2026-cı ildə bu bürcləri böyük dəyişikliklər gözləyir

Astroloqların son analizlərinə görə, 2026-cı il bir çox bürc üçün dönüş nöqtəsi olacaq.

"İksmedia" Metbuat.az-a istinadən xəbər verir ki, planetlərin düzülüşü, retro hərəkətləri və xüsusi konyuksiyalar bəzi bürclərin həyatına həm böyük şanslar, həm də yeni fürsətlər gətirəcək.

Qoç – Yeni Zirvələr, Yeni Qələbələr

Marsın güclü təsiri ilə Qoçlar 2026-cı ildə karyera baxımından böyük sıçrayış edəcək. Yanvar–mart ayları arasında yeni iş imkanları, maddi gəlir və nüfuz artımı gözlənilir. Aprel ayında riskli layihələrdən uzaq durmaq məsləhətdir.

Buğa – Stabil gəlir + Gözlənilməz sürprizlər

Bu il maddi baxımdan ən stabil dövrü Buğalar yaşayacaq. May–iyul ayları arasında sərmayə və əmlakla bağlı uğurlu qərarlar verilə bilər. Sevgi həyatı da ilin sonuna doğru canlanacaq.

Əkizlər – Parlaq sosial il

2026 Əkizlərə sosial “patlama” gətirəcək. Yeni tanışlıqlar, əlaqələr və əməkdaşlıqlar qapını döyəcək. Avqust ayında gözlənilməz bir təklif alına bilər. Səyahətlər üçün ən uğurlu ay: Sentyabr.

Xərçəng – Emosional yüksəliş və ailə xəbərləri

Bu il Xərçənglər üçün ailə, ev və yaxın münasibətlər ön planda olacaq. Fevral və mart ayları ev dəyişmələri, nişan–toy planları üçün əlverişli sayılır. Pul ilə bağlı isə payız daha uğurludur.

Şir – Ulduzlar səni parıldadır

2026 Şirlər üçün həm sevgi, həm də karyera baxımından ən uğurlu illərdən biri olacaq. İlin ortasında böyük bir layihəyə rəhbərlik etmək şansı yaranır. İyun və iyulda romantik sürprizlər mümkündür.

Qız – Fokus və nəticə vaxtıdır

Saturnun dəstəyi ilə Qızlar 2026-cı ildə özlərini tam sübut edəcəklər. Səy göstərilən hər şey nəticə verəcək. Tibbi prosedurlar və özünə qayğı üçün ən uğurlu dövr: yaz ayları.

Tərəzi – Dəyişikliklərin ili

Bu il Tərəzilər üçün dəyişiklik və yenilənmə ili olacaq. Yeni iş mühitinə keçid, ev yenilənməsi və ya köç ehtimalı yüksəkdir. Sevgi həyatında isə oktyabr–noyabr enerjisi güclüdür.

Əqrəb – Sirrli şanslar

2026 Əqrəblərə gizli şəkildə uğur gətirəcək. Kənardan sakit görünəcək, amma böyük dönüşlər yaşayacaqlar. İnvestisiya və iş ortaqlıqları üçün mart və noyabr ayları ideal sayılır.

Oxatan – Böyük uğur ili

Uranın güclü təsiri ilə Oxatanlar ən çox şans qazanan bürclər siyahısındadır. Xaric, təhsil, yeni işlər və sərmayə üçün qapılar açılır. İlin ən uğurlu ayı: Avqust.

Oğlaq – Hədəflər reallaşır

Planeti Saturnun müsbət təsiri Oğlaqları zirvəyə aparacaq. 2026-cı ildə karyera yüksəlişi, yeni status və uzunmüddətli planların gerçəkləşməsi mümkündür. Sevgi həyatı isə sakit və stabil olacaq.

Dolça – Kreativliyin ili

Bu il Dolçalar üçün yaradıcılıq partlayışı olacaq. Layihələr, sosial media, dizayn və fərdi işlərdən gəlir əldə etmək mümkündür. İlin sürprizi: yeni romantik tanışlıq.

