AXTAR

Аnkara istiqaməti dəyişir

erdogan 3

 

 

 

Türkiyədə çıxan “Sabah” qəzetinin yaydığı xəbərə görə, prezident Rəcəb Tayyip Ərdoğan deyib ki, Avropa İttifaqına daxil olmaq Türkiyə üçün yeganə variant deyil, Ankara Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmaq məsələsinin də üzərində işləyir.
Ərdoğan etiraf edib ki, Avropa İttifaqı üçün Türkiyə ikinci növ ölkə olaraq qalır. Özbəkistandan qayıdan Ərdoğan təyyarədə jurnalistlərə deyib: “Brexsit məsələsi yayıla bilər, bu haqda Frabsada, İtaliyada şüarlar səslənir. Belə bir şəraitdə Türkiyə özünü skit hiss etməlidir. Nə üçün də Türkiyə ŞƏT üzvü olmasın?”
O əlavə edib ki, bu məsələni Rusiya və Qazaxıstan prezidentləri iə müzakirə edib. Onun fikrincə, Türkiyənin ŞƏT-də iştirakı ona dah çox hərəkət sərbəstliyi verər.

IKSmedia.az

Oxşar məqalələr