AXTAR

Ramil Quliyevin ağlında üç medal var

ramil quliyev

 

İstanbulda məşqlərini davam etdirən azərbaycanlı atlet Ramil Quliyev hazırlıq mərhələsi və çempionluq hədəfləri barədə danışıb.

Sfera.az xəbər verir ki, 7-12 avqustda Berlində keçiriləcək Avropa Atletizm Çempionatına az müddət qaldığını deyən Ramil yarış haqda bu sözləri deyib:

"Hazırlıq mərhələsi yaxşı keçdi. Avropa Çempionatına çox az qalıb və yaxın zamanda yola çıxacağıq. İnşallah gözəl nəticələrlə ölkəyə qayıdarıq. Ağlımda üç medal var. İnşallah üç medalla ölkəmə qayıdaram. İnşallah onların rəngləri də gözəl olar, sarı olar. İdmanda heç zaman təmin olunmuş şey yoxdur. Əvvəlcə ayağımızı qaçış meydançasına qoymalıyıq. Ondan sonra bir şey deyə bilərik. Çünki bu idmandır”.

Almaz Liqasında Monakoda 200 metr məsafəyə qaçan Ramil bunları deyib: "Çox yaxşı formadayam. Almaniyada 100 metr, 200 metr və 4X100 metr bayraq yarışlarında qaçacam. Bu il qaydalar dəyişdirilib, seçmə turlarında qaçmayacağıq. Artıq siyahıda ilk 12-yə daxil olduqda birbaşa yarımfinaldan başlayırsan. Bu bizim üçün çox böyük üstünlükdür. Çünki seçmə mərhələlərdə güc itirmədən yarımfinal və finalda yarışı gözəl nəticə ilə başa vura bilərsiniz”.

Ramil Avropa çempionatında uğur əldə etdiyi 100 və 200 metr yarışları ilə yanaşı bayraq yarışına da iddialı olduğunu deyib: "Hər zaman hədəfim əvvəl gördüyün işdən daha çoxunu bacarmaqdır. Sprint komandası ilə işləyirik, əsas diqqətimizi ora vermişik. Bayraq komandasında vəziyyətimiz çox yaxşıdır. İnşallah bayraq yarışında da böyük nəticə gözləyirik”.

Ramil Quliyev rəqibləri haqda da danışıb: "Hazırda əsas iki rəqibim var. Biri ispan, Avropa çempionu gəncdir. İkincisi də fransız Kristof Lemetr. Ümumi siyahıda onlar ikinci, üçüncü yerlərdə gəlirlər. Finalda hər şey məlum olacaq”.

Rəsul
Sfera.az

Oxşar məqalələr