Aşağı Qarabağın çöllük yollarında İranın strateji yanacaq maşınlarının hərəkət etməsi barədə bu günlərdə yayılan görüntülər Azərbaycan ictimai rəyində çox səs-küy yaratdı. Qarabağdakı tənqidi səslər işğalçı rejimə “ayı xidməti” göstərmiş oldu və Azərbaycana dost İran hakimiyyətini pis əziyyətdə qoymaqla Azərbaycan-İran strateji tərəfdaşlığına təhlükə yaratdı. Epidemiyanın regionda sürətlə yayıldığı dövrdə yanğından yaranan instinktiv qorxu hissi sıravi Qarabağ bloggerlərini İrandan işğal altındakı Qarabağ zonasına müntəzəm yanacaq tədarükü barədə danışmağa məcbur etdi.
Gizli çəkilən video kadrların birdən-birə sosial şəbəkələr vasitəsilə erməni seqmentindən Azərbaycanın virtual dünyasında yayılması bu sirri aşkara çıxardı. Əgər qlobal “hörümçək torunun” erməni iştirakçıları qlobal pandemiyanın lokomotivlərinin Qarabağda dolaşmasından qəzəblənmişdisə - axı İran indi qlobal koronavirus rejiminin ən qaynar nöqtələrindən biri kimi qəbul olunur - o zaman Azərbaycanın virtual aləmi İran-Ermənistan əməkdaşlığının miqyasından heyrətə gələrək depressiyaya uğradı. Beləliklə, bizlər bu kadrlarda yalnız təxmin etdiklərimizi gördük. Və hansıları ki, uzun illər bunu yüksək səslə söyləməkdən çəkinirdilər.
Bir erməni blogerinin və hər şeyi görən müasir gacetlərin (ağıllı telefonların) işığından yaranan fors-major hal Azərbaycan Xarici İşlər Nazirliyinin təcrübəli diplomatı, nazir müavini Xələf Xələfovun şəxsində dost ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələrinə təbii və ədalətli bir sualla müraciət etməyə məcbur etdi: bu necə ola bilər axı?!
İranlı diplomatlar, xüsusən İran nazirinin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə xoşagəlməz vəziyyəti inkar edərək açıq-aşkar faktı rədd etməyə çalışdılar. Əlbətdə ki, Azərbaycan İran diplomatlarını səmimiyyətsizlikdə günahlandırmır: ola bilsin möhtərəm Cavad Zərifin nazirliyi, islam respublikasının siyasi sistemindən təcrid olunduğu üçün Qarabağa gedən İran yük maşınları karvanı barədə bilmir. Ancaq İran diplomatları dünyamız qədər qədim olan həqiqəti bilir - faktlar inadkar bir şeydir.
Və azərbaycanlı bloggerlər faktları yenidən ələ keçirdilər, üstəlik erməni həmkarlarının yüngül əli ilə. Və internet şəbəkələrində İran yük maşınlarının keçmiş DQR-a aparan, İranla həmsərhəd olan aşağı Qarabağın müharibədən sonrakı magistral yollarında hərəkətini sübut edən yeni foto materiallar yerləşdirdilər. Yeni videoda aydın görünür ki, İranın strateji yanacaq daşıyan maşınları Sovet İttifaqı dövründə deyildiyi kimi, Ümumittifaq əhəmiyyətli Meğri-Goris-Xankəndi şossesində hərəkət edir. Separatçılar tərəfindən işğal edilmiş rejimin əsas şəhəri elan edilən Xankəndinə girərək, İran yük avtomobillərinin karvanı "Ararat" otelinin yaxınlığından, “Nver” Restoranının yanından, Xankəndinin Naberejnaya küçəsindən keçir.
Erməni bloggerlərin yazdıqlarına görə, sionistləri Azərbaycanla dostluq münasibətlərinə nifaq saldıqları üçün pisləyən İranın yük maşınları Qarabağa yolların tikintisində istifadə edilən xüsusi material-bitum daşıyır.
Həqiqətən bəzi yük maşınlarında yolların tikintisində istifadə olunan xüsusi tikinti materialı olan bitum var. Və bu yük Xocalıdakı asfalt zavodu üçün nəzərdə tutulub. Ancaq təkcə bitum olsaydı nə vardı... Beləliklə, İran maşınları həm də işğalçı Ermənistan Silahlı Qüvvələrinə yanacaq verməyə tələsir.
