![]()
"Fənərbağça"nın icarə əsasında "Jirona" klubunda çıxış edən qapıçısı Dominik Livakoviç klubunu tərk edib.
İksmedia Oxu.Az-a istinadən xəbər verir ki, xorvat qapıçı öz ölkəsində çıxış edəcək.
O, mövsümün sonuna qədər "Dinamo Zaqreb" klubuna icarəyə veriləcək.
Məlumata görə, Xorvatiya klubu bu keçidə görə "Fənərbağça"ya 300 min avro ödəyib.

