AXTAR

Qərbin islam xofu: Siyasi rəssamlığın fəlakətli sonu

ishid

 

 

Tarixin qədim dönəmlərində xristianlığın yaradıcıları və yayıcıları silah gücünə böyük ərazilərdə yaşayan kütlələrə dinlərini zorla qəbul etdirirdilər. Orta əsrlərin “xristian səlib yürüşləri” buna sübutdur. Amma İslam dini meydana gələndən sonra bu səlib yürüşləri sanki səngidi. Əslində isə belə deyildi. Allaha inamı ilə bağlanmış insanlara insanlara açıq döyüşdə qalib gələ bilməyən mühafizəkar xristianlar siyasi mübarizə yoluna keçdilər. Düzdür, bu da islamın yayılmasına mane ola bilmir. Lakin islama iman gətirmiş ölkələrin inkişafını ləngidir. Məsələ burasındadır ki, bu siyasət müxtəlif obrazlarda və simalarda indi də davam edir. Qızışdırıcı rolunda inkişaf etmiş qərb ölkələridir.
Bu günlərdə Pakistana rəsmi səfər edən Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin parlamentində çıxış edərkən deyib: “Qərb ölkələri İslamı gözdən salmaq üçün İŞİD terror qruplaşmasını dəstəkləyir. Biz qətiyyətlə İŞİD-ə qarşı mübarizə aparırıq və mübarizəni davam etdirəcəyik. Bu qruplaşmanın İslam dini ilə heç bir bağlılığı yoxdur. Əslində, İslama İŞİD-dən çox ziyan vuran yoxdur. Dinimizdə adam öldürmək haqqı heç kimə verilmir”. Türkiyənin dövlət başçısı İŞİD-in yanında Qərbin dayandığını və İŞİD-in əlində Qərb mənşəli silahların olduğunu sübut etdiklərini də vurğulayıb.
R.T Ərdoğanın sözləri bu gün islam ölkələrində, o cümlədən Yaxın Şərqdə baş verən terror və müharibələrin başvermə səbəbləri haqda düşünərkən ortaya çıxır. Xristian ölkələrinin hamısında İŞİD dəhşət saçan terror təşkilatı kimi təqdim olunur və müsəlmanlardan təşkil olunduğu fakt kimi ortaya atılır. Amma baş verən hadisələrə, vandalizmə, terror faktlarına, qəddarlıq nümunələrinə bütün aspektlərdən obyektiv yanaşmağa cəhd edəndə məsələnin əsl mahiyyəti üzə çıxmış olur. Türkiyə prezidenti, təbii ki, siyasi çalarlara rəğmən fikrini yumşaq çatdırmaqla diplomatik deyimə üstünlük verib. Bu, siyasətçi üçün normal haldır. Amma bir neçə dövlətin ərazisində əsl dövlətə məxsus ordu birləşmələri yaratmaq, əvvələn asan deyil, ikincisi də İraq, Suriya, Liviya, Səudiyyə Ərəbistanı kimi dövlətlərin marağı və imkanı çərçivəsində olan məsələ deyil. Əks təqdirdə belə təsəvvür yaranır ki, həmin dövlətlər miyardlarla dollara silah alıb dəstə yaradıblar ki, öz ölkələrini viran qoysunlar? Bəs, bu qədər gücə malik silahlı dəstələr necə yarana bilərdi?
Dünya mətbuatında İŞİD-ə qoşulanlar haqda saysız-hesabsız materiallar dərc olunub. Göstərilən faktlardan məlum olur ki, həmin adamların əksəriyyəti inkişaf etmiş ölkələrin sakinləri olan müsəlmanlar və ya sonradan müsəlmanlığı qəbul etmiş xristianlardır. Əsas məsələ İŞİD-i aramsız olaraq əsgərlə təmin edən mükəmməl proqramın olmasıdır. Bütün ölkələrdə çətinliklə yaşayan savadlı və bacarıqlı insanları dinindən asılı olmayaraq müəyyən təlimatlat əsasında əvvəlcə girova, daha sonra isə döyüşə cəlb edirlər. Bunu yaratmaq adi insanların işi deyil. Belə proqramlar adətən böyül maliyyə vəsaiti və iri tədqiqatçı qrupları tələb edir. Bu cür imkanlar isə Şərqdə, yəni müsəlman ölkələrində yoxdur. Əgər diqqət yetirilsə, Avropanın iri şəhərlərində Şərq və müsəlman ölkələrinin tarixini, etnologiyasını, iqtisadiyyatını, milli münasibətlərini tədqiq edən onlarca institut fəaliyyət göstərir və onlar ərazisində yerləşdikləri dövlət tərəfindən maliyyələşdirilir. Bu, yalnız elmdən ötrüdürmü? Sadəlövhlük olar, əgər bu fikri təsdiq etsək
İŞİD-in fəaliyyəti dirçələn regionda parçalanma yaradaraq hökm etməyə yönəlib. Hadisələrin gedişi də bunu göstərir. Dünyanın ən güclü orduları, ən varlı dövlətləri necə ola bilər ki, özbaşına yaradılmış silahlı dəstələri bir neçə il ərzində ləğv edə bilmir. Yadınıza salın, ABŞ ordusu guya İraq qoşunlarına təyyarədən silah atır, amma “səhvən” gedib düşür İŞİD-in nəzarətində olan bölgəyə. Eynilə, bomba zərbələri, aviazərbələr... nədənsə, Qərbin elektron cihazları İŞİD məsələsində həmişə səhvə yol verir.
Biz Qarabağ müharibəsinin canlı şahidləriyik. O vaxt da Kremlin iradəsi ilə Azərbaycana kömək adı ilə səmaya qalxan qırıcı təyyarələr dağı-daşı bombalayıb, “erməninin atasına od vurduq” deyirdilər. Kəlbəcərin işğalında fransız vertolyotları açıq iştirak ediblər. Bu faktların üstü sonradan açıldı. İŞİD “dövlətinin” də gizlinləri sənədlər vasitəsilə nə vaxtsa açılacaq, amma onda gec olacaq. Bu, qərbin ikili siyasətiniə bariz nümunədir. Məsələ burasındadır ki, eyni münasibəti Dağlıq Qarabağ münaqişəsinin həllində də görürük Azərbaycanını inadı sayəsində həqiqət üzə çıxarılır, tarixi faktlarla azərbaycanlıların haqqı tanınır, amma bu haqqı tanıyan inkişaf etmioş xristian ölkələri həll məsələsini süni surətdə gözgörəti yubadırlar. İndi biz bu işdə siyasətlə bərabər xristian təəssübkeşliyindən danışmayaq, neynəyək?! Axı, bu, qaçılmaz faktdır.
Ancaq, deyir, sən saydığını say, gör fələk nə sayır. İri dövlətlərin xüsusi xidmət orqanlarının yaratdığı və idarə etdiyi İŞİD döyüşçüləri həmin ölkələrin özlərinin başağrısına çevriləcək. Avropanın bu gün üzbəsurət qaldığı miqrant axını həmin başağrısının ilkin işartılarıdır.

Iksmedia.az

Oxşar məqalələr