AXTAR

Azərbaycanın təşəbbüsü ilə başlanan üçlük formatı geniş ittifaqa çevrilə bilər

az ir rus

 

Nüvəsi Azərbaycan və Türkiyənin iştirakı ilə qurulan hər hansı təşkilatın haqqı-ədaləti tapdalaması mümkün deyil

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu ilin yayında gerçəkləşmiş Rusiya-Azərbaycan-İran formatının elə ilk görüşündə faydalı qərarlar verilmişdi. Bunlardan ən önəmlisi Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması idi. Hazırda bu layihə üzrə iş gedir. Bundan başqa üçlük ölkələri arasında iqtisadi əməkdaşlıq sahəsində başlanmış protokollar artıq həyata keçməkdədir. Bir neçə aylıq işin nəticəsi yeni formatın uğurlu başlanğıcından xəbər verir. Artıq Rusiya və İranın iş adamları ilə azərbaycanlı sahibkarların işgüzar forumları keçirilib və bir sıra şərikli müəssisələrin qurulmasına başlanılıb. Məsələn, Neftçalada iranlı mütəxəssislərlə birgə əczaşılıq zavodu tikilir.
Əməkdaşlığın belə uğurlu şəkildə genişlənməsi tərəfləri yeni ideyalarla çıxış etməyə çağırır. Bu günlərdə İran Xarici İşlər Nazirliyinin sözçüsü B.Qasımi yeni ideyanın anonsunu verib. Məsələ burasındadır ki, üçlük formatına daxil olan ölkələrin dövlət başçılarının növbəti görüşü gələn il Tehranda keçirilə bilər. Bununla əlaqədar mətbuat konfransı keçirən B.Qasımi bildirib ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir: “Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna bilər”.
Görünür, bu günlərdə RLDP-nin sədri Vladimir Jirinovskinin Moskvadan müəyyən kontekstdə dediyi fikirlər təsqdüfi olmayıb. ABŞ-ın yeni prezidenti D.Trampın Azərbaycan, Türkiyə və İranla bağlı yürüdəcəyi siyasətdən bəhs edən Vladimir Jirinovski hesab edir ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Suriya və İraqın daxil ola biləcəyi “Şərq ittifaqı” deyilən qurumun yaradılması ABŞ və bu ölkələr arasında dialoqa kömək edər.
Yeni təklifin həyata keçib-keçməyəcəyi barədə indidən dəqiq bir söz demək olmaz. Çünki, siyasi cəhətdən həddən ziyadə həssaslaşmış Yaxın və Orta Şərqdə Amerikanın, Avropa Birliyinin və Çinin öz maraqları var. Eyni zamanda region ölkələrinin də mənfeyi nəzərə alınmalıdır. Amma Azərbaycanın Cənubi Qafqazın hüdudlarını aşaraq daha geniş regional ittifaqa namizəd göstərilməsi dövləti nüfuzun yeni səviyyəsi deməkdir. Əgər belə bir ittifaq yaranarsa...
İttifaqın liderlərindən birinin Türkiyə olması şəksizdir. Azərbaycanın isə ittifaqda koordinasiya mərkəzinə çevrilməsi, yəni həlledici rol oynayacağı məntiqidir. Başqa sözlə, ölkəmiz Cənubi Qafqazı ittifaqda təmsil edəcək. Təbii ki, indiki ictimai-siyasi şəraitdə Ermənistanın yeni qurumda iştirakı olmayacaq. İşğal edilmiş ərazilərin geri qaytarılması yolunda yeni birliyin müsbət mövqe sərgiləyəcəyi də indidən məlumdur. Çünki, nüvəsi Azərbaycan və Türkiyənin iştirakı ilə qurulan hər hansı təşkilatın haqqı-ədaləti tapdalaması mümkün deyil.
Bu cür siyasi yükü ağır olan təkliflərin həyata keçməsi asan başa gəlmir və bunun üçün ciddi iradə və iş tələb olunur. Buna görə də yaxşısı budur Tehran görüşünü gözləyək və dövlətlərin gələcək addımlarını səbirlə izləyək.

IKSmedia.az

Oxşar məqalələr