AXTAR

Elnur Aslanov nazirlikdəki işindən çıxarıldı

elnur aslanov

 

 

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi aparılıb. iksmedia.az-ın Modern.az-a istinadən xəbərinə görə, Elnur Aslanov nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.

Nazirliyin mətbuat xidməti də məlumatı təsdiqləyib. Bildirilib ki, Elnur Aslanovun özü işdən çıxmaq haqqında ərizə yazıb və o, həmin ərizə əsasında vəzifədən azad edilib.

Əldə etdiyimiz digər məlumata görə, Elnur Aslanov artıq beynəlxalq şirkətlərdən birinə işə başlayıb.

Qeyd edək ki, Elnur Aslanov bundan əvvəl (2007-2014-cü illərdə) Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Oxşar məqalələr