
İran Prezidenti Məsud Pezeşkian “X” hesabında paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, o, paylaşımında qeyd edib ki, ölkəsinin ali rəhbəri Əli Xameneiyə hər hansı hərbi zərbə endirilməsi İran millətinə qarşı tammiqyaslı müharibə elan etmək demək olar:
“Ölkəmizin böyük liderinə qarşı ediləcək hər hansı hücum İran millətinə qarşı tammiqyaslı müharibə deməkdir”.
O əlavə edib ki, iranlıların həyatındakı çətinliklərin və əzabların bir əsas səbəbi ABŞ hökuməti və onun müttəfiqlərinin uzun müddətli düşmənçiliyi və insanlığa zidd sanksiyalarıdır.
