AXTAR

“Yerini bil” –Ərdoğan Aİ-ə daxil olmaq haqda Avroparlamentə sərt cavab verdi

erdogan 2İKSmedi.az Anadolu agentliyinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyip Ərdoğan AP-nin Türkiyənin Avropa İttifaqına daxil olması üçün aparılan danışıqları dondurmsı qərarını şərh edərkən bəyan edib ki, Türkiyəni Avroparlament idarə etmir.
İ

 stambuldakı mitinqdə çıxış edən R.T.Ərdoğan deyib: “Avroparlament, yerini bil! Bu nölkəni Avroparlament yox, hökumət idarə edir. Lazım gəlsə, fövqəladə vəziyyətin müddətini artırarıq. Bu məsələnin səlahiyyəti Türkiyə hökumətində və parlamentindədir, Avroparlamentdə yox”.
Son üç ildə Türkiyə ardıcıl terror aktları ilə qarşılaşır, hazırda ölkənin apardığı mübarizəni isə müstəqillik uğrunda müharibənin yeni mərhələsi kimi xarakterizə etmək olar, deyə Ərdoğan bildirib. Onun sözlərinə görə, bu müharibə bir neçə cəbhədə: hərbi, siyasi, diplomatık, iqtisadi və sosial sahədə aparılır. Prezident xatırladıb ki, 16 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyənin 248 vətəndaşı həlak olub, 2193 nəfər isə yaralanıb.
Xatırladaq ki, noyabrın 24-də Strasburqda keçirilən plenar sessiyasında Avroparlament Türkiyənin Avroittifaqa daxil olması üzrə aparılan danışıqların dayandırılmasına çağıran qətnaməni bəyənib.

Oxşar məqalələr