
Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas etdiyi mütaliələrlə öyünüb.
İksmedia "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə o, mətbuat konfransında jurnalistin ona Suriyanın tarixi haqqında kitab hədiyyə etməsi zamanı deyib.
"Siz ki, bilirsiniz, oxuduğum kitabların siyahısı olduqca uzundur. Mən sizə hazırda nə oxuduğum barədə danışmayacağam, amma bu, müxtəlif bölgələrin tarixləri ilə bağlıdır. Ona görə də mən bu işi bitirəndə çox ağıllı olacağam", - deyə siyasətçi qeyd edib.
