Rusiyanın “Baltika” klubu sosial şəbəkə hesablarında keçmiş futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovu UEFA Çempionlar Liqasındakı tarixi uğuru münasibətilə təbrik edib.
“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki, Kalininqrad təmsilçisi Ağdam klubunun pley-offa yüksəlməsini xüsusi paylaşımla qeyd edib.
“Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Bunun bizim klubla nə əlaqəsi var? Çünki Ağdam komandasına keçmiş “Baltika” oyunçusu məşqçilik edir!”, – deyə klubun rəsmi paylaşımında bildirilib.
Qeyd edək ki, Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın heyətində 14 matçda meydana çıxıb və 1 qol vurub.
Xatırladaq ki, “Qarabağ”ın pley-off mərhələsindəki ilk oyunu fevralın 17-i və ya 18-də baş tutacaq.


