
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
“İksmedia" Qafqazinfo”-ya istinadən xəbər verir ki,bu barədə nazirliyin mətbuat xidmətinə istinadən bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar.
Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.
Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.
