Beynəlxalq İqtisadi Forum bəşəriyyət üçün 2016-cı ildə təhlükə törədəcək əsas problemlərin toplusundan ibarət “Qlobal risklər-2016” adlı hesabatı hazırlayıb.
Modern.az təşkilatın saytına istinadən xəbər verir ki, hesabatda ətraf mühitdən iqtisadiyyata və geosiyasətə qədər bütün sahələrdə risklərin gözlənildiyi proqnoz edilib.
İ llik hesabat üçün dünyanın 750-dən artıq eksperti yaxın 10 illik perspektiv üçün 29 ayrı qlobal riski dəyərləndirib.
Modern.az saytı xəbər verir ki, ekspertlərin fikrincə, 2016-clı ildə əsas qlobal təhlükələr bunlar olacaq:
1. Kütləvi miqrasiya – 52%
2. Hava şəraitinin qeyri-sabitliyi – 27,9%
3. Qlobal iqlim dəyişikliyi strategiyasının iflası – 26,3%
4. Regional sabitliyi pozacaq dövlətlərarası konfliktlər – 26%
5. Təbii fəlakətlər – 25,2%