AXTAR

Prezident İlham Əliyev Qərb ölkələrini dinc yanaşı yaşamağa çağırdı

novruz muallim

İki həftə əvvəl Münxen Təhlükəsizlik Konfransında çoxlu sayda dövlətlərin rəhbərləri və ya nümayəndələri ilə görüşlər keçirən Azərbaycan Prezidenti İlham Əliyev fevralın fevralın 28-də Bakıda Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi əvvəldən planlaşdırılmış görüş sayıla bilməz. Bir fakta diqqət yetirmək lazımdır ki, Münxendə əksər dövlətlərin nümayəndələri Azərbaycanın dövlət başçısı ilə görüşə öz təşəbbüsləri ilə gəlmişdilər. Təbii ki, bu cür diqqət ölkəmizin Cənubi Qafqazdakı liderlik mövqeyinə və ümumiyyətlə qlobal siyasətdə oynadığı rasional fəaliyyətinə söykənir. Alman nümayəndə heyətinin gəlişini təhlükəsizlik konfransında aparılmış müzakirələrin davamı sayılmalıdır. Üstəlik, alman parlamentinin üzvünün təşəbbüsü ilə haqsız olaraq Avropa Şurasında Azərbaycanın səs hüququndan məhrum edilməsinə görə bu səfəri üzrxahlıq amili kimi də qiymətləndirməkolar.
Atrıq heç kimə sirr deyil ki, Avropada “Avropa Birliyi” adlı bir xristian klubu yaradılıb və bu birlik dünyaya öz dini baxışları konsepsiyasından yanaşır.
Prezident İlham Əliyev dəfələrlə Qərbin ikili standartlar söykənən siyasətini ifşa edən çıxışlar edib. Alman nümayəndə heyəti ilə budəfəki görüşdə isə o, indiyədək dediklərini konkret faktlar əsasında sistemli şəkildə ifadə edib. Söhbət siyasətdə ayrı-seçkiliyin mənfi təzahüründən gedir. Prezidentin görüşdə dediyi “Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir” fikri təsadüfi deyil və Qərbin Azərbaycana münasibətindən doğan məntiqi nəticədir.
Prezidentin səsləndirdiyi fikirlər Qərbin yürütdüyü siyasətin iç üzünü bütün çılpaqlığı ilə göstərir və dünyanın yeni siyasi düzənində necə hərəkət etməli olduqlarını izah edir. “Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər” –deyə, İlham Əliyev dünya siyasətinin aparıcı ölkələrinə çatdırır ki, Azərbaycan sizin müstəmləkəniz deyil və qlobal siyasətdə öz sözü və yeri olan ölkədir. Ona yuxarıdan aşağı baxmaq olmaz. Bu cür fikirləri səsləndirmək sadəcə cəsarət məsələsi deyil, beynəlxalq siyasi arenada kifayət qədər nüfuz qazanmağın və siyasətdə özünəməxsusluğun ifadəsidir.
Prezident İlham Əliyevin bu çıxışını bütövlükdə dünyanın yeni düzəni kontekstində dinc yanaşı yaşamağın siyasi konsepsiyası saymaq olar və Qərbin Cənubi Qafqaz siyasətində korrektə etməsi üçün ən səmərəli istiqaməti ehtiva edir.
Novruz NOVRUZOV

AzVP Siyasi Şurasının sədri

Oxşar məqalələr