AXTAR

Sağları seçkidə kim təmsil edəcək: ilk turun həyəcanlı gecəsi

françois fillon

Noyabrın 20-də fransız seçicilər gələn il keçiriləcək prezident seçkiləri üçün amerikasayağı ilkin seçkilərdə iştirak ediblər.
İKSmedia.az franceinfo-ya istinadən bildirir ki, noyabrın 20-də fransız seçicilər gələn il keçiriləcək prezident seçkiləri üçün amerikasayağı ilkin seçkilərdə-praymerizdə iştirak ediblər. Seçkidə sağmərkəzçilər özlərinin daha populyar olan namizədləırini seçmək uğrunda səs veriblər.
Praymerizin ilk turunda Respublika partiyasından birinciliyə iddialı olan 7 namizəd iştirak edib. Onların arasında keçmiş prezident Nikola Sarkozi və keçmiş baş nazirlər Alən Jüpe və Fğansua Fiyon da olub.
Gecə saat 00:45ə olan məlumata görə, Fğansua Fiyon səslərin 44,2%ni toplamaqla siyahıya başçılıq edir. Alən Jüpe 28,5%, Nikolas Sağkozi 20,6% səs toplaya biliblər. İkinci turda F.Fiyon və A.Jüpe iştirak edəcəklər.
İlkin seçkilərdə qalib gələn namizəd ifrat sağçı “Milli cəbhə” partiyasının lideri Marin Lö Penə rəqib olacaq.
Seçicilər arasında keçirilmiş rəy sorğusuna görə, 2017-ci il prezident seçkilərində respublikaçıların şansı daha çoxdur. Hakim Sosialist partiyasının parçalandığı və gözdən düşdüyü indiki şəraitdə solların namizədinin seçkilərdə hətta ikinci tura keçəcəyi də istisna edilir.

Oxşar məqalələr