Balıq – Uğurlu dönüş nöqtəsi

Balıqlar 2026-cı ildə həyatlarının ən məhsuldar illərindən birini yaşayacaq. Fevral–may arası maddi artım, payızda isə məhəbbətdə yeniliklər gözlənilir.

 

İynə ilə 20 kilo arıqladığı iddia olunurdu, öz üsulunu açıqladı

Son zamanlar xeyli çəki atması ilə gündəmə gələn türkiyəli aktrisa Bergüzar Korelin arıqlama iynələrindən istifadə etdiyi iddia olunur.

"İksmedia" “Qafqazinfo”-ya istinadən Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 kiloqram arıqlayan 43 yaşlı aktrisa iddiaları təkzib edərək bunu necə bacarmasından danışıb.

“Həyatım boyu çox çəki alıb-itirmişəm. Amma intizam, tam qidalanma və məşq proqramı ilə 4 ayda ilk dəfə belə bir dəyişiklik yaşadım. Buna idman məşqçilərimin, dietoloqumun və özümün səyləri sayəsində nail oldum”, - deyə Korel söyləyib.

Qeyd edək ki, B.Korellə yanaşı, bir neçə məşhur sənətçilər sürətlə arıqlaması ilə diqqət çəkir. Belə ki, Işın Karaca, Deniz Seki, Demet Akalın, Şebnem Bozoklu və Zahide Yetiş xeyli çəki atmaları ilə müzakirə mövzusuna çevriliblər. Sosial media istifadəçiləri hesab edirlər ki, bu sürətli arıqlama nəticələri arıqlama iynələrindən qaynaqlanır.

Xatırladaq ki, Bergüzar Korel 2009-cu ildə aktyor Halit Ergençlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə Əli, 2020-ci ildə Han adlı oğulları, 2021-ci ildə isə qızları Leyla dünyaya gəlib.

 




“İşçiyə mənə çətir tutması ilə bağlı söz deməmişəm” - İsa Həbibbəyli

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının Şəhidlər xiyabanını ziyarəti zamanı əməkdaşlardan birinin AMEA prezidenti İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“İksmedia” xəbər verir ki, məsələ ilə bağlı İsa Həbibbəyli Manşet.az-a açıqlama verib.

O, heç vaxt çətirdən istifadə etmədiyini bildirib: “Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim. Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətir tutmuşdu. Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başıaçıq və çətirsiz olmuşam. Dünən tədbirdən sonra dərhal AMEA-nın saytında və AZƏRTAC-da yerləşdirilən fotolardan da əyani şəkildə görə bilərsiniz. Mən işçiyə mənə çətir tutması ilə bağlı hər hansı bir söz deməmişəm”.

 

Ramazan ayı bu tarixdə BAŞLAYACAQ

2026-ci ildə Ramazan ayı fevral ayında başlayacaq.

"İksmedia"Musavat.com-a istinadən xəbər verir ki, müqəddəs Ramazan ayı təxminən 18 fevral 2026‑cı il axşamdan başlayacaq, ilk oruc isə fevralın 19-u, ayın görünməsinə əsasən başlayacaq.

Ramazan bayramının isə martın 20-də qeyd ediləcəyi gözlənilir.

Bəzi mənbələrə görə isə, Ramazan ayı 18 fevral, bayramı isə 19 marta təsadüf edəcək.

Xatırladaq ki, 2025-ci ildə Ramazan ayı martın 1-də başlamışdı.

Alim Qasımov nəvəsinin toyunda rep dedi.

 

Xalq artisti Alim Qasımov ötən gün nəvəsi Mövlanənintoyunda rep deyib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanə də babasına qoşularaq onunla birlikdə rep oxuyub.

Qeyd edək ki, A.Qasımov bir müddət əvvəl məclislərin birində də rep deməsi ilə gündəmə gəlmişdi.

11 -dən səhifə 29

Oxşar məqalələr