AXTAR

Bunları bilsəniz, intihara meyl etməzsiniz - ARAŞDIRMA...

114301.jpg
İnsanda özünəqəsd fikri fizioloji baxımdan serotonin maddəsi, ruhi-mənəvi baxımdan isə Allaha imanın çatışmazlığından formalaşır...
 Son zamanlar dünyada, o cümlədən Azərbaycanda özünəqəsd, intihar halları artmaqdadır. İş o həddə çatıb ki, məktəblilər, hətta 6 yaşlı uşaqlar da intihar edir. Son bir ildə ölkəmizdə həyatına özünəqəsdlə son qoyanların sayı daha da artıb.  
Yalnız yanvarın 1-dən 26-dək 48 intihar olayı baş verib. Təxminən günə iki intihar hadisəsi düşür. Ötən yazıda qeyd etdiyimiz kimi, Azərbaycanda ildən-ilə özünəqəsdlərin artmasında xarici və daxili idarəedicilərin subyektiv hərəkətləri sayəsində yaradılan iqtisadi-sosial durumun təsiri çoxdur. Bununla belə, intiharların artmasını yalnız təkcə iqtisadi, maddi çətinliklərlə əlaqələndirmək düzgün deyil.  Bunu  intihar hallarının illik statistikası da buna işarə edir. Səhiyyə Nazirliyinin Psixoloji Yardım Mərkəzinin açıqlamasına görə, ölkəmizdə 2013-cü ildə 535, 2014-cü ildə 515, 2015-ci ildə yenə 515, 2016-cı lldə isə 327 nəfər intihar edib. 
 
Göründüyü kimi, manatın kəskin devalvasiyaya uğradığı 2015-cı ildə intihar sayı öncəki illə eyni olub. Qiymətlərdə bahalaşmanın daha çox olduğu, dolların 2 manata yaxınlaşdığı 2016-cı ildə isə cəmi 327 nəfər özünəqəsdlə dünyasını dəyişib. Bu fakt bir daha göstərir ki, insanın mənəvi-psixoloji durumunu formalaşdıran əsasən ideoloji-psixoloji amildir ki, həmin amilin formalaşmasında isə dinin rolunu inkar etmək olmaz. Bunu  özünəqəsd hallarınnın ən inkişaf etmiş ölkələrdə də kifayət qədər yüksək olması da sübut edir. 
 
Yüksək təhsil hələ uca iman demək deyil...
 
İntiharlarda təhsilin, savadın rolu da önəmli deyil. Tanınmış psixoterapevt Dəyanət Rzayevin təhslinin, savadının zəif olduğunu km deyə bilərdi. Müasir filosofların “baba”larından biri, tez-tez kəlamlarında sitat gətirdiyimiz qədim yunan filosofu Sokrat belə, həyatına intiharla son qoyub. XX əsrdə və müasir günlərimizdə də kifayət qədər məşhur, elmli, geniş dünyagörüşlü şəxslərin intihar etməsi barədə çox  faktlar var. 
 
İblis içimizdə oturub açıq-aşkar hökmranlıq edir...
 
 
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il təxminən 60 milyon insan intihara cəhd edir. Nəticədə, hər il 800-900 min insan könüllü şəkildə özünü həyatdan məhrum edir. Bu o deməkdir ki, hər 40 saniyədə bir insan intihar edir. Dünya Psixiatriya Assosiasiyası XXI əsri "depressiya və intiharlar əsri" adlandırıb. Təşkilat 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağını proqnozlaşdırıb. Bu dəhşətdir. Bu o deməkdir ki, İblis içimizdə oturub açıq-aşkar hökmranlıq edir... Bu mövzuda Moderator.az-da təqdim etdiyimiz “İntiharların ilkin səbəbi Allahsızlıqdır”(http://www.moderator.az/news/166674.html) başlıqlı yazıda İslam dininin intihara münasibəti və insanların həyatına qəsd etmək halına gəlməməsi üçün həyatını necə qurmalı olması barədə yazmışdıq.   
 
