AXTAR

Erməni faciəsi və ya baş nazir fiaskosu

“Nikol Paşinyan adi yalançı və gopçudan külli-hakimiyyətə malik yalançı və gopçuya çevrilib”

 

paşagopşu

Ermənistanın baş naziri “aşağı tüpürür saqqala düşür, yuxarı tüpürür bığa dəyir, düz tüpürməyə də qabiliyyəti çatmır”. Nikol Paşinyanın öz fikri yoxdur, ağalarından aldığı fikirlər də iş yaramır. Belə ki, özünün inqilabçılığını sübuta yetirmək üçün keçmiş prezident Robert Köçəryanı həbsə atdırması ona baha başa gəlir. Belə ki, bu günlər baş nazirə zərbə zərbənin dalınca dəyir. Avropa İnsan haqları məhkəməsi Köçəryanın şikayətinə əsasən onun həbsini hüquqi cəhətdən dəyərləndirib və cavab verib ki, onun haqqında ittiham hadisədən sonra dəyişdirilmiş Cinayət Məcəlləsi üzrə daha sərt maddə ilə əlaqəlidir, bu isə yolverilməzdir. Koçaryan özü isə günahsız olduöğunu bildirir və siyasi təqibə məruz qaldığını hesab edir. Mahiyyət etibarı ilə məhkəmə onun tərəfini saxlayıb. Bu isə işdə maraqlı dönüşə gətirib çıxarıb.
Belə çıxır ki, Ermənistanda yeni doğulmuş hesab edilən yeni hakimiyyətdə əvvəlki Serj Sarkisyan hökumətindən qalıma kifayət qədər düşüncə var. Başqa sözlə, Nikol ətrafındakıları gic yerinə qoyaraq hamını aldadıb. Ramella Mnasakyan adlı erməni yazar qələmə aldığı məqaləsində bəyan edir ki, yox, onun yalanları haqda hələ jurnalislik fəaliyyəti göstərdiyi dövrdən tanışıdırlar, lakin düşünürmüşlər ki, yəqin, o dəyişilib: “Bəli, yeri gəlmişkən, dəyişilib. Ancaq başqa tərəfə. O adi yalançı və gopçudan külli hakimiyyətə mnalik yalançı və gopçuya çevrilib. Bunlar tam fəqrqli məsələlərdir. İkincisi, bu vəziyyət təkcə Nikolun yaxın ətrafı üçün deyil, bütün Ermənistan, onun hər bir vətəndaşı üçün təhlükəlidir. Xırda yalanlara adətgərdə olanlar böyük yalanları da asanlıqla danışır. Cəmiyyət indi buna şahidlik edir. Axı, Nikol Köçəryanın işinin siyasi olmadığını yalandan demişdı. Onun yalanını artıq yerli siyasətçilər və ekspertlər deyil, AİHM özü sübut etdi”.
Müəllif qeyd edir ki, bu, demokratik Qərb üçün açıq bir siqnaldır. Paşinyanın Serj Sarkisyandan daha avtoritar şəkildə ölkəni əli altında idarə etmək istədiyini artıq hamı görür. Məhkəmələrin qarşısını almaq üçün etdiyi çağırışları dünya eşidir, bütün məhkəmə sisteminə təcavüz etmək üçün atdığı addımları görür və indi ölkəmizdə hakimiyyətin siyasi əleyhdarlarına təzyiq göstərmək üçün qanunların qəbul edildiyini anlayırlar. Bütün bunlar Qərbin Paşinyanı əlisıxılmaz adam hesab etməsi üçün kifayətdir. Bu da inqilabın əsas uğurlarından birinin məhv etməkdir”.
Məsələ burasındadır ki, ermənilər çox “inqilab, inqilab” deyirdilər. Amma indi görünür ki, “oxları daşa dəyib”. “İnqilab” demək nə qədər asandırsa, həqiqətən cəmiyyətdə inqilabi dəyişikliklər etmək bir o qədər çətindir. Nikol Paşinyan erməni cəmiyyətini dəyişməyə nail olub, amma bu inqilab yox, avantüra olub. İndi əhali bunun altını çəkir. Axı, köhnə cinayətkar rejimdən bu rejimi fərqləndirən nədir? Cavab birmənalıdır: heç nə! Buna görə “itini də, ipini də itirən” ermənilər indi “başsız atlı” kimi o yana bu yana çapırlar. R.Mnasakyan yana-yana deyir ki, bizə xəbərdarlıq edildi, deyildi ki, Nikolun keçmişini unutmayın (bizim rolu dildə, “bu işləyən zibil deyil” deyərlər), amma qulaq asmadıq. Düşündük ki, vətəndaş nəzarəti yeni hakimiyyəti cızığından çıxmağa qoymaz. Təəssüf ki, biz hamımız yanıldıq, səhv etdik, buna görə də çıxılmaz vəziyyətə düşmüşük.
“Bu səhv bizim hamımıza baha başa gəlir. Ermənistanı real inkişaf edən dövlətə çevirmək əvəzinə, Nikol mənasızlıqların, axmaqlıqların, yalanların tirajlanması ilə məşğuldur. Üstəlik, o, onu tənqid edən hər kəsi dövlətin düşməni elıan etməyə hazırdır. Ondan əla neobolşevik alınıb. Kim Paşinyanla deyilsə, o, Ermənistanın əleyhinədir! Nikol etiraf etmək istəməsə də indi bütün Ermənistan onun əleyhinədir. Yenə o, özünün qüsursuzluğuna inanır”.
İş burasındadır ki, Nikol Paşinyan özünü bilməməzliyə vursa da həqiqətdə nələrin baş verdiyini anlayır. Ekspertlərin fikrincə, hakimiyyətdən gözlənilmədən gedəcəyi fikri onun düşüncəsinə hakim olduğundan, nə qədər ki, əlində imkan var, oğurlamağa, sərvət yığmağa çalışır. Acınacaqlı fakt odur ki, indi onunla birgə küçələrdə mitinq edənlər də ölkədə korrupsiyanın gündən-günə çiçəkləndiyini bəyan edirlər. Bütün bunların başında isə Nikol durur. Ona görə ki, kütlə ona mütləq hakimiyyət bəxş etmişdi. O da bu hakimiyyətdən ölkənin rifahı naminə istifadə etmək əvəzinə şəxsi mənafeyini güdməyə başalyıb. Nəticədə Ermənistan başı üzərində duran şeytana çevrilib.
Diqqəti cəlb edən odur ki, bu gün Ermənistanda siyasətdən və hökumətdən başı çıxan da, çıxmayan da hakimiyyəti tənqid edir. Amma irəli durub ağıllı bir yol göstərən yoxdur. Hamı ikinci və üçüncü prezidentləri, inqilabçı baş naziri kəskin tənqid edir, amma bir ağıllı tapılmır desin ki, ay ermənilər, bizim bəlamız təfəkürümüzün işğalçılıq virusuna yoluxmasındadır. Bir baxın, Azərbaycan və Gürcüstan necə əl-ələ verib necə inkişaf edir. Amma biz bayquş kimi kənarda qalmışıq. Səbəb budur və bunu görməyincə ermənilərin günü beləcə ah-vayla keçəcək.
N.NOVRUZ

Oxşar məqalələr