“Biz təslim olmayacağıq”

abs iran

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ni müxtəlif ölkələrin təbii sərvətlərini ələ keçirməyə çalışmaqda ittiham edib və İranın qarşıdurma tərəfdarı olmadığını bildirib.

“İksmedia" Qafqazinfo”-ya istinadən olan məlumatına görə, dövlət başçısı bu barədə səfərdə olduğu Lorestan əyalətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü zamanı danışıb.

Pezeşkian ABŞ-nin İranda demokratiya ilə bağlı narahatlıq ifadə etməsini aldadıcı adlandırıb:

“ABŞ açıq şəkildə Venesuelanın neftini ələ keçirmək istədiyini bildirib. Kanada və digər ölkələrə qarşı da oxşar münasibət sərgiləyir. Biz mübarizə aparmaq istəmirik. Hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Lakin zor tətbiq olunarsa, biz təslim olmayacağıq”.

Metroda texniki nasazlıq - Sərnişinlər düşürüldü

metro11

Metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib.

“İksmedia az" Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.

Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən “Dərnəgül-Nərimanov” sahəsində interval fərqi yaranıb.

Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik.

Əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

 
 
 
 

Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi

icrr

Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Novruz Novruzov köməkçisini vəzifəsindən azad edib.

“İksmedia az"  iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Balabəy Balabəyov icra başçısının köməkçisi vəzifəsindən azad olunub.

Məlumata görə, o, dövlət qulluğunda olmanın yaş həddinə çatması ilə əlaqədar təqaüdə yola salınıb. Bu günlərdə onun 65 yaşı tamam olub.

Xatırladaq ki, B.Balabəyov uzun müddət RİH-də çalışıb. O, əvvəllər RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) işləyib. Ötən ay struktur dəyişikliyindən sonra onun vəzifəsi ixtisara düşdüyündən başçının köməkçisi təyin edilib.

Saçını kəsdirdiyi bərbər başına torba keçirib pulunu taladı

berber

 

Müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanılıb.

“İksmedia az" Qafqazinfo”-ya istinadla DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib.

Abşeron RPİ Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri olan H.Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.

Faktla bağlı araşdırma aparılır.

Baxçalı “Bozo”ya zəng etdi - “Yeraltı” ilə bağlı paylaşım

ff

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı “Now” kanalında yayımlanan “Yeraltı” serialının baş obrazlarından birini canlandıran Uraz Kaygılaroğluna zəng edib.

“İksmedia az." Qafqazinfo”-ya istinadən xəbər verir ki, partiya sədri bu barədə instaqram hesabında paylaşım edib.

“Bu gün Now TV-də yayımlanan “Yeraltı” serialının baş qəhrəmanlarından birinə həyat verən Uraz Kaygılaroğluna zəng etdim. Serialın uğurlu yayımından və türkiyəli gəncləri pis vərdişlərdən uzaq tutmağı hədəfləyən nümunəvi ssenarisindən məmnun olduğumu bildirdim.

Ona razı olduqları təqdirdə bozqurd rəsmini hədiyyə etmək istədiyimi dedim. Bütün komandaya uğurlar arzuladım”, - Baxçalı yazıb.

Qeyd edək ki, yeni yayımlanmağa başlayan və Uraz Kaygılaroğlu, Deniz Can Aktaş, Devrim Özkan və Burak Sevinç kimi tanınmış aktyorların yer aldığı serial reytinqləri alt-üst edib.

U.Kaygılaroğlu layihədə Bozkurt (Bozo) obrazını canlandırır.

Serialın ssenari müəllifi isə “Kurtlar vadisi” serialının “Polad Alemdar”ı Necati Şaşmazın qardaşı Raci Şaşmazdır.

 
 

3 -dən səhifə 29

Oxşar məqalələr