İslam ölkələrində intihar halları sıfıra yaxındır...
 
Araşdırmalardan məlum olur ki, insanın hansı dinə mənsubluğu ilə intihara meyl etməsi arasında əlaqə var. Müsəlman ölkələrinin  çoxunda,  özünəqəsd halları, demək olar ki, sıfıra bərabərdir. Xristianlıq və ya induizmin hakim olduğu ölkələrdə isə intihar səviyyəsi yetərincə yüksəkdir. Xristian dövlətlərindən hər 100 min əhaliyə 11,2 intihar halı, Hindistanda isə uyğun olaraq 9,6 intihar halı düşür. Buddist ölkələrdə bu göstərici daha yüksəkdir - 100 min adama 17,6 intihar halı qeydə alınır. Çin kimi ateist dövlətlərdə bu göstərici daha yüksək olmaqla 25,6-ya bərabərdir. 
 
İsrail hərbçiləri üçün əsirlikdən intihar üstündür...
 
 
Onu da deyək ki, iudaizmin üstünlük təşkil etdiyi İsraildə də intiharlar son illər kəskin şəkildə azalmaqdadır. İntiharların sayına görə bu ölkə 28 Avropa ölkəsinin siyahısında axırdan ikinci yerdədir. Ancaq Tövrat və Talmudda intihar qadağan edilsə də, İsrail hərbçilərinə döyüş zamanı əsir düşmək təhlükəsi yarandıqda intihar etməsinə icazə verilir və bu, əsir düşməkdən dah üstün sayılır.  Bütpərəstliyin əksər növləri və buddistlərin, eləcə də xristianlığın ölkəmizdə də populyarlaşmış “Yahova şahidləri” adlı qeyri-ənənəvi cərəyanının da  intiharı normal qəbul etdiyi məlumdur. 
 
 
Allah və Axirət barəsində yanlış düşüncələr də özünəqəsdə yol açır...
 
Tibb mütəxəssisləri müəyyən etmişlər ki, insanın intihara əl atmasının fizioloji səbəbi DNT-də (dezuksiribonuklein turşusu) müsbət emosiyalara cavab verən serotonin maddəsinin azalmasıdır. Suisidin (intiharın elmi adı) sosial-psixoloji, iqtisadi-fizioloji səbəblərini araşdıran suisioloqlar nədənsə onun ruhi səbəbləri üzərində çox dayanmırlar. Yəqin ki, bunun əsas səbəbi alimlərin insan ruhu haqqında çox cüzi biliyə malik olmasıdır. Burada insanların köməyinə yalnız səmavi, yəni təkallahlı, Allah tərəfindən nazil edilmiş iudaizm, xaçpərəstlik və sonuncu ən mükəmməl din olan İslam gələ bilər. Tarixi araşdırmalar göstərir ki, insanların intihar etməsinə bir çox hallarda onların vahid Allah haqqında bilgisizliyi və nəticədə Allah tərəfindən bəxş edilmiş həyatın əsl mənasını dərk etməmələri səbəb olur. Bu, xüsusən çoxallahlı dinlərə sitayiş edən insanlara aiddir. Ancaq səmavi dinlərə sitayiş edən insanlar arasında da dünya və Axirət barəsində yanlış düşüncələrə qapılaraq intihar edənlər olur. Son bu cür kütləvi intihar 18 mart 2000-ci ildə Uqanda kilsələrindən birində baş verib. “Axirət dünyası” sektasının 300-dən çox üzvü guya tezliklə baş verəcək Axirətdən qurtulmaq məqsədilə özlərini yandırıblar...
 
Katolik kilsəsi intiharı İblis əməli elan edib...
 
