AXTAR

Dağlıq Qarabağda razılaşdırılmış rayonlar var ki... - Ərdoğan

erdogan p

 

Dağlıq Qarabağda hətta razılaşdırılımış bəzi rayonlar var ki, ermənilər həmin bölgəni tərk etməlidir.
IKSmedia.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində baş tutan İslam Əməkdaşlıq Təşkilatı İqtisadiyyat və Ticarət Əməkdaşlığı daimi Komitəsinin (İSEDAK) 32-ci toplantısından sonra azərbaycanlı jurnalistin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir:
“Ermənistan işağl etdiyi torpaqları tərk etməlidir. Bu mövzuda BMT Təhlükəsizlik Şurasının qərarları var. Bütün bu qərarlarla bərabər, Dağlıq Qarabağda hətta razılaşdırılımış bəzi rayonlar var ki, ermənilər həmin bölgəni tərk etməlidir.
Bu torpaqların əsl sahibi azərbaycanlılardır. Azərbaycanlıların bu ərazilərdə məskunlaşması lazımdır. İşğalla heç nəyə nail olmaq olmaz. Biz Türkiyə olaraq işğala qarşıyıq.
Bu mövzuda vasitəçilər var. Onlar öhdələrinə düşəni etməlidir. Arzum budur ki, işğal tez bir zamanda bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsun”.

Oxşar məqalələr