İynə ilə 20 kilo arıqladığı iddia olunurdu, öz üsulunu açıqladı

Son zamanlar xeyli çəki atması ilə gündəmə gələn türkiyəli aktrisa Bergüzar Korelin arıqlama iynələrindən istifadə etdiyi iddia olunur.

"İksmedia" “Qafqazinfo”-ya istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 kiloqram arıqlayan 43 yaşlı aktrisa iddiaları təkzib edərək bunu necə bacarmasından danışıb.

“Həyatım boyu çox çəki alıb-itirmişəm. Amma intizam, tam qidalanma və məşq proqramı ilə 4 ayda ilk dəfə belə bir dəyişiklik yaşadım. Buna idman məşqçilərimin, dietoloqumun və özümün səyləri sayəsində nail oldum”, - deyə Korel söyləyib.

Qeyd edək ki, B.Korellə yanaşı, bir neçə məşhur sənətçilər sürətlə arıqlaması ilə diqqət çəkir. Belə ki, Işın Karaca, Deniz Seki, Demet Akalın, Şebnem Bozoklu və Zahide Yetiş xeyli çəki atmaları ilə müzakirə mövzusuna çevriliblər. Sosial media istifadəçiləri hesab edirlər ki, bu sürətli arıqlama nəticələri arıqlama iynələrindən qaynaqlanır.

Xatırladaq ki, Bergüzar Korel 2009-cu ildə aktyor Halit Ergençlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə Əli, 2020-ci ildə Han adlı oğulları, 2021-ci ildə isə qızları Leyla dünyaya gəlib.

 




Ramazan ayı bu tarixdə BAŞLAYACAQ

2026-ci ildə Ramazan ayı fevral ayında başlayacaq.

"İksmedia"Musavat.com-a istinadən xəbər verir ki, müqəddəs Ramazan ayı təxminən 18 fevral 2026‑cı il axşamdan başlayacaq, ilk oruc isə fevralın 19-u, ayın görünməsinə əsasən başlayacaq.

Ramazan bayramının isə martın 20-də qeyd ediləcəyi gözlənilir.

Bəzi mənbələrə görə isə, Ramazan ayı 18 fevral, bayramı isə 19 marta təsadüf edəcək.

Xatırladaq ki, 2025-ci ildə Ramazan ayı martın 1-də başlamışdı.

Alim Qasımov nəvəsinin toyunda rep dedi.

 

Xalq artisti Alim Qasımov ötən gün nəvəsi Mövlanənintoyunda rep deyib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanə də babasına qoşularaq onunla birlikdə rep oxuyub.

Qeyd edək ki, A.Qasımov bir müddət əvvəl məclislərin birində də rep deməsi ilə gündəmə gəlmişdi.

“İşçiyə mənə çətir tutması ilə bağlı söz deməmişəm” - İsa Həbibbəyli

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının Şəhidlər xiyabanını ziyarəti zamanı əməkdaşlardan birinin AMEA prezidenti İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“İksmedia” xəbər verir ki, məsələ ilə bağlı İsa Həbibbəyli Manşet.az-a açıqlama verib.

O, heç vaxt çətirdən istifadə etmədiyini bildirib: “Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim. Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətir tutmuşdu. Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başıaçıq və çətirsiz olmuşam. Dünən tədbirdən sonra dərhal AMEA-nın saytında və AZƏRTAC-da yerləşdirilən fotolardan da əyani şəkildə görə bilərsiniz. Mən işçiyə mənə çətir tutması ilə bağlı hər hansı bir söz deməmişəm”.

 

Bakıda sərçələr buna görə yoxa çıxıb — Səbəb bəlli oldu

serce

Azərbaycanda sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Əvvəlki dövrlərdə ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsinin sayı çoxluq təşkil edirdi. Bu sərçələr xüsusən də pəncərələrin önündə, parklarda, müxtəlif istirahət məkanlarında və insanların sıx toplaşdığı ərazilərdə gözə dəyirdi. Lakin son illər paytaxtda sərçələrin sayı demək olar ki, yox səviyyəsindədir. Bəs görəsən, sərçələrin sayının kəskin azalmasının səbəbi nədir?

Mövzu ilə bağlı iqtisadiyyat.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov sərçələrin sayının kəskin azalmasının səbəbini açıqlayıb.

Onun sözlərinə görə, sərçələrin sayının azalmasına təsir edən başlıca səbəblərə şəhərdə gedən urbanizasiya prosesi və yeni tikililərin sayının kifayət qədər çoxalması daxildir. Mütəxəssis bildirib ki, son vaxtlara qədər Bakının əsas quş faunasını sərçələr təşkil edib. O, Bakıda yerləşən binaların dam örtüyünün dəyişdirilməsi və üzlənməsinin sərçələrin sayına mənfi təsir etdiyini söyləyib.

Biologiya üzrə elmlər doktoru bildirib ki, əvvəllər sərçələr binaların çatlarında və damlarında yuva qururdularsa, artıq bu şəraitdən məhrum olublar: "Digər tərəfdən, sərçələr kol quşları hesab olunur. Sərçələr buğda dənələri, çörək, xırda doğranmış meyvələr və tərəvəzlərlə qidalanırlar. Şəhərdə kolların sayı azalıb və onların yerinə tropik bitkilər əkilib. Sərçələr tropik bitkilərdə yuva qura bilməməklə yanaşı, həmin bitkilərin meyvəsindən və toxumundan da yeyə bilmirlər. Süni çəmənliklər isə tez-tez biçildiyinə görə sərçələr qazon otların toxumundan məhrum olurlar. Yəni sərçələrin sayının azalmasına təsir edən digər faktorlardan biri də qidalanma ilə bağlıdır. Xüsusilə də pandemiya dövründə paytaxtda davamlı şəkildə aparılan dezinfeksiya işləri sərçələrin yem bazasını məhv edib".

T.Kərimov qeyd edib ki, bir zamanlar paytaxt səmasında süzən sərçələr qonşu ölkələrə deyil, Bakıdan kənarda yerləşən ərazilərə köç ediblər. Onun sözlərinə görə, bu quşlar daha çox əkin sahələri olan ərazilərdə məskunlaşıblar.

"Bir neçə il öncə ölkəmizdə sərçə biznesi var idi. Çünki sərçənin əti zehinin qüvvətlənməsinə və digər orqanların fəaliyyətinə müsbət təsir edir. Lakin hazırkı məqamda ölkəmizdə sərçə biznesi mövcud deyil", - deyə dosent sərçə ətinin faydalarına da toxunub.

8 -dən səhifə 26

Oxşar məqalələr