Diqqət! Xankəndindəki (Stepanakertdə) hərbi hospitala təcili qan lazımdır



Dağlıq Qarabağdakı qondarma respublikanın təhlükəsizlik şurasının katibi Samvel Babayan əhali müraciət edərək, kişilərin bir nəfər kimi səfərbərliyə hazır olmağa çağırıb. Amma bunun ardınca, o bildirib ki, elə olmasın ki, qapı-qapı gəzib kişiləri səfərbər edək. Bu da onu göstərir ki, Qarabağda yaşayan insanlar Azərbaycan Ordusunun simasında öz xilaskarlarını görür və ona qarşı döyüşməkdən qaçırlar.
İKSmedia.az

Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Qarabağda büütn cəbhə boyu əks hücuma keçdiyi haqda təcili xəbər yayıb. Orada deyilir:
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.
Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.
Qoşunlarımızın sürətli ək-hücum əməliyyatı davam edir.
***
Azərbaycan Müdafiə Nazirliyi Qarabağ cəbhəsində bu gün səhər saatlarından başlayan şiddətli döyüşlər barədə növbəti məlumat yayıb.
Məlumatda deyilir:
Cəbhənin ən gərgin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır.
Hazırda Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görülür və qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək.
Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq

Hərbi-siyasi diplomatiya Cənubi Qafqazda qüvvələr nisbətini dəyişdirir
Prinsipcə, Cənubi Qafqazda yerləşən üç dövlət arasında müqayisəyə görə Azərbaycan ən güclüdür və çoxdandır ki, bütün sahələrdə regionun lidetri statusunu daşıyır. Bu mənada onun nə qardaşının, nə də dostunun yardımına ehtiyacı yoxdur. Ancaq dünyada mövcud olub onun dost-düşmən münasibətlərindən kənarda qalmaq mümkün iş deyil. Üstəlik, düşmənin havadarlara məlik olması səni də məcbur edir ki, öz arxanı möhkəmləndirəsən. Bu gün Türkiyə ilə qardaşlıq əsasında münasibətlərin ali mərtəbəsi Azərbaycanın hər hansı bir rəqibə qarşı ürəkli davranması üçün güclü əsas yaradıb. Lakin iş bununla bitmir. Ölkəmizin dostları açıq və qılaflı düşmənlərindən sayca çoxdur. Dostların da içərisində son dərəcə sədaqətlisi və adiləri var. Türkiyə sədaqətlilər içərisində birincidir, desək, zənnimcə, yanılmarıq. Amma ondan da az sədaqətli olmayan daha bir dost Pakistandır. Bu ölkə Azərbaycana mehrini öz sözü və əməli ilə dəfələrlə sübut edib.
Pakistanla Azərbaycan arasında yaxın münasibətlərin həm tarixi, həm mənəvi, həm də siyasi kökləri var. Tarixi köklər bu ölkəyə bir neçə əsr bundan qabaq Azərbaycan türklərinin iri tayfa birləşmələrinin köç edərək ölkənin ictimai-siyasi həyatında fəal rol oynamaları ilə əlaqədardır. Mənəvi bağlılıq İslama söykənir və eyni inanclı insanların bir-birinə sədaqəti əsrlərin sınağından çıxmış meyardır. Siyasi anlamda isə Azərbaycanın işğal edilmiş Qarabağ dərdinə oxşar Pakistanın da Kəşmir dərdi var. Bu respublikaları birləşdirən bu üç amil olduqca aktual və birlik tələb edən problemlərə bağlıdır.
Hazırda Cənubi Qafqazda hadisələrin dinamikası sürətlə yüksəlir. Baş verənlərdən məlum olur ki, Ermənistan Azərbaycandan yeni ərazilər qoparmağa, Azərbaycan isə Ermənistanın işğal etdiyi Qarabağ bölgəsinin azad edilməsinə səylə hazırlaşır. Bu məqamda Türkiyə ilə yanaşı ikinci, üçüncü etibarlı, yanında olacaq tərəfdaşa ehtiyac böyükdür. Dostları saf-şürük edəndə isə bütün mənası ilə bu dostun Pakistan ola biləcəyinə şübhə yoxdur. Həm də bu ölkənin öz üstünlüyü var: o, nüvə silahına malik yeganə müsəlman ölkəsidir. Bu o deməkdir ki, birincisi, Pakistanın nüfuzu dünyanın bütün super dövlətləri tərəfindən qəbil edilir, ikincisi isə İslam inanclıə hər hansı bir ölkənin məğlubiyyətinə Pakistan heç vaxt yol verə bilməz.
Pakistanlı ekspert Malik Əyyub Sumbal bu günlərdə verdiyi açıqlamaları ilə bu fikirləri təsdiqləyib. Ermənilərin müsəlman Azərbaycana qarşı təcavüzkar siyasətini tənqid edən ekspert qeyd edib ki, Ermənistan İslamafobiyanın dövlət siyasəti olduğu bir ölkədir, ermənilər işğal edilmiş Azərbaycan ərazilərində məscidləri dağıdır və dağıdılmış məscidlərdə heyvanlar, o cümlədən donuz, inək saxlayırlar. Malik Əyyub qeyd edib ki, Ermnənistan hökuməti dindən sui-istifadə edir və din adından nifrət yaratmaqla dünyada öz faşist xislətini ifşa edir: “Dindən başqa millətlərə qarşı alət kimi istifasdə edən ölkələrin özündə daxili dini ekstermizm baş qaldırır və onları dünyadan təcrid edir. Ermənistan özü də bu cür taktikalardan istifadə edir. Hər hansı bir xalqın dini hisləri ilə oynamaq dünyada ən utancverici bir hərəkətdir və bir nifrət cinatyətidir. Dini və müqəddəs yerlərə hörmətsizlik etmək çox dar düşüncəli və utancverici bir yanaşmadır”.
Ekspert onu da əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda dini azadlıq, multikulturalizm və başqa dinlərə hörmət Prezident İlham Əliyevinin siyastində prioritet istiqamətlərdən biridir: “Mən Azərbaycan cəmiyyətinin başqa dinlərə necə tolerant yanaşdığının şahidi olmuşam və hər bir dinin nümayəndəsi Azərbaycanda sərbəst şəkildə öz dini ayinlərini icra edir”.
Qardaşlıq üçün bundan artıq hansısa bir izaha ehtiyac varmı? Ayrı fikirlər barədə düşüncələrə dalmaqdansa, Pakistan və Azərbaycan arasında strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi barədə əməli addımlar atılsa, bizcə, Azərbaycan diplomatiyası daha rasional hərəkət etmiş olar. Düzdür, istiqamət buna aparır, amma sürət, nədənsə aşağı görünür. Digər tərəfdən Türkiyə də daxil üçlük formatında hərbi-siyasi əlaqələrin gücləndirilməsi və hərbi-sənaye komplekslərinin inteqrasiyası Orta Şərqdə geostrateji maraqların dairəsinə olduqca güclü elementlər daxil edə bilər.
N.NOVRUZ
40 -dən səhifə 141