Tanınmış həkim bloqer arvadından boşandı: "Hər şey etdim, YALVARDIM"

Tanınmış stomatoloq Şamil Rzayev həyat yoldaşı, bloger Fidan Zeynlə ayrılması barədə ilk dəfə ətraflı danışıb.

İksmedia Milli.Az-a istinadən xəbər verir ki, həkim bildirib ki, ailəsinin dağılmaması üçün son ana qədər mübarizə aparıb. Onun sözlərinə görə, boşanma prosesinin qarşısını almaq ümidi ilə heç bir məhkəmə iclasında iştirak etməyib və ayrılığın baş tutmayacağına inanıb.

Şamil Rzayev ailə həyatı, yaşanan gərginliklər və boşanma qərarının arxa planı ilə bağlı bir sıra maraqlı etiraflar da edib. O, şəxsi həyatında baş verənlərin həm insan, həm də ailə başçısı kimi ona ciddi təsir göstərdiyini vurğulayıb. Sözügedən boşanma hadisəsi sosial şəbəkələrdə geniş müzakirələr doğurub.

Dələduz “hüquqşünas” həbs edildi

TikTok platformasında "Hüquq mərkəzi" adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir.

İksmedia Milli.Az-a istinadən xəbər verir ki, vətəndaşların müraciətləri əsasında Yasamal Rayon Polis İdarəsində aparılan istintaq tədbirləri nəticəsində özünü sosial mediada hüquqşünas kimi təqdim edən Səbiyyə Panəliyeva 145 zərərçəkmiş şəxsin ümumilikdə 449 916 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı görülən tədbirlərlə vurulan maddi ziyanın 381 529 manat hissəsinin ödənilməsi təmin olunub, hazırda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

S.Panəliyevanın qanunsuz əməllərindən zərərçəkən digər şəxslər də aidiyyəti üzrə istintaqa müraciət edə bilərlər.

İmamoğlunun sevgilisi olduğu deyilən voleybolçu danışdı

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı açılan işdə adı hallanan peşəkar voleybolçu Derya Çayırqan Əkrəm İmamoğlu ilə bağlı maliyyə əməliyyatları və şəxsi həyatı ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.

"İksmedia" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Çayırqan sosial media hesabında ona qarşı irəli sürülən ittihamların həqiqəti əks etdirmədiyini bildirib.

Voleybolçu qeyd edib ki, gəlir və sponsorluq müqavilələri ilə qazandığı uzun peşəkar idman karyerası onun öz maliyyə sabitliyini yaradıb və belə bir xarici maliyyəyə ehtiyacı yoxdur:

“Son günlərdə sosial media platformalarında və bəzi digər media orqanlarında haqqımda yalan, əsassız və tamamilə uydurma iddialar yayılır.

Bütün bu iddialar əxlaqsız, böhtan xarakterlidir və açıq şəkildə şəxsi hüquqlarımı hədəf alır. Buna görə də, həm mən, həm də ailəm bu prosesdən dərin təsirləndik. Lakin, illərlə zəhmətlə qurduğum həyatım və peşəkar karyeram haqqında ictimaiyyətdə yalan təsəvvür yaratmaq cəhdi üzündən ilk dəfə yazılı açıqlama vermək ehtiyacı duydum.

Uzun illərdir peşəkar idmançıyam. Klub gəlirim və bonuslarımla yanaşı, sponsorluq və reklam əməkdaşlığım da olub. Buna görə də, hesabıma daxil olan və gedən pulun miqdarı peşəmin və gəlir strukturumun təbii nəticəsidir. Bu səbəbdən, iddia edildiyi kimi, hər hansı bir şəxsdən və ya siyasətçidən pul aldığım doğru deyil və bunu etməyimi tələb edən heç bir vəziyyət də yoxdur. Əkrəm İmamoğlu ilə şəxsi münasibətim və ya onun sevgilisi olduğumla bağlı bütün iddialar tamamilə böhtandır. Belə bir vəziyyət heç vaxt baş verməyib.

Bu cür ciddi böhtan qarşısında susmağım mümkün deyil. Bu iddiaları irəli sürənlərə və yayanlara qarşı cinayət işi açılıb və mənəvi ziyanın ödənilməsi üçün məhkəmə iddiası qaldırılıb. Çünki bu vəziyyət təkcə məni şəxsən hədəf alan hücum deyil, həm də bir qadının işinə, nüfuzuna və həyatına yönəlmiş açıq bir ədalətsizlikdir”.

Netanyahu telefonunu niyə lentləyir?

İsrail Baş naziri Benyamin Netanyahu telefonunun kamerasını lentlə bağlayır.

"İksmedia" Milli.az-a istinadən xəbər verir ki, bu barədə soaial şəbəkələrdə foto yayılıb.

Məlumata görə, bu, həssas vəziyyətlərdə casusluq və ya səsyazmanın qarşısını almaq üçün təhlükəsizlik tədbiri kimi edilir.

Şumaxerlə bağlı xoş xəbər


Əfsanəvi “Formula-1” pilotu, 7 qat dünya çempionu Mixael Şumaxer yataqdan qalxıb.

"İksmedia" “Qafqazinfo”-ya  xəbər verir ki, bu barədə “Daily Mail” idmançının ailəsinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, 13 il əvvəl xizək kurortunda baş vermiş dəhşətli qəza nəticəsində ağır xəsarət almış keçmiş idmançı artıq əlil arabasında otura bilir və ailə mülklərinin ərazisində gəzintiyə çıxarılır.

Mixaelə 30 illik həyat yoldaşı Korinna, həmçinin tibb bacıları və terapevtlərdən ibarət komanda qulluq edir. Mənbələrin məlumatına görə, daimi tibbi qulluğa çəkilən xərclər həftədə on minlərlə funta başa gəlir.

Qeyd edək ki, 2013-cü ildə Fransanın Alp dağlarında xizək sürərkən yıxılan M.Şumaxer ağır kəllə-beyin travması almışdı. 57 yaşlı keçmiş idmançının bərpası uzun illər boyu sirr olaraq saxlanılıb. Onun vəziyyəti haqqında yalnız ən yaxın qohumlarının və bir neçə etibarlı dostunun məlumatlı olduğu bildirilir.

 

5 -dən səhifə 24

Oxşar məqalələr