Təmirlə əlaqədar qaz olmayacaq

Abşeron, Siyəzən və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
“Azəriqaz” ASC-dən iksmedia.az-a verilən məlumata görə, oktyabrın 7-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Zarat”, “Çandahar”, “Qara Siyəzən”, “Giləzi kərpic zavodu'', “Hacılar MMC”, “MMZ quşçuluq”, “Beşdam”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Göyçay-2” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Siyəzən rayonun Zarat, Çandahar və Qara-Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xətai rayonun və Göyçay şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Beynəlxalq İqtisadi Forum bəşəriyyət üçün 2016-cı ildə təhlükə törədəcək əsas problemlərin toplusundan ibarət “Qlobal risklər-2016” adlı hesabatı hazırlayıb.
Baş Polis İdarəsi və şəhər prokurorluğu qızıl alverçisini öldürənlərin adlarını açıqlayıb. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda qızıl alverçisi olan iş qadını Məryəm Nametzadənin qətlə yetirilməsi ilə bağlı birgə məlumat açıqlayıb. Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) bu ilin əvvəlindən tətbiq etdiyi yenilik ölkəyə mal gətirən fiziki şəxslərin işini xeyli asanlaşdırıb. ANS PRESS-in məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən "Fiziki şəxslər üçün sadələşdirilmiş bəyannamə” xidməti elektronlaşdırılaraq ”Elektron hökumət” portalına inteqrasiya edilib. DGK-nin yaydığı məlumatda bildirilir ki, bununla da komitənin "E-hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb.
Rusiya azərbaycanlıları "erməni soyqırımı" layihəsi ilə bağlı ölkə rəhbərliyinə etiraz bəyanatı ünvanlayacaqlar