybol

 

 

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2017-ci il yanvarın 1-də Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 120 illiyi tamam olur.
Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib. respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Onun İkinci Dünya müharibəsi illərində apardığı işlər mühüm hərbi-siyasi əhəmiyyətə malikdir. Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi Əziz Əliyevin adı ilə sıx bağlıdır.
Sərəncama əsasən, Səhiyyə, Təhsil və Xarici İşlər nazirlikləri Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcəklər.

Oxşar məqalələr