AXTAR

Türkiyənin İranla bağlı “B planı” – Bakının da varmı...

  1962  29.01.2026 08:13  Region  

Türkiyə Xarici İşlər Nazirliyi parlament üzvlərinə İran, Suriya və digər Yaxın Şərq ölkələrindəki son hadisələr barədə məlumat verib. Parlamentin Xarici İşlər Komitəsinin üzvlərinə təqdim edilən qapalı hesabatda Türkiyənin regional ölkələrə potensial xarici müdaxiləni və regional sabitliyin pozulmasını müsbət qarşılamadığı bildirilir.

Rəsmi qəzet olan “Türkiye Gazetesi” yazıb ki, ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi yeni və kütləvi qaçqın axınına səbəb ola bilər. Buna görə də Türkiyə bu ssenariyə hazırlaşır: “Biz, Türkiyə olaraq, istənilən vəziyyətə hazırlıq görürük. “A”, “B” və “C” planları hazırlayırıq”.

Bundan əlavə, Türkiyənin mühacirət etmək istəyən iranlıların İran ərazisində qalması üçün sərhəddə bufer zonası yaratmağı zəruri hesab etdiyi vurğulanır.

Qardaş ölkənin suriyalı qaçqınlara sığınacaq vermək kimi bir təcrübəsi var.

Bəs Azərbaycan dövləti necə, Güneydən soydaşlarımız axın etsə, onları məskunlaşdırmaq imkanlarımız varmı? Nəzərə alaq ki, Azərbaycan özü də erməni işğalı nəticəsində qaçqın problemi ilə üzləşib və əhalinin qayıdışı məsələsi hələ də dövlətin əsas yükdür, o zaman güneyli soydaşlarımızı qarşılamağa potensialımız və resursumuz nə qədərdir?

Ceyhun Məmmədov: Təhsilin rəqəmsallaşdırılması sürətləndirilməlidir

"İksmedia" Musavat com-a istinadən xəbər verir ki, Deputat Ceyhun Məmmədov  bildirib ki, İran ətrafında cərəyan edən proseslər qonşu ölkə kimi Azərbaycanı da təbii olaraq narahat edir:

“İran bizə qonşu ölkə olmaqla yanaşı, on milyonlarla soydaşımızın yaşadığı ölkədir. Harda yaşamağından asılı olmayaraq azərbaycanlıların hüquqlarının qorunmasına Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev vacib bir iş olaraq yanaşır. Dövlət siyasətində bu, prioritet məsələdir. Ona görə də İran ətrafında baş verən hadisələr bizi daha da çox narahat etməkdir. Dövlətimiz bütün prsoselərə hazırdır və lazımi addımları atır. Əlbəttə, biz arzulamırıq ki, İranda vəziyyət qaçqın axınının meydana gəlməsi kimi ciddi problemə gətirsin”.

Deputata görə, İranda yaşayan 40 milyon azərbaycanlının istər Türkiyə, istər Azərbaycan ərazisinə yönəlməsi baş verərsə, onların məskunlaşdırılması asan bir məsələ deyil:

“Bu, kifayət qədər mürəkkəb və həlli çətin məsələdir. Biz ümid edirik ki, qonşu ölkədə proseslər ağrısız keçəcək və soydaşlarımız da qaçqın olmaq vəziyyəti ilə üzləşməyəcəklər. Əgər belə bir vəziyyət olarsa, bunun üçün də dövlətimiz gərəkən addımları atar. Amma ümumilikdə milyonlarla qaçqının olacağı prosesə nə Türkiyə, nə Azərbaycan, nə də hansısa başqa region dövləti tam hazır ola bilməz. Söhbət milyonlarla insandan gedir. Ona görə də İrana müdaxilə və ya başqa hansısa kəskin addımlar atılarkən bu reallıqlar nəzərə alınmalıdır ki, İranda humanitar böhran yaranmasın və əhali pərən-pərən olmasın”.

 

 

 

 

Oxşar məqalələr