Görüntülərdə yanacaqdaşıyan tankerlərdən birinə yaxından baxsanız, onun üzərində İran şirkəti olan “Elvin Treyler” adını görə bilərsiniz. Culfa Azad İqtisadi Zonada (CAİZ) qeydiyyatdan keçmiş bu şirkət neft məhsulları və bitum tədarükü üzrə ixtisaslaşıb.
Həm burada də çox diqqət çəkən başqa bir məsələ var. Video çarxlarına görə, bəzi İran yük maşınlarında Qərbi Azərbaycanın İran ostanında (əyalətində) qeydə alınan 68 yol nişanını görmək çətin deyil. Bu nəqliyyat vasitələrində dövlət sərhədi keçmək üçün xüsusi tranzit dublikatları görünür. Və bu avtomobillər əlbəttə ki, Meğri keçid məntəqəsindən İran-Ermənistan dövlət sərhəddini rəsmi olaraq keçirlər. Lakin İran avtomobil şirkətinin qoşqulu maşınlarının bir hissəsində heç bir tanıma nişanı yoxdur. Buna ehtiyac yoxdur, çünki bu avtomobillər İranla həmsərhəd olan Cəbrayıl rayonunun işğal olunmuş Xudafərin kəndi yaxınlığındakı keçid məntəqələrindən keçir.
Göründüyü kimi, üzərində yol nişanları olan maşın karvanları Ermənistana doğru yola davam edir, nömrə nişanı daşımayan nəhəng yük maşınları isə faktiki olaraq separatçılarının işğalçı rejimi tərəfindən idarə olunan Azərbaycanın işğal olunmuş bölgələrində yollarını davam etdirirlər.
İnternet mənbələrinə görə, İran yük maşınları karvanının Qarabağda hərəkəti üçün İran tərəfdən bu ölkənin vətəndaşı Seyyid Haşim adlı iş adamı məsuliyyət daşıyır. Lakin qarşılıqlı faydalı əməkdaşlıq Ermənistanın Sünik bölgəsində yaşayan dispetçer Qayane Benikovna Movsisyan tərəfindən əlaqələndirilir. Digər bir vacib məlumat: Ermənistan ərazisinə girməzdən əvvəl, qiymətli yükləri olan İran nəqliyyat vasitələrinin logistika işinə cavabdeh olanlar, nömrə nişanlarının dəyişdirilməsini təmin edirlər, İran yol nişanlarını Ermənistan nömrə nişanları ilə əvəzləyirlər. Belə görünür ki, ilk baxışdan həm Ermənistanda, həm də Azərbaycanda, xüsusən də, dost dövlət və onun diplomatları üçün lazımsız suallar olmamalıdır.
Ancaq bizə göründüyü kimi, İran yük maşınlarının Azərbaycanın işğal olunmuş ərazilərində hərəkət etməsi ilə bağlı sensasiyalı faktların dərc olunmasından sonra təcrübəli diplomat Xələf Xələfovda, eləcə də ölkəmizin Xarici İşlər Nazirliyinin rəhbərliyində şübhəsiz ki, strateji tərəfdaşlar üçün yeni suallar yaranır. Ehtimal olunur ki, İran hakimiyyətinin özündə iki qardaş ölkənin dost və müttəfiq münasibətlərində ixtilaf gətirmək üçün mübarizə aparan bir sui-qəsdçi siyasi və ya iqtisadi qüvvə dərin məskunlaşıb. Bu baxımdan inanmaq istərdik ki, X.Xələfov və Azərbaycan Xarici İşlər Nazirliyi rəhbərliyinin İrana qarşı yeni suallarından sonra yeni bir məhkəmə prosesi başlayacaq: günahkarlar ciddi şəkildə cəzalandırılacaq və Qarabağda erməni tanklarına yanacaq verən İran maşınlarının marşrutu dayanacaq, xoşagəlməz vəziyyət, düşmən qüvvələrin hiylələri qəribə anlaşılmazlıq kimi tarixi yaddaşımızda qalacaq...
Virtualaz.org