AXTAR

İşğalçı ölkənin uşaq oyununa bənzər yeni taktikası

 

 

 

 

 

 

 

 

 

Ermənistan hakimiyyətinin maskalı görünüşü
Müharibə alovlanacağı təqdirdə uduzacağının mütləq olduğunu başa düşən Ermənistanın işğalçı hakimiyyəti yeni hiylələr sorağındadır. Bu günlər erməni mətbuatında dərc olunan materiallar əlini çox yerdən üzən düşmən cəbhəsinin vurnuxduğunu, siyasət adına əllaməliyə başladığını göstərir. Manvel Sarkisyan adlı politoloq erməni cəmiyyətinin təlaşını bir az da artıran təhlili məqaləsində Azərbaycanın hərbi gücünün qarşısında erməni silahlı qüvvələrinin davam gətirə bilməyəcəyini tam çılpaqlığı ilə açıb göstərməyə məcbur olub: “Azərbaycan Ordusu sadəcə piyada qoşunla və sadə avtomatla Qarabağa daxil olub istədiyinə nail ola bilər”.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin qaytarılması üçün müharibə variantından heç vaxt imtina etməyib: “Bu, Ermənistana hər an ciddi zərbənin vurulması deməkdir. Lakin iki onillikdən artıq müddətdir ki, Ermənistan rəhbərliyi bütün uğursuzluqlarına bəraət qazandırmaq üçün “müdrükcəsinə” Azərbaycandan şikayət edir. Heç vaxt uğursuzluqlarının səbəbini özlərində axtarmırlar. Azərbaycan hər an öz çatışmazlıqlarını düzəltmək üçün durmadan işləyir, budur, onlar bunun bəhrəsini də görürlər. Ermənistan hakimiyyətinin nə vaxt nəticə çıxaracağı məlum deyil. Sentyabr ayında ən yaxşı texnikaları nümayiş etdirdilər, lakin məlum oldu ki, müharibə şəraitində onların heç birindən istifadə etmək hüququ Ermənistanda deyil. Yəni, bu hərbi texnika bizdə var, amma heç nə edə bilmirik. Buna görə də Azərbaycanın önü açılıb və onlar əllərində avtomatla piyada olaraq irəliləyə bilərlər”.
Hesab etmək olar ki, bu, növbəti erməni etirafıdır. Son dövrlərdə belə etiarflrın sayı sürətlə artır. Səbəb isə çox sadədir: ermənilər hər sahədə azərbaycanlılara uduzurlar. Az-çox reallığı dərk edənlər sülhdən, əmin-amanlıqdan danışmağa başlayıblar. Məsəl var, deyir, Haqq nazilər, amma üzülməz. Ermənilər başqalarının birbaşa köməyi ilə torpaqlarımızı işğal edəndə elə bilirdilər, daha dünyanın ağasıdırlar. Korazehinlikləri və “böyük Ermənistan” xülyası ilə yaşamaları onları kpor etmişdi. Bugünkü günü heç təsəvvürlərinə də gətirə bilmirdilər. Amma onların cinayətlərinə son qoyulacaq gün yaxınlaşır. Buna görə də vəziyyətdən çıxmaq üçün yeni variantlar fikirləşməyə başlayıblar. Amma Ermənistan prezidenti Serj Sarkisyan kimilər normal gedişləri heç cür görə bilmir. Azərbaycanla beynəlxalq qanunlar çərçivəsində danışıqlara getmək, əraziləri qaytarmaqla özünü və mənsub olduğu xalqı çətinlikdən qurtarmaq əvəzinə əllaməliyə başlayıb.
Bu günlərdə onun İlham Əliyevlə telefon rabitəsi yaratmaq barədə verdiyi təklif gülünc olmaqla yanaşı bu şəxsin nə qədər savadsız və dünyagörüşcə geri qaldığını üzə çıxarıb. Dövlət başçısının kreslosunu zəbt edən bu adam müharibə edən iki ölkə başçısının telefonla sabit rabitə əlaqəsinin yaradılmasının heç bir məntiqə sığmadığını dərk etmirsə, onunla sülhdən danışmağın nə mənası var?! Yenə, desəydi ki, “üzə çıxmağa üzüm yoxdur, üzrxahlığımı telefonla edib, qoşunları geri çəkəcəm”, yenə bir yeri vardı.
Bunun ardınca Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Ancaq elə bildirib ki, sanki Dağlıq Qarabağın Azərbaycanın ərazisinə heç bir aidiyyatı yoxdur. Müdriklər deyir ki, “ağıllı adam odur ki, kənardan özünə baxıb qiymət verə bilsin”. Təəssüf ki, Sarkisyan bu qabiliyyətdən məhrumdur. Yoxsa özünə baxıb taxdığı maskanın nə qədər miskin olduğunu görərdi. Bəlkə onda saxtakarlıqdan əl çəkməyə meyil göstərərdi.
Erməni cəmiyyətindən gələn mesajlar və elə Sarkisyanın öz bəyanatları sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük maniələrdən biri həqiqətən Ermənistan prezidentinin özüdür. Son bir ildə Ermənistanda və Dağlıq Qarabağ ətrafında baş verən hadisələr göstərir ki, onu istəməyənlərin əhatəsində çevrəsi gündən-günə daralır. Görünür ki, Serjə qarşı tuşlanmış oxun yayı son dərəcə gərilib. Oxun yaydan çıxması himə bənddir. Elə cəbhədə də ermənilərin təxribatlarının sayı yenidən artmağa başlayıb. Bu isə Azərbaycan Ordusunun səbrini gərildib. İkisindən biri açılacaq. Ermənistanın siyasi hakimiyyəti bu haqda düşünsə daha məntiqli olar.
IKSmedia.az

Oxşar məqalələr