 
Xristianlığa görə, intihar müqəddəs olan insan həyatına xəyanətdir. II əsrdə Müqəddəs Avqustin intiharı günah kimi müəyyən etmişdi. 452-ci ildə Roma katolik kilsəsinin Ali Məclisində intihar iblis əməli olan cinayət elan edilib.
İntihar probleminin həlli insanların düzgün islami maariflənməsindən keçir...
Beləliklə, bütün digər problemlər kimi, intihar probleminin həlli də cəmiyyətin düzgün maarifləndirilməsindən – insanları şeytandan uzaqlaşdırıb Allah yolunu dərk etməklə bütün ömürləri boyu bu yolla getməyə dəvətdən keçir.
 
İntihardan uzaqlaşdıran əməllər...
 
 
İntihar mövzusundakı iki yazımızda dediklərimizdən belə nəticəyə gəlmək olar ki, normal ağıla, psixikaya malik insan intihara sürüklənməməsi üçün bunları bilməli və əməl etməlidir:
 
-Allaha, Peyğəmbərə sarsılmaz imanla namaz qılıb oruc tutmalı;
- Bütün insanların ölümdən sonra Qiyamət günündə dirilərək əməllərinə görə hesab verəcəyinə və zalimlərin mütləq Cəhənnəmlə cəzalandırılacaqlarına inanmalı;
- Bu dünyada öz halal zəhməti müqabilində Allahın ona yetirdiklərinə şükür etməli və aza qane olmalı;
- Haram yolla ruzi qazanmaqdan, o cümlədən, rüşvətdən, sələm və ya kreditdən çəkinməli;
-Ümumiyyətlə, kredit, sələm prosesinə qatılmamalı,  heç kəsə zamin durmamalı;
-Öz topladığı pulla və ya  kimdənsə borc pul alıb rüşvət verərək vəzifəyə getməyi, yaxud kimdənsə pul alıb onu rüşvətlə vəzifəyə düzəltməyi ağlına gətirməməli;
-Donuz əti və onlardan hazırlanmış kolbasa, sosiska kimi məmulatlarla qidalanmamalı;
-Tərkibində birbaşa beyinə narkotik kimi təsir edib süni ləzzət effekti yaradan konseregonlər qatılan  fastfud yeməklərdən, dönərdən, şaurmadan, qamburgerdən imtina etməli;
-Allahın haram buyurduğu spirtli içkiləri, eləcə də tərkibinə insanın sağlamlıq və psixikasına zərər vuran maddələr qatılmış “Coca-cola”, “Fanta”,  enerji içkilərini və s. qəbul etməməli;
-Allah, yaradılış, ruh və s.barədə yanlış baxışlar təlqin edən “Avatar” tipli əcaib Qərb filmlərinə baxmamalı; 
-Allaha maddi və ya canlı şərik qoşmamalı, yəni həyatını yalnız ev, maşın almaq məqsədinə və ya sevdiyin qadınla qovuşmaq məqəsdinə həsr edərək və s. yollarla dünyaya bağlanmamalı;
-Digər, xüsusən bütpərəstlik, krişnaçılıq kimi qeyri-səmavi dinlərdəki yanlış dünyagörüşləri ilə yalnız  bilgi, təhlil üçün maraqlanmalı, onlara qapılmamalı;
-İslamı Quran, Peyğəmbər hədisləri və öz ağıl və vicdanın vasitəsilə dərk edib öyrənməyə çalışaraq hər hansı radikal qruplarla yaxınlaşmaqdan uzaq durmalı;
-Hər bir çətinlikdə Allaha təvəkkül edərək daim dualarıyla Ondan kömək diləməlidir.
-Həyatının həm firavan,  həm də ən çətin anlarında- daim Allahı zikr etmək. Yəni, dillə də,  ürəyində də “lailahəilləhlah”, “əlhəmdulillah”, “sühbənalllah”, “Allahu əkbər” və s. kimi kəlamları Yaradanı düşünərək tələffüz etmək.  Və s. və i.a.
 
Qurani-Kərimdə buyurulur:”Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə hüzur tapar.(Qədr surəsi, 28-ci ayə).
 
Sultan Laçın
moderator.az

Oxşar məqalələr